Həyat tərzi / Maraqlıdır

Dünya solaxayların gözündə...

zyoma | 12-07-2012, 14:00
3 955 52


 

 

Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar.

  Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.
Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə edilir. Alimlərin fikrincə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Və bu üzdən də solaxaylar informasiyanı tez və effektli qəbul edirlər. Solaxaylar xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.


Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.

Statistika
Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur.
Dünyada 2-8% solaxay yaşayır. 90-91% insan normal, qalanları isə ambidekserdir. Bu cür insanlar hər iki əli ilə də normal işləyirlər.
Solaxaylar adi insanlara nisbətən, 13-21% daha çox qazanırlar.

Solaxaylar haqqında faktlar

Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır.
Solaxaylıq genlə gəlir.
Onların çoxu şizofreniyadan əziyyət çəkir.
Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur.
 Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.
Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.
Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.
Solaxaylıq daha çox homoseksual insanlar arasında müşahidə olunur.
Solaxayların nitqində qəribəlik hiss olunur.
Solaxay uşaqlar tərs olurlar.
Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.
Şimpazelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i solaxaydır.
Osminoqun 8 ayağı olmasına baxmayaraq, o, ovunu bircə, sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü ilə baxır.
Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
13 avqust Beynəlxalq solaxaylar günüdür. Son 10 ildə yer üzündə solaxayların sayı 3-4 dəfə artıb.


Dünya solaxayların gözündə
Britaniyanın Birmingem Universitetinin psixoloqları bu fenomenin daha yeni bir xüsusiyyətini araşdırıblar. İnsan beyninin sağ yarımkürəsi konkret olaraq, iybilmə, rəng və görmə qabiliyyətinə cavab verir. Sol yarımkürəcik isə nitq, oxu, fəlsəfi, analitik və riyazi funksiyalarına cavab verir. Beynin sağ yarımkürəciyi bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ hissəni idarə edir. Solaxaylarda isə sağ yarımkürəcik aktiv inkişaf etdiyindən onlar həyatı obrazlı şəkildə duyurlar.
Ona görə də alimlər belə bir araşdırma aparıblar: solaxaya şəkil göstərəndə, onun beyninin sağ yarımkürəsinin fəaliyyətini siqnallar vasitəsilə zəiflədəndə, bu zaman solaxay fikrini şəkilə və onun detallarına cəmləyə bilmir.

Solaxaylar necə yaşayır?

Tam sağ əllə işləyən insanlar (bunlar çox azdır) problemləri analitik, düşünülmüş şəkildə, şəxsi təcrübəsinə əsaslanaraq həll edirlər. İmzaları isə normaldır.
Solaxaylar (bunlar da çox azdır) dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər. Solaxayların imzaları isə əhvallarından asılıdır. Solaxaylar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. Amma onların bir xüsusiyyəti var: anadangəlmə savad solaxaylarda artıq 1,5 yaşından başlayır. Əgər bu yaşda uşaq danışmağa başlamırsa, demək, dislaliya (səsi eşidə bilməmək) və ya alaliya (3 yaşından sonra danışmaq) baş verir. Əksər hallarda isə solaxaylar uzun müddət uşaq yaşlarında olduğu kimi danışmağa davam edirlər. Bu da psixi pozğunluq ucbatından baş verir.

 

Solaxaylar az yaşayır?

Deyirlər ki, sağ və London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.

Solaxaylar daha ağıllı olurlar?

ABŞ-ın Milli iqtisadi bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər kolleqalarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərib, 15% daha çox qazanılar.
Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.

Solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağ vərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir.

 

Test
Bəlkə sən də solaxaysan?
Əllərini «Napaleon» kimi çarpazlaşdır. Əgər sağ əlin üstdədirsə və vəziyyəti dəyişəndə narahatlıq hiss edirsənsə, demək, narahat olmağa dəyər.
Fikrini cəmləyəndə hansı əl yuxarıda olur?
Qarşınıza bir qələm qoyun. Ona əvvəlcə hər iki gözlə baxın. Əvvəlcə sağ gözünüzü yumub, qələmə baxın. Sonra prosesi əksinə, edin. Baxın, hansı gözünüzlə yaxşı görürsünüz. Sol? Demək, solaxaysız.
Baş barmağının dırnağı, çeçələ barmaqdan böyükdür? Demək, solaxaysan.
Ovuclarını bir neçə dəfə çarpazlaşdır. Hansı əlinin baş barmağı yuxarıda qalır?
Hansı əlinin barmaqları o birindən daha böyükdür?
Gəzəndə hansı ayaq önə atılır?

Əgər bütün bunlara «hə» cavabı verirsənsə, demək, solaxaysan.
Əgər bu prosesləri hər iki əlinlə etməyi bacarırsansa, demək, sən tam yox, bir az solaxaysan. Yəni ambidekstersən.

Əgər uşağınız solaxaydırsa?

Məsləhət 1. «6» rəqəmini yazıb, başıaşağı göstərən kimi onu «9» kimi yadında saxlasın.
Məsləhət 2. Uşağın əlinə qayçı, bıçaq verib, nəyisə sağ əli ilə kəsməyə məcbur edin. Qoy o, ayaqqabı bağını da sağ əli ilə bağlasın.
Məsləhət 3. Uşağa səhər idmanı etdirəndə, ona hərəkətləri sağ əli ilə etməsini deyin.

Məsləhət 3. Ona qarnını sağ əli ilə, saat əqrəbi istiqamətində ovxalamağı deyin. Əks hərəkət etdikdə, tənbeh edin.


 

Maraqlı fakt

Pol Makkartninin uşaq ikən musiqiyə həvəsli olduğunu görən atası oğluna ilk musiqi alətini - «Zenith» modelində bas-gitara alıb. Pol: «Bu mənə ən dəyərli hədiyyə idi. Amma ondan necə istifadə edəcəyimi bilmirdim. Gitaranı necə tuturdumsa, onunla çalışmağı heç cür öyrənə bilmirdim. Günlərin birində hiss etdim ki, mən solaxayam və gitaranı əks istiqamətdə tutmaq lazım idi. Bir gün Smit Uitmenin şəklini gördükdən sonra başa düşdüm ki, normal gitara mənim heç bir işimə yarımayacaq» deyən musiqiçiyə bir müddətdən sonra solaxaylar üçün xüsusi düzəldilmiş gitara hədiyyə olundu.

 

Dünyanın ən tanınmış solaxayları

Makedoniyalı İskəngəndər, Mikelancelo, Benjamin Franklin, Ronald Reyqan, Corc Buş (böyük), Bill Klinton, Fidel Kastro, Mark Tven, Cimmi Xendriks, Pol Makkartni, Kurt Kobeyna, Çarli Çaplin, Koul Porter, Merilin Monro, Kianu Rivz, Nyuton, Albert Eynşteyn Bill Qeyts.

Maraqlıdır ki, solaxaylar suyun altında çox yaxşı görürlər. Onlardan ekstrasens də çıxır. Statistikaya görə, dünya əhalisinin 8 faizi solaxay, 42 faizi sağvərdişlidir. Qalan 50 faizi isə xüsusi qrup - qatışıq tipdir.


Vetenperver | 12 iyul 2012 17:11 | Status: Professional user | Şərh: 6 700
Deyəsən bacımda sol əllə yazı yazır.Sol əllə yazı yazanlara həmişə məətəl qalmışam ki necə yazırlar.Bütün işləri sol əllə görürlər.
Solnuwka. | 12 iyul 2012 16:50 | Status: Həkim | Şərh: 974
xeber gore tewekkur.
important | 12 iyul 2012 16:32 | Status: VİP user | Şərh: 404
Menim solaxaylardan xowum gelir ama
G-----16 | 12 iyul 2012 16:31 | Status: Gümüş user | Şərh: 2 227
hmmmm maraqli xeberdi tesekkurler menim qardasim balaca vaxti solaxay idi amma mamagil mecburen sag ele oyredibler indi ozleri de pesman olub :n28:
Nazar | 12 iyul 2012 16:10 | Status: Professional user | Şərh: 1 184
Təşəkkürlər maraqlı xəbərdir bu haqda heç məlumatım tox idi yaxşı ki,mən solaxay deyiləm .
Ayka21 | 12 iyul 2012 15:51 | Status: Yazar | Şərh: 2 770
maraqli melumatdi amma men solaxay deyilem
laleyka | 12 iyul 2012 15:46 | Status: Professional user | Şərh: 652
menim bacimin boyuk oqlu solaxaydir.Mence solaxay olmaq insanlar arasnda o qeder de ferq yaratmir hem de solaxaylar daha hessas ve daha savadli olurlar

onu d qeyd edim ki Barak obama da solaxaydir
OZ_DUNYAMIZ | 12 iyul 2012 15:45 | Status: Gümüş user | Şərh: 1 205
MARAQLI IDI
1 TELEBEM VE DAYIM OGLU SOLAXAYDI GORUM NE QEDER YASAYACAQLAR wink
TATLI GUZEL | 12 iyul 2012 15:39 | Status: Professional user | Şərh: 5 781
men yaxsi solaxay deyilem.tesekkurler
Aynur | 12 iyul 2012 15:29 | Status: Professional user | Şərh: 380
solaxayam,amma hemise heyatimda mene + getirib
Princess_93 | 12 iyul 2012 15:20 | Status: Brilliant user | Şərh: 5 877
Maraqli melumatdi.ama men solaxay deyilem
zyoma | 12 iyul 2012 15:20 | Status: VİP user | Şərh: 185
Duam,
meni senden başqa kim yaxşi taniya biler axiiii
Sumeyye | 12 iyul 2012 15:03 | Status: Professional user | Şərh: 1 720
mənim balaca bacım solaxaydı yazınıda sol əllə yazır yeməyidə hər bir şeyi..uşaqlıqda istəyirdik yazmağı sağ əllə öyrədək üzümüzü oyana çevirən kimi qələmi sol əlinə alırdı smile həm sol əllə daha səliqəli yazır nəinki sağ.
Duam | 12 iyul 2012 15:02 | Status: Qonaq | Şərh: 0
Xeberi oxuyan kimi dedimki 100% bu senin xeberindi amma muellife baxmamisdim indi baxdim heqiqetende senin xeberinimis.Tesekkurler.
Damla | 12 iyul 2012 14:47 | Status: Brilliant user | Şərh: 7 178
hem sag,hemde sol elimle rahat yaziram.Adeten sol elimdem istifade edirem.Sol elime bu zamana qeder ne uzuk nede saat taxmamiwam.
Yasmin Arzu | 12 iyul 2012 14:32 | Status: Professional user | Şərh: 586
menimde gucum sol elimdedi amma sagla yaziram, burdaki neqatif halar mendede yoxdu yeqin men yari solaxayam?maragli xebere gore coxsagol
fatya-2 | 12 iyul 2012 14:31 | Status: Qonaq | Şərh: 0
TƏŞƏKKÜRLƏR.MƏN HEÇ TESTİ ETMƏDİM.ÇÜNKİ MƏN SOLAXAY DEYİLƏM.
nergiz_zz | 12 iyul 2012 14:16 | Status: Professional user | Şərh: 3 815
TƏŞƏKKÜRLƏR.MƏN SOLAXAY DEYİLƏM...
sema dagistanli | 12 iyul 2012 14:14 | Status: Yazar | Şərh: 1 340
ETIRAF EDIREM MEN SOLAXAYAM AMMA YAZINI SAG ELIMLE YAZIRAM.NE QEDER ISTESEMDE BUNU TERGIZE BILMIREM.IS GORENDE SOL ELIMLE EDIREM :n40:
aynur.xuda | 12 iyul 2012 14:10 | Status: Gümüş user | Şərh: 1 289
men testi başa duşmedim nece yeni solaxay olmadigimi bile bile niye ozumden şupelenimki :n3: amma dogurdan xeber mene maraqli geldi hetta uzun olmasina baxmayaraq axira qeder oxudum teşekkurler birde solaxaylarin cox istedadli olduqlarinin mende şahidiyem
Seva-Azer. | 12 iyul 2012 14:09 | Status: Qonaq | Şərh: 2 351
bagişlayin bele yazilar oxuyanda ureyim sixili. goresen nedendir???????
Munik | 12 iyul 2012 14:05 | Status: VİP user | Şərh: 703
hm maraqli melumatdi twk