Həyat tərzi / Məsləhətlər

Özünüzü güclü hiss edin

♥Sevgi♥ | 14-09-2014, 19:30
1 876 15
 

 

 


 Özünüzü güclü hiss edin
Özünüzü güclü hiss etdirəcək təkliflər... 

Gülümsəyin.

Gülümsəmənin özünə inamı ən yaxşı artıran yollardan biri olduğunu bilirdinizmi? Yalnız gülümsəmə hərəkəti belə beyində serotonin ifraz edərək sizi xoşbəxt edər. Xoşbəxtkən özümüzdən daha əmin olduğumuz bir gerçəkdir. Ürəkdən gələn bir gülümsəmə sizin özünüzdən əmin görünmənizi təmin edib yaxşı hiss etmənizə də səbəb olacaq. 

Sevdiyiniz tonlarda geyinin.
Sevdiyiniz rəng geyinmək sizi birdən daha güclü, inkişaf etmiş və özünüz kimi hiss etmənizə səbəb olacaq. Ən sevdiyiniz rəngi geyinin, təbii olaraq özünüzə inamınızın artdığını görəcəksiniz. 

Rahat edəcəyiniz paltarı seçin.
Kimsə içində rahat etmədiyi paltarlarla özünü etibarda hiss etməz. Həddindən artıq dar ətək, köynək ya da şalvarları seçməyin. Kimsə sizdən başqa hansı bədən olduğunuzla maraqlanmaz. İçində rahat olduğunuz və sizi yaxşı göstərən paltarlar geyinmək istəməzmisiniz? 

Sağlam qidalanın.
Sağlam qidalandığımızda dərimiz gözəlləşir, dərimiz gözəlləşincə də özümüzü daha yaxşı hiss edərik. Gözəl görünmək üçün gözəl qidalanın. Qabınızı meyvə, tərəvəz, yaşıl yarpaqlı tərəvəzlər və sağlam yağlar ilə yağsız zülallarla doldurun. Şəkər, zərif və işlənmiş qidalardan uzaq durun. Beləcə həm çox yaxşı hiss edəcək həm də çox yaxşı görünəcəksiniz. 

Açıq olun. 
Əgər özünüzə inamınız yoxsa fikrinizi söyləmək, bir söhbətə qatılmaq hətta haqqınızı axtarmaq belə çətindir. Ağlınızdan keçəni söyləmək inamınızı artırmaq üçün çox yaxşı bir yoldur. Heç kim qatılmasa da nə hiss etdiyinizi söyləyərək belə özünüzü yaxşı hiss edəcəksiniz. 

Yazın.
Hisslərinizi, hədəf və çətinliklərinizi yazaraq özünüzə inamınızı artıra bilərsiniz. Başınızın içindəkiləri yazıya tökmək sizi rahatlaşdıracaq və hisslərinizi daha həll oluna bilər hala gətirəcək. Yazmamaq sizi stressə soxaraq, başınızı qarışdırıb qərar vermədə çətinlik çəkmənizə səbəb ola bilər. Başınızdakıları yazıya tökün. Yaxşı hiss edəcək və hadisələri nəzarət altına alaraq gedəcəyiniz yol haqqında dünyagörüşünə sahib olacaqsınız. 

Yaxşı yoldaşlıqlar qurun. 
Əgər yoldaşlarınız sizi yarı yolda buraxar, özünüz haqqında pis hiss etmənizə səbəb olar ya da ümumi olaraq kobud davranarsa özünüzə inamınız  sarsılar. Sizi dəstəkləyən insanların ətrafında olmalısınız. Doğru yoldaş çox yaxınınızda ola bilər. Əgər sizi dəstəkləmək yerinə davamlı incidənlərin ətrafında olmağa davam etsəniz doğru adamı tapmaya bilərsiniz. Yaxşı dostlar sizə cəsarət verərək ya da yalnız yanınızda olaraq inamınızı artıra bilər. 

Hobbi əldə edin. 
Bəlkə də etməkdən zövq aldığınız və də qabiliyyətinizin olduğu bir hobbi var amma siz çox üzərinə düşmürsünüz. Sevdiyiniz bir şeyi etmək sizi əyləndirər, əhvalınızı düzəldər və sizə cəsarət verər. Ətrafınızdakılardan heç kim hobinizdən xoşlanmır hətta razılaşmırlasa belə siz sevdiyiniz şeyi etməyə davam edin. Əgər heç hobinizin olmadığını düşünürsünüzsə yanılırsınız. İş xaricində etməkdən zövq aldığınız, sizi həyəcanlandıran və sizə maraqlı gələn şeyləri düşünün, bunları düşünərkən hobinizi tapmaq üzrə ola bilərsiniz. 

İdman edin. 
İdman etmək həyatımızda əhəmiyyətli bir fəaliyyətdir. İdman bədənimizə endorfin göndərərək bizi xoşbəxt etməklə qalmaz bizə özünə inam da təmin edər. 
Bu sayədə bədəninizə yaxşı baxdığınızda avtomatik olaraq özünüzü daha yaxşı hiss edəcəksiniz. Yarım saatlıq bir qaçış ya da yoga sizə çox yaxşı gələcək. İdman etmək nələri bacara biləcəyinizi sizə göstərə biləcək yaxşı bir dərmandır. Ayrıca sağlamlığınız üçün də çox əhəmiyyətli olan idman pis enerjini yaxşı enerjiyə çevirməyə kömək edər. 

Paylaşın.
Özünüzü yaxşı hiss edib inamınızı artırmaq üçün ən yaxşı yollardan biri də başqalarına kömək etməkdir. Hamımızın içində başqalarına kömək etmək qabiliyyəti və ehtiyacı vardır. Bu yanınızı ortaya çıxarın. Daha xoşbəxt, özünə inamlı və ətrafınızda olub bitənlərlə daha əlaqədar olduğunuzu görəcəksiniz. Çox böyük yardımlar etmək məcburiyyətində də deyilsiniz. Gündəlik həyatınızdakı kiçik hərəkətlər də böyük dəyişikliklərə səbəb olacaq. Kiçik gözəl bir not yazmaq, birinə yemək sifariş etmək ya da ehtiyacı olan bir yoldaşa vaxt ayırıb onu dinləmək belə qarşınızdakını xoşbəxt edərkən sizə də köməkçi olacaq.
 
 


dılay | 2 yanvar 2016 19:41 | Status: Brilliant user | Şərh: 8 182
ALLah hamInIn komeyi olsun
BULUT | 15 sentyabr 2014 18:55 | Status: Qonaq | Şərh: 0
guclu olmaga calismiram /guclu qadinam her sinagdan uzu ag cixmisam ve belede olar insallah /allah yoldasimi mene cox gormesin butun bunlar guclu olmagimi ona borcluyam /o arxa dayaq olub her zaman mene
Ay_Sun | 15 sentyabr 2014 16:19 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: cuci
ZEİF YANİNDA HER KES GUCLUDUR.ESAS ODUR GUCLU YANİNDA GUCLU OLMAGİ BACARASAN

Duzdur birdenem 0140
SEVDA | 15 sentyabr 2014 14:48 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah hamıya güc,qüvvet versin her zaman.....
SABINA | 15 sentyabr 2014 09:08 | Status: Professional user | Şərh: 7 410
ZEİF YANİNDA HER KES GUCLUDUR.ESAS ODUR GUCLU YANİNDA GUCLU OLMAGİ BACARASAN
Röyamsan. | 15 sentyabr 2014 00:08 | Status: Brilliant user | Şərh: 6 102
Mən özümü yetərincə güclü hiss edirəm. love
birdane | 14 sentyabr 2014 23:59 | Status: Professional user | Şərh: 3 726
ozumu guclu sayiram allahin komeyliyi ile her isin ohtesinden gelirem gulmek hamiya yarasir eziz xanimlar hemise gulun urekden gulun
Nurus. | 14 sentyabr 2014 23:58 | Status: Brilliant user | Şərh: 6 982
Yorulmuşam,artiq gucum qalmayib.Buna bacmayaraq,heyat mubarizedir,mende herzaman cetinliklerden xilas olmaga calişiram.İstememişem,kimse gucsuz oldugumu bilsin.
fea | 14 sentyabr 2014 23:43 | Status: Gümüş user | Şərh: 1 737
gulmek her kese yarasir gulun
SEVA | 14 sentyabr 2014 23:37 | Status: Professional user | Şərh: 5 150
cox tesekkurler hamisi var esasende gulus sen gul seni istemeyenler partlasinlar
Sabahım. | 14 sentyabr 2014 23:26 | Status: Professional user | Şərh: 3 359
MƏN GÜCLÜLƏLRİN GÜCLÜSÜYƏM ALLAHIN KÖMƏYİLƏ...HƏR ZAMAN HƏR YERDƏ ANCAQ VƏ ANCAQ ÖZÜMƏ GÜVƏNİRƏM.DÜŞMƏNLƏRİMİ HEC OLMAZ SAYIRAM FƏRQİNƏ VARMAMAĞA CALIŞIRAM.ÖZÜMLƏ QÜRƏUR DUYURAM fellow 0115 0116 0140 0144 0161 0157 0162 0149
Nazlı_Kız | 14 sentyabr 2014 22:30 | Status: Brilliant user | Şərh: 6 472
Özümü güclü hiss etməyi bacarıram hər zaman fellow Hər birinidə edirəm təşəkkürlər...xəbər üçün.
Ag Gul | 14 sentyabr 2014 20:57 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər canım her şey superdi
dream reality | 14 sentyabr 2014 20:43 | Status: Professional user | Şərh: 1 449
Tewekkurler supppper xeberdi ellerinize salik...
Girl | 14 sentyabr 2014 20:11 | Status: Professional user | Şərh: 8 206
Her birinde edirem)) twk can love