Həyat tərzi / Məsləhətlər

Kimyəvi və təbii meyvə-tərəvəzləri necə ayırd etməli? - 10 faydalı məsləhət

Banu. | 5-09-2019, 13:00
215 0
Bazarda və supermarketlərdə alış-veriş edən zaman bizi ən ümdə narahat edən məsələ meyvə və tərəvəzlərin təbi olub-olmamasıdır.
Bu üsulları sizə təqdim edirik.
1. Yerkökü
Böyük və narıncı rəngdə olan yerkökü müştərinin diqqətini tez cəlb edir. Həmişə balaca və rəngi parlaq olmayan yerkökü seçin. Unutmayın ki, təbii yerköküdə qəribə ləkələr olmur.
2. Kartof
Kartof kimyəvi dərmanları tez həll edir. Ona görə onları ayırd etmək çətindir. Çalışın balaca görkəmli və ləkəli kartofları seçin. Səliqəli və gözəl görkəmli kartoflar kimyəvidir. Dırnağınızla kartofa toxunun əgər xırçıltı səsi (cipsi kimi) gəlirsə, deməli kartof tamamilə təhlükəsizdir.
3.Pomidor
Pomidoru seçmək  bir qədər asandır. Sağlam pomidorun içi bir rəng olur və aydın olur. Əgər pomidorun içi ağdırsa və ləkələr varsa deməli nitratı boldur. Həm də toxum yerinə diqqət etsəniz görərsiniz ki, təmiz pomidorda toxum hissəcikləri balacadır.
4.Xiyar
Xiyarı alarkən içinə diqqət edin. Yadda saxlayın gübrəli xiyarın toxumları olmur. Bir də xiyarda sapına diqqət edin. Təhlükəsiz xiyarda yaşıl sapı yumşaq olmalıdır, xiyar özü isə bərk.
5. Kələm
Kələm alarkən onun ləkələrinə diqqət etməyiniz kifayətdir. Ləkəli kələm gübrələrlə kifayət qədər zəhərlənmiş vəziyyətdədir mənasını verir.
6. Alma
Bu gün  kifayət qədər zəhərli vəziyyətdə olanların biri də almadır. Çalışın çirkin, balaca və çatışmazlıqları bol alma seçəsiniz.
7. Balqabaq
Təmiz və ləkəsiz balqabaq  gübrəsiz balqabaqdır.
8. Çiyələk
Mağazalar və supermarketlər  bu giləmeyvəni demək olar ki, bütün il yeməli ediblər. Əgər orjinal çiyələk istəyirsinizsə yadda saxlayın ki, onlar ideal formaya malik olmurlar. Xüsusilə  çiyələkdə ləkələr varsa, onu almaqdan yayının. Əgər həddindən artıq parlaq rəngi varsa deməli rəngləniblər. Bir məsləhət daha: Çiyələyi soyuq su ilə yuyun, rəngi çıxırsa deməli kimyəvi müdaxilə yan ötməyib.
9. Qapız
Kimyəvi müdaxilə görməyən qarpızın tumları taraz düzülmüş və sapı da quru olur. Əgər qarpızın içində sarı ləkələr varsa deməli qarpız kimyəvidir. Təbii qarpızın  lifləri ağ olur.
10.Albalı
Təbii albalı parlaq və bir rəngli olur. Ləkələr və solğunluq kimyəvi müdaxilədən xəbər verir.İslaminsesi.info


Digər xəbərləri də oxuyun:  

ŞAD XƏBƏR: Prezident yenə pensiyaları artırdı - 1 oktyabrdan

SON DƏQİQƏ: Tanınmış şəxsdən ACI XƏBƏR GƏLDİ - Atası və oğlu da intihar etdi-VİDEO

Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda

Bu 2 sadə ərzaq 2 ay ömrü qalmış, xərçəng xəstəsini ölümdən xilas etdi və o da bunu hamı ilə bölüşmək qərarına gəldi..MÖHTƏŞƏM RESEPT

Zodiakın ən gəzəyən və şorgöz kişi bürcləri-Bunlardan uzaq durun!

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?-CAVAB inanılmaz