Həyat tərzi / Məsləhətlər

Kapron corabları cırılmağa qoymayan FƏRQLİ ÜSUL-DONDURUN!

Banu. | 29-04-2019, 08:30
4 096 0

Elə bir ev tapmazsan ki, orada soyuducu olmasın. Meyvə-tərəvəzlərin, süd, ət məhsullarının təzə qalması üçün soyuduculardan istifadə edirik. Amma soyuducudan başqa məqsədlər üçün də istifadə olunur. AzadQadin.Az ailem.az-a istinadən soyuducunun buzxanasından başqa məqsədlər üçün yararlanmağın yollarını göstərir.
Corabların cırılmasının qarşısını alır
Nazik kapron corabların ən böyük problemi tez cırılmasıdır. Bu problemin olmaması üçün yeni aldığınız kapron corabları isladıb, suyunu sıxın və 12 saat boyunca buzxanada bir paketin içində saxlayın. 12 saatdan sonra otaq temperaturunda qurudun.
Saqqız ləkələrini təmizləyir
Ayaqqabınıza saqqız yapışarsa, heç narahat olmayın. Saqqızı təmizləməyin asan bir yolu var. Saqqızın üzərinə bir kağız qoyun və ayaqqabınızı 2 saat buzxanada saxlayın. Beləcə, saqqız ayaqqabınızdan asanlıqla çıxacaq.
Ayaqqabı qoxularını aparır
Pis qoxu yayan ayaqqabılarınızı bir sellofan torbaya qoyub buzxanada saxladıqdan sonra, qoxunun getdiyini hiss edəcəksiniz.
Paltarların tiftiklənməsinin qarşısını alır
Toxunma, yun koftaların, jaketlərin, paltarların tiftiklənməməsi üçün bir gecə boyu sellofan torbaya qoyaraq buzxanada saxlayın.
Dodaq boyasını tündləşdirir
Dodaq boyasının rənginin daha kəskin və gözəçarpan olmasını istəyirsinizsə, mütləq buzxanada saxlayın. Beləliklə, pomadalarınız daha gözəl və təzə qalacaq.
Göz boyalarını kəskinləşdirir
Göz karandaşlarınızı istifadə etməzdən əvvəl 15 dəqiqə buzxanada saxlasanız, karandaşınızın daha kəskin rəng aldığını görəcəksiniz.
Günəş yanıqlarını aparır
Günəş yanıqlarını aparmağın ən gözəl yolu buz küpləridir. O qorxunc yanıqları yumşaltmaq üçün buz küpləri içərisinə aloe vera gelini qoyaraq dondurun. Donan aloe veranı yanıqlarınızın üzərində gəzdirin. Bu, ağrını azaltmağın ən təsirli yoludur.
Təbii gözəllik vasitələrinin ömrünü uzadır
Təbii gözəllik vasitələrinin içərisində qoruyucu və qatqı maddələri olmadığından soyuducuda saxlayaraq, ömürlərini uzada bilərsiniz.
Şamların ömrünü uzadır
Şamları istifadə etməzdən qabaq dondurmaq onların ömrünü uzada bilir. Şamın yanma müddəti iki qat artır.

AzadQadin.az

Bu xəbərlər də maraqlıdır:

Xəyalə özündən də gözəl anası ilə fotosunu paylaşdı-FOTO

Azərbaycanlı ana və qızı görənlər bir də baxır… – FOTOLAR

Ərləri Rusiyada olan qadınları başqa kişilərlə… – Azərbaycanda görülməmiş hadisə

Qəbrdə fırlandığı deyilən mərhum xalq artistimizin məzarı açılıb? - FOTO

1 ayın gəlini "kişi" çıxdı - Qohumlar dəhşətə gəldilər

Ailəli olan kişilər ilə birlikdə olan qadınlar hansı hissləri keçirdirlər?-DƏHŞƏTLİ FAKTLAR

Mən ayağıma və üzümə gecə aspirinlə limonun şirəsini qarışdırıb sürtdüm.. Səhər nəticə məni heyran etdi…