Həyat tərzi / Maraqlıdır

Vətənimin bir parçası - Şəmkir şəhəri

Damla | 23-10-2012, 10:01
13 386 43
  Şəmkir şəhəri ata yurdum...Mən Bakıda anadan olub boya başa çatsamda Şəmkir mənim üçün çox doğma və əzizdir.Buyurun sizdə tanış olun.....



 
Ümumi məlumat

Şəhər və iri qəsəbələrin adları

Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır.

Şəmkir şəhəri

Çinarlı qəsəbəsi

Dəllər qəsəbəsi

Zəyəm qəsəbəsi

Kür qəsəbəsi
Sərhəd rayonlar

Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.

Əhalinin ümumi sayı
    

188400

Şəhər əhalisinin sayı
    

33.49 %

Kənd əhalisinin sayı
    

66.51 %

Ümumi ərazi
    

1660.00 km2
Tarix

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabının çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.

Memarlıq abidələri

 


Şəmkir qalası xarabalıqları

Şəmkir rayonu ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyatkəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir (şəhər)), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəlikəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş "20 Yanvar" abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Muxtariyyə kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.
Təhsil

Şəmkir rayonunda 2007-2008- ci tədris ilinin əvvəlinə 81 dövlət gündüz ümumtəhsil məktəblərində 35488 nəfər təhsil alan şagird olmuş, onların 29,1 faizi II və III növbədə oxuyanlardır. Ümumtəhsil məktəblərini 2883 nəfər bitirmiş və 2877 ümumi orta təhsil haqqında attestat almışdır. Dövlət ümumtəhsil məktəblərində şagirdlərin təlim tərbiyəsi ilə 4664 nəfər müəllim məşğul olur. Dövlət məktəbəqədər müəssisələrin sayı 53, bunlarda uşaqların sayı 2875 nəfər olmuşdur. Məktəbəqədər müəssisələrdə yerlərin sayı 3254 hər 100 yerə düşən uşaqların sayı 88 nəfər olmuşdur. 2003-2007-ci illərdə ümumtəhsil məktəbi yenidən tikilmiş və əsaslı təmir edilmişdir. Heydər Əliyev fondunun vəsaiti hesabına 680 şagird yeri olan 4 məktəb, Dövlət büdcəsi hesabına 2 məktəb, Respublika Vergilər Nazirliyinin hami köməyi ilə 16 məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Dövlət proqramına uyğun olaraq rayonun Dəllər Cırdaxan kəndində 480 şagird yeri olan orta məktəb binası istifadəyə verilmişdir. Aşağı Seyfəli kəndində yerli iş adaminın hesabına 240 yerlik orta məktəb tikintisi davam etdirilir. 2007-ci il ərzində 8 orta məktəbdə əsaslı təmir işləri başa çatdırılmışdır.

 
İqtisadiyyat

Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm e'malı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, SES və başqa müəssisələr vardır. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir. Cari ilin 1-ci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12 faiz artaraq, 85.246 min manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini üzrə ümumi məhsul buraxılışının 45 faizdən çoxunu kənd təsərrüfatında, məhsul istehsalının həcmi (38423 min manat) təşkil etmişdir. Əsas kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, üzüm, soğan, kələm, pomidor, xiyar, badımcan, günəbaxan, kartof. Şəmkir rayonu xüsusi potensiala malik olmaqla kənd təsərrüfatı dinamik olaraq inkişaf etmişdir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahələri aparıcı rol oynayır. Eyni zamanda təsərrüfatlarda bostan və günəbaxan məhsullarıda istehsal edilir. Torpaq islahatı nəticəsində 36.545 ailə 48,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,2 hektar torpaq sahəsi verilmişdir. Ötən 6 ay ərzində rayonun təsərrüfatlarında 14.471 ton taxıl, 37.110 ton kartof, 35.336 ton tərəvəz və 3.471 ton meyvə istehsal olunmuşdur.
 

Şəmkir rayonunda quşçuluq sahəsi də inkişaf etmişdir. Şəmkir quşçuluq fabriki rayonun Yeni həyat kəndi ərazsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir. 300 min baş quş tutumu olan Şəmkir quşçuluq fabriki ildə 50 milyon yumurta və 1000 ton ət istehsalı gücünə malikdir. Sahəsi 12 hektar olan Quşçuluq fabrikində 4 istehsal sexi mövcuddur. Yem istehsal sexi ildə 50 ton yem estehsal edir. Bundan başqa fabrikdə yumurta çeşidləyən kəsim və inkubasiya sexləridə fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində on iki milyon iki yüz otuz beş min ədəd yumurta, 12600 kq quş əti istehsal olunaraq satılmışdır. Fabrikdə 132.834 baş quşun 49.105 başı yumurta verəndir. Fabrik Şəmkir rayonunu və qərb bölgəsini yumurta və quş əti ilə təmin edir.
İstirahət və turizm zonaları, idman kompleksləri

Şəmkir rayonunda 1 ədəd idman güləş məktəbi fəaliyyət göstərir. Bakı-Tbilisi şosesinin kənarında Şəmkir Olimpiya İdman Kompleksi yerləşir. Şəmkir şəhərində müasir standartlara cavab verən və 7 mindən çox tamaşaçı tutan futbol stadionu fəaliyyət göstərir. Rayonun dağlıq hissəsində "Yasamal" istirahət zonasında koteclər tikilmişdir. Kür qəsəbəsində, Kür çayının sağ sahilində Naftalan nefti ilə müalicə olunan kompleks sanatoriya müəssisəsi tikilmişdir. İkimərtəbəli memarlıq üslubunda tikilmiş bu binada insanların müalicəsi və hər cür sağlamlıq tədbirlərinin görülməsi üçün şərait yaradılmışdır.
      Avtomobil və dəmir yolları

Bakı-Tbilisi dəmir yolunun 42 km Şəmkir rayonun ərazisindən keçir. Şəmkir, Dəllər və Zəyəm dəmir yolu stansiyaları vardır. Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 42 km 2-ci dərəcə, Şəmkir Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən 21 km-i 3-cü dərəcə yoldan ibarətdir.

Görkəmli şəxsləri

    Əhməd Cavad – 1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifidir.
    Salmanov Fərman Qurban oğlu – 1927-ci iyul ayının 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1970-ci ildə Lenin mukafatına layiq görülüb. 1971-ci ildən geologiya-minerologiya elmləri doktorudur. 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1978-ci ildən Tumen Baş Geologiya İdarəsinin rəisidir.
    Hacıyev Yaqub Hüseyn oğlu – 1929-cu ildə Şəmkir rayonunda anadan olub. 1971-ci ildə Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, 1991-ci ildə isə həqiqi üzvü (akademik) seçilib. Hazırda Respublika Elmlər Akademiyasının Kənd təsərrüfatı İnstitutunun akademikidir. 1959-cu ildən bu günədək AETBİ-də işləyir.
    Əliyev Rüstəm Musa oğlu – 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Şərq və qərb ədəbiyyatını, tarixini, mədəniyyətini, fəlsəfəsini dərindən bilmək üçün rus, ərəb, fars və ingilis dillərini mükəmməl öyrənib, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Ömrünün sonunadək (1994-cü il 12 aprel) Şərqşünaslıq İnstitutunun iran, ərəb, türk filologiyası şöbəsinin rəhbəri olub.
    Abdullayev Zakir Binnət oğlu – 1937-ci ildə anadan olub. 1982-ci ildə doktorluq disserasiyasını müdafiə edib. 1988-ci ildən Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdindəki şöbəyə başçılıq edir.
    Məsimov Eldar Əli oğlu – 1941-ci ildə anadan olub. 1984-cü ildə Moskva Dövlət İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Universitetinin Fizika kafedrasının müdiridir. 1986-ci ildən professordur.
    Seyidov Vaqif Cavad oğlu – 1941-ci ildə anadan olub. 1979-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə Sankt-Peterburq Petrovski Akademiyasının müxbir üzvü seçilib. Hazırda Leyla Şıxlinskanın klinikasında cərrahlıq şöbəsinin müdiridir.
    Bədirbəyli Leyla Ağalar qızı – 1920-ci ildə anadan olub. Azərbaycan xalq artisti adına layiq görülüb. 1945-ci ildə SSRİ, 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub. 2000-ci ildə vəfat edib.
    Əhmədov Teymur Əkbər oğlu – 1930-cu ildə anadan olub. Elmlər doktorudur. Hazırda "Respublika" qəzetinin baş redaktorudur.
    Həsənova Gülxar İbrahim qızı – 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Azərbaycan xalq artisti adına layiq görülüb.
    Abdullayev Zülfiqar Səfər oğlu – 1933-cü ildə anadan olub. Respublikanın rəhbər vəzifələrində çalışıb, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" və "Oktyabr inqilabı" ordenləri ilə təltif edilib.
    Hacıyev Davud Hüseyn oğlu – 1917-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində kafedra müdiri, dekan, prorektor, rektor vəzifələrində çalışıb.
    Qurbanlı Mübariz Qəhrəman oğlu – 1954-cü ildə anadan olub. Tarix elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın icra katibinin müavinidir.
    Mehdiyev Təcəddin İbrahim oğlu – 1945-ci ildə anadan olub. Müstəqil Azərbaycan Respublikasında ilk general rütbəsini alan şəxsdir.
    Musayev Oruc İbrahim oğlu – 1929-cu ildə anadan olub. 1974-1984-cü illərdə Təhsil Nazirliyinin xarici dillər üzrə elmi-metodik şurasının sədri vəzifəsində çalışıb. 1961-ci ildə namizədlik disseratsiyasını mudafiə edib. 1996-cı ildə X sinif şagirdləri üçün ingilis dili dərsliyini çap etdirib.
    Musayev Paşa İsmayıl oğlu – 1952-ci ildə anadan olub. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin oftolmologiya kafedrasının kafedra müdiridir. Paşa Qəlbinur həm də şairdir.
    Sabir Məmmədnəbi oğlu Məmmədov (1944-1994) – Şəmkir rayonu İcraiyyə Komitəsinin sədri və Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Çardaxlı hadisələri və erməni separatçı hərəkatına qarşı mübarizə aparmış şəxslərdən biri olmuşdur. S.Məmmədov ermənilərin Sovet rəhbərliyinə ünvanladığı şikayət məktubunda adlarını qeyd etdiyi rayonun 3 nəfər vəzifəli şəxsindən biri olmuşdur.
    Ramil Namazov 1978-ci il martın 28-də Şəmkir rayonunun Çaparlı kədində anadan olub.İqtisad üzrə fəlsəfə doktorudur.
    Vüqar Binnət oğlu Namazov 1979-ci il avqustun 13-də Şəmkir rayonunun Çaparlı kədində anadan olub.4 qat dünya 7 qat Avropa cempionu və Dünya rekortçusudu.
    Bəxtiyar Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.
    Fazil Məmmədov 1964-cü ildә ŞƏMKİR rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr Naziri tәyin edilib.
    Yasin Qarayev 22 may 1946-cı ildə anadan olub.Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.Xalq artisdidi. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
    Molla Vəli Vidadi 1707-ci ildə Şəmkirdə anadan olmuşdur.O, əvvəl Şəmkirdə, sonra isə Qazaxın Poylu kəndində təhsil almış.
    Yəhya bəy Dilqəm XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şamxor (indiki Şəmkir) rayonunun Dəllər-Cırdaxan kəndində dünyaya gəlib. Əzəlindən təbiət gözəlliklərinə vurğun olan Dilqəmin uşaqlığı Kür qırağında keçib.
    İsrafil Məmmədov Məhərrəm oğlu 1919-cu ilin burulğanında ailəsi Gəncəyə köçüb. Elə həmin ili İsrafil Məmmədov da burada dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm də Qapanlı kəndində igid eloğlumuzun abidəsi ucalır
    Leyla Bədirbəyli Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkir də Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
    Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı (Şəmkir) kəndində anadan olmuşdur. Bakı Teatr Texnikumunda oxumuş (1935-1937), ADU-nu bitirmişdir (1959)


                    Koroğlu heykəli

                    Əhməd Cavadın büstü

                    Aşıq Dilqəmin büstü

                    Şəmkir şəhəri

  Mənbə: Vikipediya

 
Sonda sizlərə çox sevdiyim şairdən çox sevdiyim şeri təqdim edirəm.

SUSMARAM!
"Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı isyankaram, əzilsəm de susmaram!"



dılay | 4 fevral 2016 01:13 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: ada..
Cox gozel semkirde olmusam toyda
ESMERRi | 24 yanvar 2016 16:31 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: raule
mende semkirde yasayiram
Yagis_Negmesi | 10 dekabr 2015 01:28 | Status: Gümüş user | Şərh: 1 614
olmamiwam wemkirde
ada.. | 16 oktyabr 2014 15:46 | Status: Qonaq | Şərh: 0
Cox gozel semkirde olmusam toyda
ALSU AZERI | 21 noyabr 2013 01:04 | Status: VİP user | Şərh: 511
GOZEL SEHERDI.TSK
raule | 22 may 2013 20:58 | Status: Qonaq | Şərh: 0
mende semkirde yasayiram
Hande 18 | 7 aprel 2013 00:07 | Status: Professional user | Şərh: 3 302

sebrim catmadi oxumaqa

Billurə | 24 mart 2013 22:46 | Status: Professional user | Şərh: 4 892
sebrim catmadi sona qeder oxuyum)
Nergiz33 | 26 yanvar 2013 10:12 | Status: VİP user | Şərh: 1 079
Damla,
HE EZIZIM EHMED CAVAD HAQDA ATAM DANISIB BIZE ONUN SEYFELI KENDIDEN OLDUGUNUDA SOYLEYIB GIMINIMIZIN MUELLFIDIR HEC EHMED CAVADI TANIMAMAG OLAR??? ONU TANIMAYAN AZERBAYCALI OLMAZKI ))))))))))) INSAALLAHKI BACIM QISMET OLAR HACAN SEMKIRE GELSEK SENINLE GORUSERIK SEYFELIDE QONAG OLMUSAM BACI BIR DEFE GEDENDE MAMAMIN DAYISI YOLDASI SEYFELIDENDIR ONLAR BIZI ORA QONAG APARDILAR COX SEFALI YERDIR COX SIRIN ALCA BITIR OXXXXXX AGZIM SULADI YAAAAAAA((((((((
Damla | 26 yanvar 2013 10:07 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: Nergiz33
Damla,
BACI SEMKIRIN OZUNDENIK ATAM ANAM SEMKIRIN MORUL KENDIDE DUNYAYA GELIBLER BIZ ANCAG QARYAGDIDA YASAYIRIG USAG BOLNISASININ YANINDA. BACI MEN ORA OMRUMDE 2 DEFE GETMISEM(((((((( ELE GOZELDIRKI SEMKIRIM

Menim atamgilli nesilli koklu Seyfali kendindedirler..Papana denan mutleq biler mence..Yuxari Seyfali.. 4 yol deyilen yera yaxindir Seyfali kendi..
Bay cox sey itirmisenki..Biz ailevi olaraq cox olmuwuq yay tetillerinde..Gozel,sefali yerdi...Vaxtin olanda Ehmed Cavadi oxu..Oda bizim yerlimizdir...Inwallah bir gun senin adinda Semkirin mewhur adamlari siyahisina duwer Inwallah!
Sevindim senin kimi bir hemyerlim olduguna gore...
Nergiz33 | 26 yanvar 2013 10:00 | Status: VİP user | Şərh: 1 079
Damla,
BACI SEMKIRIN OZUNDENIK ATAM ANAM SEMKIRIN MORUL KENDIDE DUNYAYA GELIBLER BIZ ANCAG QARYAGDIDA YASAYIRIG USAG BOLNISASININ YANINDA. BACI MEN ORA OMRUMDE 2 DEFE GETMISEM(((((((( ELE GOZELDIRKI SEMKIRIM
Damla | 26 yanvar 2013 09:53 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: Nergiz33
y bu ki menim sirin seker bacim Damlanin xeberiymis. cox sag ol ezizim sen menim Semkirimden yazmisan. ellerin var olsun bacim seni cooooox isteyirem

baci bu xeberi mene halal et hem mektebde kokurs ucun icinden bezi xeberleri gotrecem hemdeki semkir qrupu var ora ele senin adinla dobavit edecem senin yazidglarini menimsemeycem ezizim

Demali sende Wemkirlisen??Bilmek olarmi hansi kendinden??
Buyur halal xowun olsun!isteyir menim adimla paylaw isteyir yox esas odur insanlar tanisin Azerbaycan deyilen memleketde bela bir diyar,yurd oldugunu..
Deyirem axi bu qiz yaman wirin gelir mene..Beh-beh!
:n23:
Nergiz33 | 26 yanvar 2013 09:43 | Status: VİP user | Şərh: 1 079
ay bu ki menim sirin seker bacim Damlanin xeberiymis. cox sag ol ezizim sen menim Semkirimden yazmisan. ellerin var olsun bacim seni cooooox isteyirem

baci bu xeberi mene halal et hem mektebde kokurs ucun icinden bezi xeberleri gotrecem hemdeki semkir qrupu var ora ele senin adinla dobavit edecem senin yazidglarini menimsemeycem ezizim
Damla | 3 dekabr 2012 08:04 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: Starman
Damla cox sag ol melumatlandirdin bizleri Semkir haqqinda.Semkir de gozel seherdir

Men tesekkur edirem xeber oxuyub werh yazdiginiz ucun!
G-----16 | 28 oktyabr 2012 15:33 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: TATLÇВ GUZEL
Menim Shemkirden xoshum gelir.Maraqli shen insanlar olur o zonanin insanlari.Tesekkurler Tatlim

duz deyirsen ureyim menim men de orda gunlerimi cox gozel kecirmisem canim super yerdi SEMKÇR :n28:
Munik | 24 oktyabr 2012 16:14 | Status: VİP user | Şərh: 703
Vetenimin her bir yeri gozeldi teshekkurler etrafli melumat yazdiginiz ucun
Damla | 24 oktyabr 2012 12:25 | Status: Brilliant user | Şərh: 7 178
m.elka,
Tehmi,


Beh-beh hemvetenlerim,yerlilerim.... :n18:

Serh yazan her kese tesekkur edirem!
Gunnare_ok | 23 oktyabr 2012 21:57 | Status: VİP user | Şərh: 332
Semkir cox gozel seherdir,oranin cox qeseng havasi var,hem de kuceler seliqelidir,orada "alman seliqesinin" izleri var indi de,twk
rufet ehmed | 23 oktyabr 2012 21:00 | Status: Gümüş user | Şərh: 1 391
tewegurler olmamisam ama olmaq isderem
zoluwka | 23 oktyabr 2012 20:32 | Status: Professional user | Şərh: 3 172
Damla elin qolun var olsun.Semkirde olmamiwam cox isterdim Azerbaycanimizin butun yerlerini gezim inwallah qismet olar.
Tehmi | 23 oktyabr 2012 18:25 | Status: Qonaq | Şərh: 0
semkirim menim semkirim. men fexr ediremki semkirliyem. hemisede fexrle demisem men karinnoy semkirliyem. menim cennetim semkirdir
m.elka | 23 oktyabr 2012 18:08 | Status: Qonaq | Şərh: 0
qurban olaram e Shemkirime.xebere gore teshekkurler.men sumqayitda dogulsamda atam Shemkirdendi.nenelerim emilerim bibilerim hamisi ordadi
Damla | 23 oktyabr 2012 17:18 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: Vetenperver
.İnciməyə dəyməz,yazılış qaydası belədir.

Aleykum salam..
Menim heyat kitabimda incimek kelmesine yer yoxdur.
Siz oz fikrinizi dediz mende oz fikrimi..
Tesekkur edirem!
smile
Rightit | 23 oktyabr 2012 16:21 | Status: Gümüş user | Şərh: 758
bir az uzaq oldguycun heleki bura getmemiwem :)) ama yaxinliqinda olmuwam. tewekkurler.
Nursan. | 23 oktyabr 2012 16:17 | Status: Gümüş user | Şərh: 1 020
Daha bir rayon haqda melumat aldiq,tesekkur
Allahin Gulu | 23 oktyabr 2012 14:33 | Status: Professional user | Şərh: 2 102
Canim menim coox sag ol cox maraqli oldu mene Leyla xanimi cox sevirdim deme Shemkirli imish..Shemkide olmusham cox gozel sherdir .. :n26:
Vetenperver | 23 oktyabr 2012 14:31 | Status: Professional user | Şərh: 6 700
Sitat: Damla
Amma bir neca il bundan qabaq butun rayonlara seher adi verdiler.

Salam.
Rayonlara yox rayon mərkəzlərinə şəhər statusu verilib.Şəmkir şəhəri isə Şəmkir rayonunun mərkəzidir.Hansı bölgənin kəndi varsa o bölgə rayon adlanılır.Onun mərkəzi isə ya şəhər yada qəsəbə adlanır.Baxın elə bu xəbərdədə "Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır." sözü var,ona görədə xəbərin başlığında ya Şəmkir rayonu yada sadəcə Şəmkir yazılmalır.İnciməyə dəyməz,yazılış qaydası belədir.


Sitat: Damla
Hemdeki niye mehz yazdiginiz rayonlara seher demalidirlerki??

Yazdığım bu bölgələr Gəncə,Sumqayıt,Mingəçevir,Naxçıvan,Şirvan və Xankəndi bunların kəndi olmadığına görə həmişə şəhər adlanır.
admin | 23 oktyabr 2012 14:12 | Status: Technical | Şərh: 39
Shemkirde olmaq isterdim
_Mamedova_ | 23 oktyabr 2012 14:01 | Status: Gümüş user | Şərh: 1 837
mende cox olmusham shemkirde,bibim zeyeme gelin gedib...her yayi onlarda kecirirdim Bakida yashayan vaxtlar,menim ucun cox ezizdi oralar smile
TATLI GUZEL | 23 oktyabr 2012 13:55 | Status: Professional user | Şərh: 5 781
Menim Shemkirden xoshum gelir.Maraqli shen insanlar olur o zonanin insanlari.Tesekkurler Tatlim