Məsləhətlər / Şirniyyat

Keks haqqında nəyi bilirik?

MELEK_ | 9-04-2014, 13:30
6 561 33

 


 

1) Yumurtalar şübhəsiz otaq istiliyində olmalıdır.
2) Hər yumurta üçün şəkər ölçüsü yarım su stəkanı götürülür.
3) Yumurta və şəkəri çırparkən, içinə bir çimdik duz atılması daha çox qabarmasını təmin edər.
4) Qar kimi olana qədər ən azı 7-8 dəqiqə mikserlə, ən yüksək dərəcədə çırpılmalıdır.
5) Yağını az etsəniz bişmə qabından çətin çıxacaq. Bunu düşünərək yağladığınız bişmə qabına bir az da şəkər səpin.
6) Əgər duzlu keks etdinizsə, yağladığınız bişmə qabına bu dəfə un səpin.
7) Qabartma tozunun üzərinə bir neçə damla limon sıxsanız, keksiniz daha da gözəl qabaracaq.
8) Ununuzu qabartma tozu və vanil ilə birlikdə ələyin. 
9) Sodalı tortlar daha gözəl qabarır.



10)Yumurta və şəkərinizi çırpdıqdan sonra, əlavə digər vəsaitləri taxta qaşıqla qarışdırmağınız məsləhət görülür.(Yumurta  zülalı havanı içinə çəkər və çırpma müddətində hava girərək qabarmağı təmin edir.)
11)Əlavə edəcəyiniz vəsaitlərin dibinə çökməməsi üçün, yaş meyvə növü  isə qarğıdalı ununa batırmağınız, quru meyvə isə bir iki dəqiqə qaynatdıqdan sonra yaxşıca qurulayıb, una batırmağınız daha gözəl olardı.
12)Un yerinə bir neçə qaşıq nişasta istifadə etsəniz, qum kimi ağızda dağılan keksləriniz olar.
13)Kekslərinizi əvvəldən bir neçə dəqiqə isidilmiş sobaya qoysanız, qabarması daha yaxşı olacaq... Soyuq soba qabarmağa maneə olar.



14) Keksi bişmə qabına tökdükdən sonra, üzərinə bıçaqla bir cızıq təyin etsəniz çatlaq keks olar.
15)Ağ-qara keks edəcəyiniz zaman xəmirinizi ikiyə bölmədən əvvəl iki qaşıq əksik unlu edin. Böldükdən sonra birinə bir qaşıq un, digərinə bir qaşıq kakao əlavə edin ...
16) Duzlu, pendirli keks edərkən içinə çoxlu cəfəri və ya şüyüd əlavə etməyiniz onun çökməsinə və xəmir olmasına maneə olar.
17) Keks xəmirini hazırlayarkən aluminium tava istifadə etmək olmaz, çünki qaralmağa səbəb olar.
18) Sobaya qoyulduqdan sonra qapağını açmamaq lazımdır. Açılsa soyuq hava içəri girər və təzyiq edərək çökməyə səbəb olar.
19) Bişməsindən əmin olmadığımız halda, keks sobadan çıxarılmamalıdır. Bunun üçün incə uclu, quru bir bıçaq, və ya diş çöpü istifadə edə bilərik. Batırınca xəmir yapışmamışsa, bişmişdir deməkdir.
20) Sobadan çıxan keks havayla bir az kiçilər, ona görə soyuduqdan sonra sobadan çıxartmaq lazımdır...


Təbii ki, burda bildiyiniz praktik üsullar da var idi, amma bilmədiklərinizi də öyrəndinizmi?
 
 
Redaktə etdi: Sadəcə MƏN

ESMERRi | 7 aprel 2016 00:20 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: boris arxan
Sitat: pirenses
tesekkurler..
boris arxan | 28 noyabr 2014 00:23 | Status: Professional user | Şərh: 4 783
Sitat: pirenses
tesekkurler..
indra | 16 iyun 2014 03:26 | Status: VİP user | Şərh: 908
Çoxini bilmirdim
pirenses | 17 aprel 2014 12:34 | Status: VİP user | Şərh: 1 397
tesekkurler..
MELEK_ | 10 aprel 2014 17:39 | Status: Professional user | Şərh: 3 949
Sitat: Huseyn80
Lazimli meslehetlerdir, tewekkurler canim...

Sitat: Nailya
meslehetlere göre twk...

Sitat: nurla
deyerli meslehetdi can cox sag ol

Sitat: Mansi
coxunu bilmirdim sag olun melumatlar ucun

serhler ucun cox sagolun bacilar
Aynur_Mezahirli | 10 aprel 2014 17:23 | Status: Qonaq | Şərh: 0
Lazimli meslehetlerdir, tewekkurler canim...
SEVDA | 10 aprel 2014 15:07 | Status: Nəzarətçi | Şərh: 17 437
meslehetlere göre twk...
nurla | 10 aprel 2014 14:13 | Status: VİP user | Şərh: 824
deyerli meslehetdi can cox sag ol
Mansi | 10 aprel 2014 10:01 | Status: Şərhçi | Şərh: 344
coxunu bilmirdim sag olun melumatlar ucun
MELEK_ | 10 aprel 2014 09:00 | Status: Professional user | Şərh: 3 949
beyendiyiniz ve fikirlerinizi menimle bolusduyunuz ucun tesekkurler
Nur | 10 aprel 2014 07:47 | Status: Professional user | Şərh: 3 988
bezilerini bilmirdim,bir ara tez tez bisirirdim,son vaxtlar ama basqa sirniyyatlar bisirirem,tesekkurler Melek xanim
clevergirl | 10 aprel 2014 01:20 | Status: Qonaq | Şərh: 0
Tesekkurler
birdane | 10 aprel 2014 00:38 | Status: Professional user | Şərh: 3 726
bezilerini bilmirdin tesekkurler
Lumia | 9 aprel 2014 23:49 | Status: Professional user | Şərh: 5 378
Bezilerini bilirdim,bezilerini yox.Tesekkurler.
N....N92 | 9 aprel 2014 21:46 | Status: Professional user | Şərh: 4 351
elbetde cox sey oyrendim bezilerini bilmirdim twk
Girl | 9 aprel 2014 21:14 | Status: Professional user | Şərh: 8 206
Çoxunu bilirəm))...
Ulviyye | 9 aprel 2014 21:00 | Status: Gümüş user | Şərh: 2 839
Faydali xeber ucun tesekkur
Nara | 9 aprel 2014 20:57 | Status: Yazar | Şərh: 1 718
Maraqli xeberdi. Atdim secilmislere.
DENIZ QIZI3 | 9 aprel 2014 18:50 | Status: Gümüş user | Şərh: 3 858
bilmediklerimi oyrendim keksbisirmeyi cox xoslayiram,faydali xebere gore tesekkurler
GUN77 | 9 aprel 2014 18:34 | Status: Şərhçi | Şərh: 460
twk xeber ucun..
istek-86 | 9 aprel 2014 17:59 | Status: Qonaq | Şərh: 0
Coxu bildiklerim idi ama bilmediklerimi de oyrendim twk
Sabahım. | 9 aprel 2014 17:17 | Status: Professional user | Şərh: 3 359
Sitat: Happiness_lady
Blmediklerimizi de oyrendikfaydali xebere gore tesekkurler.

MƏNCƏDƏ
Aytekin82 | 9 aprel 2014 17:11 | Status: Brilliant user | Şərh: 6 586
Bəyəndim, amma illərin təcrübəsindən mən də deyəcəm ki,

2) Hər yumurta üçün şəkər ölçüsü yarım su stəkanı götürülür.

düzgün deyil, keks çox şirin olur və qaba yapışır.
Qalanları hamısı düzdü))))
Happiness_lady | 9 aprel 2014 16:45 | Status: Gümüş user | Şərh: 1 179
Blmediklerimizi de oyrendikfaydali xebere gore tesekkurler.
Gulshen. | 9 aprel 2014 16:05 | Status: Qonaq | Şərh: 0
Maraqli xeberdi ellerine sagliq
Röyamsan. | 9 aprel 2014 15:57 | Status: Brilliant user | Şərh: 6 102
Təşəkkürlər Mələk.
Alice | 9 aprel 2014 15:44 | Status: Professional user | Şərh: 5 020
Çox sağol canım.. Bilməyən xanımlara mətbəxın sirlərini öyrətmək üçün əlaaaaa maarifləndirici xəbərdi..

Mənim kekslərimdə həmişə dadlı və gözəl görünüşdə olur.. Annemin öyrətdiyi kiçik sirrlər nəticəsində..
Gulumka | 9 aprel 2014 15:40 | Status: Şərhçi | Şərh: 904
Duzdur coxunu bilirdim amma bilmediklerim de var idi, tesekkurler!
SABINA | 9 aprel 2014 15:25 | Status: Professional user | Şərh: 7 410
dadli xeberdir
Gülçin | 9 aprel 2014 15:20 | Status: Brilliant user | Şərh: 6 778
Tewekkurler, bunlari bilirdim.