Həyat tərzi / Pul qazanmağın sirləri

45 min adama pul xərcləyən azərbaycanlı kimdir?

Sevinc_Bayramova | 11-01-2013, 19:00
9 336 49


Media onu "cənub dənizlərinin sahibi” adlandırır. "Forbes” isə 1,3 mlrd. dollar varidatın sahibi kimi bu şəxsi öz siyahısına daxil edib. Türkiyədə onun şirkətini türk, Rusiyada rus, Azərbaycanda Azərbaycan şirkəti kimi tanıyırlar. Söhbət vaxtilə  Volqa çayında uzağı 3 min ton maye yanacaq daşımaq gücünə malik olan, hazırda bu rəqəmi okean və dənizlərdə 30 milyon tona çatdıran, 2007-ci ildə Türkiyə vətandaşlığını qəbul edən "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovdan gedir. O, Mənsimov ki, 14 il əvvəl Türkiyəyə sərmayə qoyarkən bəlkə özü belə bir gün bazar dəyəri 6-7 milyard dollarla ölçülən holdinqə sahib olacağını ümid etmirdi. 

Publika.Az "Milyonçu” layihəsi çərçivəsində sizi  "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun həyat hekayəsi ilə tanış edir. 


9 uşaqlı ailə, hərbiçi həyatı 


Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. 6 qız, 3 oğlandan ibarət 9 uşaqlı  kasıb ailədə böyüyüb. Uşaqlıq illərində atasının istəyi ilə C.Naxçıvanski adına hərbi məktəbə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Rostov İqtisadiyyat Universitetində təhsilini davam etdirib.  Paralel olaraq Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışıb. Hərbi xidmətdə olarkən daxili kəşfiyyat sahəsinin sirlərini öyrənib. Sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışıb. 1985-ci ildə Şərqi Almaniyaya göndərilib. Lakin 1989-cu ildə erməni generalla etdiyi mübahisənin sonucu olaraq, əsgərlik həyatına son verib. Mənsimov özü isə o dövr haqqında belə deyir: 

"Sovet Ordusu tarixində Berlin divizyonunda daxili kəşfiyyat zabiti olaraq, vəzifə yerinə yetirən ilk azərbaycanlı və ilk qafqazlı mən idim”.

Hərbi karyerasına son qoyduqdan sonra M.Məsimov  1,6 il gəmilərdə aşpazlıq edib. Əslində bu işi onun iş dünyasına qatılmasının başlanğıcı hesab etmək olar. Məhz aşpazlıq edərkən dostları ilə birlikdə gəmi kirayə götürməyə qərar verib. 


Holdinq sahibliyinə gedən yol 


M.Mənsimovun dillərə dastan  sərvəti  Rusiyadakı özəlləşdirmənin nəticəsi kimi göstərilir. Düzdür,  ilkin kapital üçün 3 yoldaşı ilə birlikdə kirayələdiyi 150 tonluq balıqçı gəmisinin də burada rolu az olmayıb. Amma iş həyatında əsaslı dönüşü Rusiyada əsən özəlləşdirmə küləyinin üstünlükləri yaradıb. M.Mənsimov özəlləşdirmə nəticəsində satışa çıxarılan gəmilərdən almağa başlayıb. Hansı ki, texniki baxımdan yaxşı vəziyyətdə olmadığından həmin gəmilərə heç kim pul vermək istəmirdi. O, dəyəri 100 dollar olan gəmiləri qəpik-quruşa - 10 dollara alırmış. Texniki çətinliklərə baxmayaraq, Mənsimov qoyduğu az sərmayə ilə gəlir götürməyi bacarıb. 

1994-cü ildə işləri böyütmək üçün iki dostu ilə Türkiyəyə gəlib. "Agent 34” gəmi agentliyini alıb. 1998-ci ildə isə "Palmali" Şirkətlər Qrupunu yaradıb. Uzaq, əlçatmaz ada anlamına gələn şirkətin loqosunu isə iş adamının özü çəkib. 

Onu da bildirək ki, başlanğıcda "Palmali” Türk limanlarını ziyarət edənlər də daxil olmaqla, İstanbul və Çanaqqala boğazından keçən gəmilərə agentlik xidmətləri həyata keçirib. Lakin iş adamı bununla kifayətlənməyib. Çox keçmədən öz donanmasını yaradıb. Dəniz nəqliyyatı şirkəti kimi birinci sıraya yüksəlib. Donanmasına görə isə ilk 5 şirkət arasına daxil olmağı bacarıb. Hazırda şirkət 230 gəmi ilə (170-i "Palmali”yə məxsusdur) ildə 105 mln. ton neft və neft məhsulları daşıyır. 2008-ci ildə "Palmali” gəmiləri ilə 110 milyon ton neft daşınıb. Müqayisə üçün deyək ki, Rusiyada ən böyük tanker şirkəti olan "Novoşip” ildə 60 mln. ton neft daşıyır. 


45 min işçiyə əməkhaqqı verir  



Məsələ təkcə rəqəmlərdə deyil. "Palmali” geopoliotik səhnədə də vacib rol oynayır. O Qərb istehlakçılarının Rusiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan, ümumilikdə Xəzər bölgəsinin enerji resurslarına çıxışını təmin edir. Şirkətlər qrupunun 21 ölkədə ofisi var. Tabeliyindəki 28 min nəfər işçi təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətləri də hesaba qatanda M.Mənsimov ayda 45 min işçiyə əməkhaqqı verir. 


Türkmən, qazax, rus və Azərbaycan yanacağı Qərb bazarlarına necə nəql olunur?



"Palmali” "Lukoyl”, "Rosneft”, "TNK-BP”, Qazaxıstan "Kazmunayqaz” və s. neft şirkətləri ilə əməkdaşlıq edir. Rusiyanın "Lukoyl” şirkəti ilə müqavilə 1998-ci ildə imzalanıb. "Palmali"nin 129 gəmisi o zaman Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyırdı. 2007-ci ilin yayında isə Dövlət Neft Şirkəti ilə Xəzər yataqlarından neft kəməri vasitəsilə Novorossiysk, Supsa və Ceyhan limanlarına daxil olan neftin nəqli barədə müqavilə imzalanıb. İllik həcm 25 mln. ton təşkil edirdi. Onu da bildirək ki, Azərbaycan hökuməti əvvəlcə özünün iritonnajlı donanmasını yaratmağa hazırlaşırdı. Amma sonra Mənsimovun donanması üzərində dayandı. 2008-ci ilin yanvarında "Heydər Əliyev” tankeri ABŞ-a Bakı-Tiflis-Ceyhan boru kəmərinin ilk neftini daşıdı. Bununla da bölgədə daşınan neftin 80 faizi "Palmali” tərəfindən ünvana çatdırılmağa başladı. 

Müşahidəçilərin fikrincə, neft satışı davam etdikcə M.Mənsimovun biznesi də  böyüyəcək. Çünki iş adamı davamlı yeni razılaşmalar əldə edərək, bazar payını artırır. 


"Lukoyl” və "Palmali” ortaqlığının sirləri 



Rəqibləri deyir ki, M.Mənsimovun iş həyatındakı uğurlarında Rusiyanın "Lukoyl” şirkəti ilə imzalanan müqavilənin rolu böyük olub. Belə ki, "Lukoyl”la 1998-ci ildə müqavilə imzalanarkən Mənsimovun Vahid Ələkbərovla həmyerli olmasından savayı, digər bazar iştirakçılarından heç bir üstünlüyü yox idi. Amma Mənsimov deyir ki, nüfuzlu neft maqnatı ilə yalnız "Lukoyl”la işləməyə başlayandan üç il sonra tanış olub: 

"Yerli kimi onunla fəxr edirəm, amma heç vaxt ondan heç nə xahiş etməmişəm”.

İş ortaqlığına gəlincə, qeyd edək ki, "Palmali” "Lukoyl”un neftini Həştərxandan Xəzər vasitəsilə İrana çatdırırdı. Bu neft daxili ehtiyaclar üçün istifadə edilirdi. İran körfəzinin cənub limanlarından alınan yerli yanacaq isə "Lukoyl”un qərbli alıcılarına göndərilirdi. "Palmali”yə məxsus gəmilər ayda 300 min ton neft daşıyırdı. Bununla belə M.Mənsimov dəniz daşımalarını genişləndirməyi qərar aldı. Hansı ki, bunun üçün yeni gəmilər lazım olur. 1998-ci ildə ilk tanker - "Armada” yaradılır. Gəmi çayla da üzə bilərdi, yeni qurğu isə sovet tankerləri ilə müqayisədə komandanı 3 dəfə azaltmağa imkan verirdi. 2003-cü ildə "Palmali” donanması artıq 45 gəmidən ibarət idi. Onlardan 5-ni "Armada”lar təşkil edirdi. 2006-cı ilin aprelində "Palmali” "Lukoyl”dan 270 mln. dollara buzqıran tipli 10 tanker alır. Hazırda bu tankerlər Baltik dənizində hərəkət edirlər. Bu gün "Palmali”nin donanmasında əvvəllər neft şirklətinə məxsus olan 20 tanker var. Gəmilər "Palmali”yə müəyyən həcmdə nəql xidmətləri şərtilə təqdim olunub, yəni daşıyıcı tərəf təkcə tanker deyil, təminatlı sifariş də alıb.


Gəmilərin yarısı kirayədir 



Mənsimovun donanması aldığı sifarişlərin ancaq yarısını daşımağa kifayət edir. Belə ki, donanmada  70-ə yaxın kirayə gəmi var. İş adamı ildən-ilə kirayələdiyi gəmilərin sayını artırır. 2005-ci ildə "Palmali”nin kirayələdiyi gəmilərin sayı 20 olub. 2006-cı ildə bu rəqəm 60-a qalxıb. Mənsimov isə özü bu haqda belə deyir: 

"Hər il  donanmamıza 10-15 arası yeni gəmi qatırıq.  Bir yandan da köhnələri satırıq”. 

Bu arada gəmi kirayələyərkən iş adamının tərəfdaş seçimi də diqqət çəkir: 

"Məsələn, birinin 30 gəmisi var, digərinin iki. Biz prioriteti iki gəmisi olana veririk. Gəmi sahibi bazarında olanlar bunu bilir. Bu məncə, ailə tərbiyəsi ilə əlaqəlidir. Ağac kökdən böyüyər. Bizə hər kəsi sevməyi öyrətdilər. Bunun zənginliklə, ya da yoxsulluqla əlaqəsi yoxdur. "


"Palmali” təkcə gəmiçilik şirkəti deyil 



"Palmali” şirkətlər qrupu özündə 48 şirkəti birləşdirir. Bura tikinti, dəniz donanması, hotelçilik, süd məhsullarının istehsalı, eləcə də media qrup daxildir. Son illər ”PalMedia" adlı şirkətin nəzdində 10 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, Mənsimovun bu cəhdi onun inşaat sahəsində irəliləmək cəhdindən xəbər verir. 

Razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.

Bundan əlavə, son illər iş adamı turizm sektoruna investisiya yatırır. Türkiyədə bu günə qədər Bodrum Palmalife, Palmarina və İstanbul Edition kimi layihələrə 300 milyon dollar sərmayə yatırıb. Leventdəki The İstanbul Edition oteli köhnə HSBC–nin binasıdır. İş adamı binanı satın alaraq, orada möhtəşəm hotel yaradıb. Hansı ki bu hoteldə qiymətlər 250 avro ilə 7 min 500 avro arasında dəyişir. 

Yeri gəlmişkən, M.Mənsimov Antaliyada hotel açmağı düşünmür. O daha çox şəhər hoteçiliyinə maraq göstərir.  


Dünyanın ən böyük gəmiçilik şirkətinin bank borcları 


Böyük biznes strukturları kimi "Palmali”nin də zaman-zaman banklara borcu olub. Səsləndirilən bəzi rəqəmlərə inansaq, 1,5 milyard dollaradək varidata qarşılıq şirkətin 50 faiz nisbətində maliyyə borcu var. Belə ki, "Palmali” öz donanması üçün "Nordbank”, "Credit Suisse”, "Credit Europe Bank” və s. banklardan borc alıb. 10 il ərzində bu kreditlərin həcmi 1 mlrd. dollara çatıb. Yeri gəlmişkən, Mənsimov son illər borcun azaldığını deyir... 


Sərvəti haqqında danışmağı xoşlamır 


Milyonçu belə böyük sərvəti necə əldə etdiyi barədə  danışmağı xoşlamayanlardandır. Bu haqda sadəcə belə deyir: 

"İşləri böyütməyimdə əlaqələrimizin təsiri olmadığını söyləyə bilmərəm. Risk etdim və kimdənsə dəstək gördüm. Hər iş adamı kimi”. 

Qeyd edək ki, 2010-cu ildə "Forbes” jurnalı onun adını Türkiyənin 100 ən varlı adamının siyahısına dexil edib. O, 1,3 milyard dollar varidatı ilə Türkiyənin 100 ən varlı biznesmeninin arasında 21-ci yeri tuturdu. Mənsimov siyahıda mediya maqnatı Aydın Doğanı belə qabaqlayırdı.


Mənsimovun xüsusi istehsallı avtomobilləri 



İş adamının 3 milyon avro dəyərində olduğu təxmin edilən qarajında dünyada məhdud sayda istehsal olunan Maybach 62, Rolls Royce Phantom, Bentley Sport Coupe kimi xüsusi avtomobilləri var. 

 

Lakin nədənsə Mənsimov avtomobilləri haqqında danışmağı sevmir. Onlarla şəkil çəkdirmək isə iş adamının zövqünə ümumiyyətlə daxil deyil. Dünyanın ən bahalı və ultra lüks avtomobillərindən  sayılan, şampanı soyutmaq kimi texniki imkanlara malik  Maybachisi olsa da o, Range Rover sürür. Bunu gözə batmağı xoşlamaması ilə izah edir: "Sürəti sevirəm. Əsasən Ankara yolunda sürəti artırıram. Avtomobili çox vaxt özüm idarə edirəm. Ümumiyyətlə maşında tək olmağa üstünlük verirəm. Bu düşünməmə imkan verir. Sürəti artıranda isə stress atıram". 

İş adamının özəllikləri 


Digər milyonçular kimi M.Mənsimovun da maraqlı məşğuliyyətləri var. O, ovu, at minməyi sevir. Maraqlıdır, iş adamı gəmiçiliklə məşğul olsa da, silah kolleksiyasına marağı daha çoxdur.  M.Mənsimovun ən sevdiyi yeməksə dolmadır.  Mənsimova azərbaycanlılar arasında müsbət imic qazandıran bir başlıca amil də onun vətənpərvərliyidir. O, azərbaycanlılara xüsusi diqqət və qayğısı ilə seçilir. Bu sırada onun tanınmış sənətçilərimizi Türkiyəyə apararaq müalicə etdirməsi qeyd edilməklə yanaşı, ön cəbhədə ermənilərlə təkbaşına döyüşərək həlak olan milli qəhrəman Mübariz İbrahimovun nəşini ermənilərdən pulla almağa hazır olduğunu bəyan etməsi, onun adını "Palmali”yə aid gəmilərindən birinə verməklə bir daha əbədiləşdirilməsini təmin etməsi xüsusi vurğulanmalıdır...    


Gündə 4 saat yatır 


Milyard dollar sərvətə  rəğmən iş adamı çox çalışqandır. Gündə ən çox dörd saat yatır. Ayda ən az 120 saat uçur, bahalı risklərə qarşı zəifliyi var. Xüsusilə iş həyatında riski sevir. Bununla belə investisiya qərarlarını şirkətin idarə heyəti ilə birlikdə verdiyini söyləyir. İş həyatında ortaq sevmir, nəzarətin davamlı özündə olmasını istəyir. Tez qərar verib, tətbiq etmək tam onun istədiyi rəhbərlik tərzidir. İtirməkdən isə heç xoşlanmır. 


"Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm”


Mənsimovun digər investisiya sahəsi futboldur.  Onun hazırda Azərbaycanda "Xəzər-Lənkəran” adında bir futbol klubu var: 

"Azərbaycanda ayrıca sponsorluq etdiyim başqa komanda da var. Amma heç vaxt rəhbərliyində olmamışam. Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm. Futbol komandasını da ondan çox əvvəl almışdım. Türkiyədə də "Beşiktaş”ı çox bəyənirəm. Məncə, Türkiyənin ən nüfuzlu komandasıdır. Satsalar, sevə-sevə alaram".


ESMERRi | 10 aprel 2016 11:00 | Status: Brilliant user | Şərh: 5 376
[i][/i]
Sitat: GULNARE12
ALLAH RAZI OLSUN.

Sitat: GULNARE12
ALLAH RAZI OLSUN.

COREK BOL LARSA BASILMAZ VETEN!!!!!
GULNARE12 | 23 oktyabr 2013 10:44 | Status: Qonaq | Şərh: 0
ALLAH RAZI OLSUN.

Sitat: GULNARE12
ALLAH RAZI OLSUN.

COREK BOL LARSA BASILMAZ VETEN!!!!!
Mehpare Ismailova | 26 iyun 2013 23:11 | Status: Qonaq | Şərh: 0
ne yaxshi Allah qazancini bir azda bol etsin.Can sagligi uzun omur arzulayiram.
aydinnur | 23 may 2013 19:35 | Status: Qonaq | Şərh: 0
cox pulun cox derdi olur cox da haqq hesabi
Derin.Alizade | 22 may 2013 22:08 | Status: Qonaq | Şərh: 0
"Cənub dənişlərinin sahibi" olan insan mən də 45001-ci olmaq istərdim...
A.Sebine | 20 may 2013 18:28 | Status: Şərhçi | Şərh: 235
menim yaxinimda palmalide isleyir, tez tez qabagindan kecirem ama hec bilirdim bu melumati
Qanad | 18 may 2013 22:15 | Status: Yazar | Şərh: 4 357
Allah bizlere de yetirsin
Akademik | 13 may 2013 03:17 | Status: Professional user | Şərh: 4 580
Sitat: Aliyeva
sebrim chatmadi axira kimi oxuyum...bu millet hara gedib cixacaq bu addimlarla maraqlidi

belay
Saida Kerimova | 18 mart 2013 14:22 | Status: Professional user | Şərh: 1 672
Xebere gore Təşəkkürlər..dogrusu sona qeder oxumaga sebrim catmadi eee
xaqani_1980 | 26 yanvar 2013 10:57 | Status: Şərhçi | Şərh: 206
teşekkerlər
Aliyeva | 24 yanvar 2013 12:06 | Status: Yazar | Şərh: 4 036
sebrim chatmadi axira kimi oxuyum...bu millet hara gedib cixacaq bu addimlarla maraqlidi
Qaracaqiz | 23 yanvar 2013 17:07 | Status: VİP user | Şərh: 1 882
Bele Azerbaycanlilari gorende adam fexr edir, eger doqrudanda savab islerle mesquldursa Allah o zaman ruzisini dahada bol etsin.Bu dunyada hec ne ebedi deyil, var-dovletde axira kimi olmur. Esas odurki savab isler goresen ve ozunden sonra yaxsi emeller qoyub gedesen. Mence en boyuk var-dovlet insanlarin sevgisini qazanmaqdir. Allah kimese coxlu var-dovlet verirki kasib insanlara o adamin eli ile ruzi versin. Bu dunyani gozellik deyil yaxsiliq xilas edecek.
Ilash Ka | 22 yanvar 2013 18:49 | Status: Qonaq | Şərh: 0
bu menim emime benzeyir :)
selinay | 21 yanvar 2013 21:10 | Status: Qonaq | Şərh: 0
karizmatik
Fatima Q. | 21 yanvar 2013 17:02 | Status: Gümüş user | Şərh: 984
45 yashli insanin bu boyda biografiyasi varsa, sozum yoxdu..ALLAH uzun omurler versin..Kishi ishini bilib turk vetendashligina kechib.. :n3:
Yusuf | 20 yanvar 2013 16:45 | Status: Şərhçi | Şərh: 424
Allah canini saq etsin.Dunya mali dunnyada qalacaq bize tekce emellerimiz birde sevablarimiz qalacaq.
aysu tuncay | 17 yanvar 2013 04:19 | Status: Şərhçi | Şərh: 212
allah ruzisini daha da basindan toksun
Yildiz Tilbe | 17 yanvar 2013 00:59 | Status: Qonaq | Şərh: 0
Sadəliyə görədir bütün uğurlar...Ağıl-fərasət.Allah bol etsin.Hamının ruzisini versin Allah...Ey bərk gedən insan,hamımızın nədən yarandığı məlumdur.Lovğalanma,gələndə lüt,gedəndə lüt...Əsas odur ki,rəhmət qazanaq!Bu sözlər yuxarıdan aşağı baxan cahillərədir!
RaySum | 16 yanvar 2013 17:10 | Status: Professional user | Şərh: 2 594
twk xebere goree
YAZ YAQMURU | 14 yanvar 2013 15:19 | Status: Qonaq | Şərh: 0
ALLAH OZUNE QÇSMET ETSÇN ALLAH MENEDE 150MÇN DOLLAR YETÇRSÇN AMÇN ÇLAHÇ
Vetenperver | 14 yanvar 2013 09:41 | Status: Professional user | Şərh: 6 699
Yaxşı xəbərdir.Öz ağlı ilə pul qazanıb.Əhsən!
AGAA | 13 yanvar 2013 19:19 | Status: VİP user | Şərh: 1 153
insanda agil ve feraset olandan sonra her sey elde ede biler
sanel | 13 yanvar 2013 14:32 | Status: Professional user | Şərh: 3 647
sagligina qismet olsun eziyyet cekib qazanib
Listen to you heart | 12 yanvar 2013 22:23 | Status: VİP user | Şərh: 805
Sagligina qismet :)
arzum | 12 yanvar 2013 20:13 | Status: Şərhçi | Şərh: 172
allah bəd nəzərdən bəd niyyətlilərdən qorusun.amin.
fatime 30 | 12 yanvar 2013 16:53 | Status: Qonaq | Şərh: 0
allah artıq etsin.ehtiyacı olanlara əl tutsun.maraqlı məlumatidi.hamısını oxudum.
zoluwka | 12 yanvar 2013 16:17 | Status: Professional user | Şərh: 3 172
Allah ruzisin daha artirsin.Mubariz Mensimov haqqinda yeterli qeder melumatim vardi yene de oxudum .en esasi xeyirxah adamdi.cox kasib olublar.
TATLI GUZEL | 12 yanvar 2013 16:06 | Status: Professional user | Şərh: 5 781
Tesekkurler oxumaga sebrim catmadi
Lola. | 12 yanvar 2013 16:04 | Status: Professional user | Şərh: 2 230
halaldi halal ne deyim bawqa
sadykhova ulker.... | 12 yanvar 2013 15:51 | Status: Şərhçi | Şərh: 300
Bu
TALÇSH deyil heee TALiSHDÇ hallaldi allah cansagliqi versin kasib kusuba ell tutur vallah fexrimizdi burdan yer uzundeki butun talishlari salamlayiram ox qurban olaram talish torpaqlarina allah butun talishlari qorusun.
Hemcinin azerbaycan xalqinda qorusun