Həyat tərzi / Məsləhətlər

Qışa təzə pomidor bağlayın!- Susuz, duzsuz, sirkəsiz

Banu. | 6-09-2019, 18:18
372 0


Artıq balonlara turşu yox, təzə pomidor qoyacaqsınız. Qışda baha parnik pomidorunu almağa ehtiyac qalmayazaq...30 qəpiyə pomidor alın bütün qışı təzə pomidor yeyin, həm də əziyyət şəkib balon qaynatmağa ehtiyac yoxdur, sadə bir ərzağın köməyi ilə bunu edə bilərsiniz...

Bu üsulla bağlanan pomidorlar il boyu təzə qalır...
Sizə çox maraqlı bir üsul təqdim edirik – bu bağlama ilə pomidorları təzə halda saxlaya bilərsiniz. Qışda pomidor baha olanda, süfrənizdə təzə pomidor görmək istəsəniz, bankanı açın və yayda yetişmiş dadlı və vitaminli tərəvəz sizə bu qızmar günləri xatırlatsın.

Ərzaqlar: ( 3 kq. banka üçün)

Pomidor – 2 kq.
Xardal tozu – 5-6 x.q. (marketlərdə satılır)

Hazırlanması:

Bankanı sterilizə edin. Pomidorları yaxşıca yuyursuz və qurudursunuz. Quru və təmiz xörək qaşığı ilə boş bankanın içinə xardal tozu səpirsiniz. Pomidorları bir-birini əzmədən, çox səliqə ilə 1 lay olmaqla bankaya yığırsınız. Üzərinə xardal tozu səpirsiniz. Daha sonra yenə pomidorları yığırsız və üzərinə xardal tozu səpirsiz, beləcə banka dolana kimi davam edirsiz və sonda ağzını steril və quru qapaqla bağlayırsınız. Sonra bankanı əyib stol üzərində fırladırsınız ki, toz hər tərəfinə yayılsın. Onu sərin və qaranlıq yerdə saxlayırsınız.
Bəs necə olur ki, bu cür pomidor uzun müddət təzəliyini qoruyub saxlayır? Belə ki, xardalda olan efir yağları bakteriyaları məhv edərək, pomidorlara təzə qalmağa kömək edir.

Digər xəbərləri də oxuyun:

"Uşaq pulu" ilə bağlı YENİ XƏBƏR

Qız selfi çəkdi, şəkilə baxanda dəhşətdən telefon əlindən düşdü-FOTOLAR

Bakıda İYRƏNCLİK - Ana qızıyla lezbiyan hərəkətləri edib, videonu sevgilisinə göndərdi

Hansı bürcün qadınları daha gözəldir?

650 İnsanın Qatili. Tarixdə Ən Qaniçən Qadını – YELİZAVETA BATORİ