Həyat tərzi / Məsləhətlər

Evdəki kifdən necə yaxa qurtarmalı?

Banu. | 3-12-2019, 21:33
197 0

Kif evdəki görünümü pozmaqla yanaşı sağlamlığa da mənfi təsir göstərir. Müxtəlif cür xəstəliklərə və allergiyaya səbəb olur. Buna görə də evdə kif aşkar etdikdə tez bir müddətdə ondan yaxa qurtarmaq lazımdır.

Evdə yığılmış kifdən necə azad olmağın üsullarını açıqlayırıq. Kif orqanizmə ümumilikdə mənfi təsir göstərə, öskürək, zökəmə səbəb ola bilər. Bəzi hallarda qeyri-müəyyən xəstəliyi olan insanlar evlərini dəyişdikdə sağalırlar. Çox güman ki bu xəstəliklər evdə yığılan kifə görə yaranır. Kifdən yaxa qurtarmağa çalışmazdan öncə kifin yaranma səbəblərini öyrənmək lazımdır. Kif yığını evin hər yerində ola bilər. Lakin inkişaf etməsi üçün əlverişli mühit olamalıdır. Kif pis havalandırılan, nəm mühitdə tez inkişaf edir. Tikinti zamanı yalnız müasir materiallardan istifadə edilibsə kiflənmə təhlükəsi yaranmayacaq. Hamam və tualetdə kif daha sıx əmələ gəlir. Belə bölgələrdən kifi təmizləyib yığışdırmaq uzun vaxt alır. Xam və kəskin iyi olan otaqlara diqqət etmək lazımdır. Kifi olan bölgələrdə qara ləkələr də ola bilər. Kif olan otağın ilk öncə rütubət və havalandırma prolemini həll etmək lazımdır. Yalnız bundan sonra kifi təmizləyib yığışdırmaq olar.Kiflənməni aradan qaldırmaq elə də asan prosedur deyil. Göbələyin mexaniki təmizlənməsi heç bir təsir göstərməyəcək. Evin iqlim şəraitini dəyişmək lazımdır ki, təmizlənmiş kif geri qayıtmasın. Kifin dərindən təmizlənməsi qaydaları:
  • Mexaniki şəkildə kif yayılmış bölgələri təmizləmək
  • Təmizlənmiş bölgələri göbələkdən təmizləyən xüsusi vasitələrlə işləmək
  • Kifdən xarab olmuş əşyaları atmaq
  • Otağı yaxşı havalanma ilə təmin etmək
  • Rütubət dərəcəsini normada saxlamaq
Kifi təmizləyən vasitələr Antiseptik vasitələr kifdən azad olmaq üçün effektiv üsuldur. əsas odur ki, belə vasitələrin zəhərli olduğunu unutmayasınız. Belə vasitələrdən istifadə edərkən diqqətli olun və istifadə qaydaları ilə yaxından tanış olun. 

Antiseptikli astarlanma Məhz bu vasitə ilk növbədə kifi dərindən təmizləyir. Bu vasitə kifi təmizləməklə yanaşı onun təkrar yaranmasının qarşını alır. Antiseptikli astarlanmanın istifadə qaydası isə çox asandır. 

Ağardıcı Kifdən azad olmaq üçün yalnız xüsusi vasitələrdən yox, əl altında olan vasitələrdən də istifadə etmək olar. Belə vasitələrin zəhərli təsiri olmasa da effektivliyi o qədər də yüksək deyil. Misal olaraq ağardıcı vasitəni göstərmək olar. Ağardıcı həm kifdən, həm də kif yığınından təmizləyir. Diqqət yetirməli olduğunuz amil isə təmizlədiyimiz bölgənin ağardıcının təsirindən korlanmamasıdır. Ağardıcı vasitə dəri səthi korlaya bilər. İstifadədən öncə otağın yaxşı havalandırma sisteminə malik olduğundan əmin olmaq lazımdır. Rezin əlcəklər taxmaq şərtdir. Hazırlanma qaydası isə 1:10 bərabərlikdə su və ağardıcını qarışdırmaqdır. 

Sirkə. Sirkə tərkibində mövcud olan turşuya görə effektiv kif təmizləyicisi sayılır. Bu vasitə zəhərli deyil. Sirkəni istifadə etdikdən bir saat sonra təmizlənən bölgəni yaxşıca yumaq lazımdır. Sonradan kif yaranmasın deyə bu proseduru həftədə bir dəfə təkrar etmək lazımdır. 

Hidrogen peroksid. Hər mikrobdan yaxa qurtarmağa kömək edən bu vasitə təbii ki, göbələyin də öhdəsindən gəlir. Bu vasitə sağlamlığa heç bi ziyanı olmaması ilə yanaşı, xoşagəlməz qoxu da ifraz etmir. Həmçinin hidrogen peroksid təmizlənən bölgənin ağarmasına da kömək edir. Buna görə rəngli səthləri təmizləyərkən daha ehtiyyatlı olun. 

Ammonyak Bu vasitə daha çox hamar səthdə təsirli olur. Plitka və kafel buna misal kimi gətirmək olar. Istifadə qaydası 1:1 bərabərliyi ilə ammonyak və suyu qarışdırmaq. Itifadədən sonra isə təmizlənən bölgəni adi su ilə yumaq lazımdır. Bu vasitənin qüsuru isə qoxusunun baş gicəllənməsinə səbəb olmasıdır. 

Soda. Qida sodası da buna daxildir. Soda həm ucuz həm də əlverişli vasitədir. Bu vasitənin əsas özəlliyi istifadə edərkən heç bir kimyavi element ifraz etməməsidir. Bu səbəbdən sodanın istifadəsi sağlamlığa heç bi ziyan vurmur. Hazırlanma qaydası bir qaşıq soda ilə bir fincan suyu qarışdırmaqdır. Evi kifdən təmizlədikdən sonra kifin bir daha yaranmaması üçün otağı mütəmadi olaraq havalandırmaq və təmiz saxlamaq gərəklidir. İncə.az