Həyat tərzi / Uğur sirləri

Uğura aparan yola mane olan 5 səbəb…

Banu. | 9-09-2018, 18:30
764 0

Hər bir insan həyatda uğur qazanmaq istəyir. Amma bəzən düşünmək lazımdır ki, uğura insanı aparan nədir?
Uğursuzluqdan qorxmaq lazımdırmı? Bu düşüncə sizi nəyəsə başlamaqdan qorxudurmu?
AzadQadin.az Ölkə.Az-a istinadən bu gün oxucularını uğura aparan yolda sizə mane olan səbəblər barədə məlumat verəcək.
Bir çox hallarda problemin səbəbi özümüz oluruq. Təbi ki, maliyyə, ailə, sosial, sağlamlıq və təhsil problemləri də var. Amma bu beş problemi həll etmək, uğura gedən yolu açır.
1.Ətraf mühit
Ətraf mühit fiziki və psixoloji rifaha çox təsir edir. Bu, görünməsə də, əslində belədir. Əgər siz özünüzə mühitinizdə xoşbəxt olduğunuz, uğur yolunda addımladığınız barədə suallar versəniz, əlaqəli cavablar üzə çıxacaq.
Rahat mühitdə olmaqla siz özünü azad hiss edə bilərsiniz və özünü sevimli sayarsınız. Beləcə biz beynimizi aktivləşdirik. Əgər beyin dopamin ifraz edirsə, biz daha böyük arzu və imkanla hədəfə doğru qaçırıq. Amma əgər siz həyat şəraitinizdən narazısınızsa, istirahətə yollanın və ya yaşayış yerinizi dəyişin.
2.İnsanlar
Tez-tez əlaqədə olduğunuz insanlar da sizə təsir edir. Bu insanlar ailə fərdləri, iş yoldaşları və dostlar ola bilər. Əslində biz bizi əhatə edən insanlara çevrilirik.
Əgər sizi əhatə edən insanlar pisniyyətli, qətiyyətsiz və bədbəxt insanlardırsa, siz də tezliklə belə birinə çevrilə bilərsiniz. Dəyişin, ətrafınızdakı insanları dəyişin.
3.Münasibət
Uğura sizin şəxsi münasibətiniz də həlledici faktor ola bilər. Qəribədir ki, bir çox şey sizin tam nəzarətiniz altındadır. Bizim uğura olan münasibətimiz çox vacibdir. Əgər biz uğura inanmırıqsa, onu heç vaxt əldə edə bilmərik. Siz təkcə neqativ fikir və insanlardan yox, istənilən neqativ düşüncələrdən də qurtulun. Bu o demək deyil ki, fantaziya qurun. Amma hər halda imkanlardan xoş hiss keçirmək lazımdır. Hər cəhdinizdə entuziasit olun ki, sizi uğura daha da yaxınlaşdırsın.
4.Əminlik
Uğursuzluq və məğlubiyyəti düşünərək heç vaxt uğur əldə edə bilməzsiniz. Bunun əvəzinə isə addımlar atmalı, daha yaxşı düşünməli və irəli getməlisiniz. Özünüzə əminlik hissi aşılayın. Sidq ürəklə uğur qazanacağınıza inanın.
5.Qorxu
Çox güman ki, qorxu uğura gedən yolda ən məşhur və geniş yayılmış maneədir. Biz bir çox şəraitdə qorxuya qarşı mübarizə aparmışıq. Biz uğrusuzluqdan, məğlubiyyətdən, tənqiddən, müzakirədən və imtinadan qorxuruq. Bütün bunların səbəbi qorxudur. Amma bunların heç biri sizinlə məqsədiniz arasında olmamalıdır