Həyat tərzi / Məsləhətlər

Keyfiyyətli dondurmanı saxtadan belə ayırın. Məsləhətlər

Banu. | 14-06-2019, 20:14
697 0

İsti fəsillərin ən ləzzətli teamı dondurmadır. Dondurmanı böyüklər də, uşaqlar da xoşlayır. Yaxşı keyfiyyətli dondurma həmçinin çox faydalı məhsuldur.
Alimlər sübut edir ki, dondurma insanın əhvalını yaxşılaşdırır, stressi azaldır.
Təbii ki, bütün bunlar yalnız keyfiyyətli məhsula aiddir. Saxta, ucuz, tərkibində palma yağı, kimyəvi qatqılar və s. ziyanlı maddələr olan dondurma sağlamlığa yalnız ziyan vura bilər.
Bəs keyfiyyətli dondurmanı necə ayırd etmək olar?
1.  Rusiya KİV bildirir ki, mütəxəssislər ağ və ya qəhvəyi rəngdə dondurmaya üstünlük verməyi tövsiyə edirlər. "Rəngli" dondurmaların tərkibinə rəngvericilər daxil edilir və bu rəngvericilər əsasən təbii olmur.
2. Dondurmanın üzərində buz kristalları olmamalıdır. Belə kristalların olması onu göstərir ki, məhsul ucuz xammaldan hazırlanıb.
3. Dondurmanı otaq temperaturunda saxlayanda, tərkibində palma və ya digər bikti yağları olan məhsul tez əriyir və formasını itirir. Təbii süd və qaymaqdan hazırlanmış məhsul isə gec əriyir və formasını saxlayır.
4. Keyfiyyətli dondurmanı yeyəndən sonra ağızda xoş qaymaq dadı, tərkibində palma yağı olan saxta dondurmanı yeyəndən sonra ağızda xoş olmayan yağlı dad, yağlı "plyonka" qalır.
Saglamolun.az


Günün ən maraqlı xəbərləri:

Roza Zərgərli görün kimin övladlarına analıq edir - FOTO

Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

Qız qalasının sirri açıldı – Qalanın kodu Quranın koduna bağlanır

Televizorla sevişirdim, onu çarpayıma uzadıb...

Ərinin gözü qarşısında ölənə qədər zorlayır və... - Müsəlman ölkəsinin DƏHŞƏTLİ ÜZÜ