Həyat tərzi / Uğur sirləri

Xoşbəxtliyin Sirri: Məqsədsiz insan bu həyatda itib batacaq və yox olacaqdır

Banu. | 21-03-2017, 16:30
1 289 0

 

 

Xoşbəxtliyin Sirri
 

 
 Xoşbəxtlik və onun altında gizlənən sirlər haqqında məndən soruşsanız, deyərdim:

Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.

Xoşbəxtlik – İnsan bunu öz içində hiss edir. Nəfsin təmizliyimi, müstəqilliyimi, ya qəlbin tam rahat olmasımı, ya vicdanın azadlığımıdır?!

Xoşbəxtlik – Bu insanın içindən doğur, xaricdən bunu almaq, ya əldə etmək mümkün deyil.

Xoşbəxtlik – Bəzən fədəkarlıq, qurban vermək və alicənablıqdan sonra oyanan hisslərin təmasıdır.

Xoşbəxtlik – Hər bir xeyir iş görəndən sonra fərəh və sevinc hissidir.

Xoşbəxtlik – Bu hissi İlahi insana bəxş edir.

Xoşbəxtlik – Razılıq və qənaət dolu çox dərin bir duyğudur.

Xoşbəxtlik – Bazarlarda satılan, varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil.

Xoşbəxtlik – Eyni zamanda başqalarının ürəyini rahat etmək, onlara yardım edib onları sevindirmək və sifətlərində təbəssüm rəsmini çəkməkdir.

Xoşbəxtlik – Faydalı bir elmin ardınca getmək, düzgün iş görmək və saleh bir həyat qurmaqdır.

Xoşbəxtlik – Həsəd, kin, nifrət və pis duyğuları ürəkdən silib atıb, azad olmağı bacarmaqdır.

Xoşbəxtlik – Vicdanın və mənəviyyatın rahatlığıdır.

 Sənin xoşbəxtliyin sənin həyatda qoyduğun məqsəd və hədəflərindədir. Çoxlarının özünü xoşbəxt hiss etməməsi, həyatlarını məqsədsiz yaşamasıdır. Böyük və uca zirvələrdə olan hədəflər insanları xoşbəxtliklə məşəqqətlərdən keçməyə kömək edir. 

Məqsədsiz insan bu həyatda itib batacaq və yox olacaqdır.
 
Bəs, sizin üçün xoşbəxtlik nədir?