Həyat tərzi / Maraqlıdır

Mingəçevir-Nur şəhəri!

dr.Samira | 7-10-2012, 19:35
11 569 76

 

Yaranma tarixi - 1948-ci il  Ərazisi - 130 km2 
Əhalinin sayı - 98.4 min nəfər(1 yanvar 2011-ci il) 
Əhalinin sıxlığı - 1 km2 757 nəfər 
Mingəçevir şəhəri ilə Bakı arasında olan məsafə - 288 km

Coğrafi mövqeyi və təbii şəraiti.Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir.

 

 


Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. 

Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2-3 dərəcə, iyul ayında 27-30 dərəcədir. İllik yağıntı 300-310 mm. 

Əhalisi.Mingəçevir şəhərinin ərazisi 130 km2, yerli əhalisi 95800 nəfər, məcburi köçkün 19740 nəfərdir. 1999-cu ilin siyahıya alınmasına görə əhalinin 48,5% kişi, 51,5 % qadındır. Yerli əhalinin 98,05 faizi azərbaycanlı, 1,95 faizi 15-ə yaxın millətin nümayəndələridir. 

Etimologiyası."Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir. "Mingəçevir" toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, "Mingəçevir" sözü Məniçöhrün adı ilə bağlıdır.

Mərhum akademik Ziya Bünyadov "Mingəçevir" adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.

Ehtimallardan biri də toponimin "Min.gəl.çevril." olmasıdır. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. (Qayığa min gəl, amma burada yaşama, çevril get). Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. T.Hacıyevin fikrincə albanların "mik" tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. "Mik" sözü "mak" sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, "minq" şəklində olmuşdur. Ona görə də T.Hacıyev "manna" sözünün mənbələrdə göstərilən "minni" variantını "mingi" (minqe) şəklində görməyi doğru sayır və "Mingəçevir" adının "minki" və "savir" tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir " Minkicavir " Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır. Tanınmış alim Əjdər Fərzəli Qorqud "bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı " Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub"

Beləliklə Sevit Mingə " Mingə Sevit adı zaman keçdikdə Mingə Sevit, nəhayət, bu günkü Mingəçevir şəklinə düşmüşdür.

Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir – Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. Bu ərazidə yaşayış hələ e.ə.III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük şəhər mədəniyyətinə malik olublar. Tapılan yunan,Roma arşap pulları sübut edir ki, burda ticarət inkişaf edibmiş. Türk səyyahı Övliya Çələbinin "Səyahət" əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burda olan toxuculuqdan, hamamxanalardan və s. yazmışdır. Burada aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı qədim əşyalar tapılmışdır. Məsələn, Azərbaycanda tapılmış ən qədim sırğa Mingəçevirdən, Tunc dövrünə aid edilən 5 № -li kurqandan tapılmışdır. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılmış, o, Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.


Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi İkinci Dünya Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi alim S.M.Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir. Arxeloji qazıntılar zamanı eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur.

Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII-əsr türk səyyahı Övliya Çələbi "Səyəhatnamə"sində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. Alban hökmdarı Arsvahann və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə "Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra" Mingəçevir daha da inkişaf etmişdir. Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olmaqla minilliklər boyu Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı  ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınmışdır. Eləcə də, yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.


Arxeloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. 

Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII-XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir. Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa tanınmış tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.

Mingəçevir İkinci Dünya Müharibəsindən sonra yaradılan gənc Sənaye şəhəridir. Şəhərin tikintisində 20.000-ə yaxın insan, həmçinin İkinci Dünya Müharibəsi  dövründə əsir düşmüş 10.000 alman əsiri də çalışmışdı. Şəhərin böyüməsi və inkişafı da burada qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, kimya, habelə yüngül və yeyinti məhsulları sənaye obyektlərinin tikintisi ilə bağlıdır.

Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən Azərbaycan İstilik Elektrik stansiyası və SES silsiləsi ilə yanaşı şəhərdə elektrotexnika müəssisələri "Azərkabel" və "İzolit" ASC-lər, kimya və neft-kimya müəssisələri "Şüşə-lifi", "Texniki-rezin" və "Regenerat" ASC-lər, maşınqayırma müəssisələri "Azyolneftmaş" və "Maşın-təmir" ASC-lər, yüngül sənaye müəssisələri "Toxucu" ASC və "Nur" tikiş fabriki, yeyinti sənayesi müəssisələri Ət kombinatı və çörəkbişirmə müəssisələri və dıgər sənaye məhsulları istehsalı sahələri yerləşir.

Mingəçevir şəhərində Mingəçevir Politexnik İnstitutu   və Mədəniyyət və Turizm Kolleci yerləşir.

 




 








Fəaliyyət göstərən iri müəssisələrin siyahısı

Azərbaycan İstilik Elektrik Stansiyası MMC (Az.İES MMC), “Mingəçevir SES silsiləsi” MMC ,“Azərkabel” ASC,“Mingəçevir – Toxucu” ASC ,“Mingəçevir – İzolit” ASC. ,“Mingəçevir Şüşə lifi” ASC. ,“Mingəçevir Texniki rezin” ASC.,“Regenerat” ASC. ,“Komplektheyvandarmaş” ASC. ,“Azyolneftmədən avadanlıqları maşınqayırma zavodu” ASC ,“Mingəçevir Ağac emalı” ASC ,“Mingəçevir Qum-çınqıl” ASC ,“Mingəçevir Maşın-təmir” ASC ,“Kür - çörək” ASC ,“Zeynalabdin” ASC ,“Kür” Elektron Avadanlıqları istehsalı MMC ,“İnterenerji” Elektrik Beton Dayaqları İstehsalı MMC ,Asfaltzavod  

Tanınmış mingəçevirlilər

Ruslan MuradovAzərbaycanın Milli Qəhrəmanı.

Dilqəm Nağıyev Azərbaycanın Milli Qəhrəmanı.

Yevqeni RındinRusiya Qəhrəmanı.

Yaqub EyyubovAzərbaycan Respublikası Baş Nazirinin birinci müavini.

Fizuli ƏləkbədovAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri.

Aydın MirzəzadəAzərbaycan Respublikası Milli Məclisinin deputatı.

Nizami Ələkbərov İsmayıllı rayon icra hakimiyyətinin başçısı.

Elman Qımbırov  general-leytenant.

Araz Məmmədov  general-mayor.

mənbə:Vikipediya,Azərbaycan Ensiklopediyası.


ESMERRi | 21 mart 2016 18:50 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Mickey Mouse
Orada olmamiwam.
Mickey Mouse | 18 may 2013 22:46 | Status: Professional user | Şərh: 4 008
Orada olmamiwam.
deniz yildizi | 5 fevral 2013 23:18 | Status: VİP user | Şərh: 696
RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere

RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere

RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere

RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere

RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere

RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere

RA,
2000ci il.bu illerin ustunden tam 13il kecibdi.neler deyismediki mingde deyismeye,hele men sene indi de yox bir iki ildrn sonra ora getmeyi meslehet gorerdim.onda hele gor,turistleri qoyub seni qebul edecekler sehere
RA | 5 fevral 2013 23:03 | Status: Qonaq | Şərh: 501
BU NƏ YAAA)))))....MİNGƏÇEVİR HAVAXTDAN KURORT ŞƏHƏRİ OLUB ... MİNGƏÇEVİR TEXNİKİ ŞƏHƏR ORDA STEKLOVAT KABEL...VƏ. S 1-2 ZAVOD VAR İ VSYOO...MƏN ÖZÜMDƏ MİNGƏÇEVİRDƏ OLMUŞAM HARDASA 2000 -Cİ İLDƏ 1 ŞƏHƏR Kİ GORAN HƏRBİ POLİQONUNA BİTİŞİK)))).... ƏSGƏRLİYİMİN 1 HİSSƏSİ ORDA KEÇIB YAYDA CƏHƏNNƏM İSTİSİ MƏNİM KİMI SARIŞIN OĞLAN 1 AYIN İÇINDƏ OTELLO YA DÖNDÜM QAP-QARA QARALMIŞDIM EVDƏKİLƏR ELƏ BİLDİLƏR Kİ HƏBƏŞİSTANDAN GƏLMİŞƏM ...SƏN CANI YIĞIŞDIRIN BU PHOTOSHOPU :n33:
deniz yildizi | 5 fevral 2013 23:02 | Status: VİP user | Şərh: 696
DerinВ 03,yapma etme canim.menim katilmi olacan ondan otru
Derin 03 | 5 fevral 2013 22:59 | Status: Şərhçi | Şərh: 421
denizВ yildizi,
get canim.men gede bilmirem hec olmasa sen get.ama sene cox paxilliqim tutacaq bil :n8:
deniz yildizi | 5 fevral 2013 22:54 | Status: VİP user | Şərh: 696
DerinВ 03,
ele deme canim menim,men bir il erzinde her defe bir ay gelib qalib ozume bolca enerji yigmaliyam ya yox.gezmek tozmaq,Kurun havasin udmaq
Ruqeyye | 5 fevral 2013 22:54 | Status: VİP user | Şərh: 579
GÖZƏL ŞƏHƏRDİ ORDA OLMAQ İSTƏRDİM QİSMƏT OLARSA GEDƏRƏM İNŞALLAH.
Derin 03 | 5 fevral 2013 22:51 | Status: Şərhçi | Şərh: 421
denizВ yildizi,
ne olar men gelenden sora gel sen yeni 2 ilde doz.yoxsa paxilliqim tutar sene
deniz yildizi | 5 fevral 2013 22:49 | Status: VİP user | Şərh: 696
darixmamaq mumkun deyil bu sehercun,orani deyismerem indi yasadigim ve elece de butun sehere.Allah qismet elesin bu yay seni gormeye yene gelecem
Derin 03 | 5 fevral 2013 22:32 | Status: Şərhçi | Şərh: 421
lap darixdim seherimcun.men gormeyeli park necede deyisilib gozellesib
Melek_1 | 27 oktyabr 2012 15:14 | Status: VİP user | Şərh: 1 002
twk xebere gore olmaq isterdim bu seherde
rufet ehmed | 12 oktyabr 2012 11:15 | Status: Gümüş user | Şərh: 1 391
OLMAQ ISDERDIM BILMIREM NESE YERDIR
laram | 10 oktyabr 2012 20:01 | Status: Qonaq | Şərh: 0
gozel mıngecevır.doguldugum seher.
Princess_93 | 10 oktyabr 2012 14:20 | Status: Brilliant user | Şərh: 5 877
qardawim esgerlikde burda olub
Feriha. | 9 oktyabr 2012 22:58 | Status: Professional user | Şərh: 4 746
Sitat: Munik
heyif bu şeherde hec vaxt olamişam melumat ucun cox teşekkurler

men olmuwam uwaq vaxti inwallah olarsan
Munik | 9 oktyabr 2012 10:46 | Status: VİP user | Şərh: 703
heyif bu şeherde hec vaxt olamişam melumat ucun cox teşekkurler
Damla | 9 oktyabr 2012 06:54 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: dr.Samira
Hər kəsi dəvət edirəm,gəlin,qonağımız olun,qapımız,süfrəmiz,ürəyimiz sizlərə hər zaman açıqdır.

Inwallah Allah bir gun qismet etsa mutleq sizin tereflerde samavar cayi icmek nesibimiz olar beh-beh.Men qaca-qaca gelerdim.Samira ne bilmek olar taleyin qismetini.Mence biz bir gun hec gozlemediyimiz bir mekanda goruweceyik.Belkede ela Italiyada... smile
asmer | 8 oktyabr 2012 23:40 | Status: Qonaq | Şərh: 0
mende getmiwem bu wehere hekime getdim pis deyil yaxwi weherdi esasda kur cayi orabir gozellik verir
azeri_oglu | 8 oktyabr 2012 22:23 | Status: Gümüş user | Şərh: 2 243
dr.Samira,
men wekide oluram, caliwaram bir neferden xaiw edim cekib mene gondersin
Xeyale82 | 8 oktyabr 2012 22:22 | Status: Qonaq | Şərh: 0
ayyyyyyyyyy ne yaxsi ki bu xeberi verdiz.cox tewekkur.lap fexr etdime doguldugum seherimle
_Peri_ | 8 oktyabr 2012 21:01 | Status: Gümüş user | Şərh: 1 662
olmamiwam,bilmirem necedir.
konul mamedova | 8 oktyabr 2012 21:00 | Status: Professional user | Şərh: 1 711
Sitat: Rightit
deqiqi bilmireme. orda bina evleride olur amma bir az qiraqda heyet evleride var. XAlam heyet evlerinden birinde qalir.

HƏ Mingəcevir kəndidir..Mən də orda çox olmuşam..
P.S | 8 oktyabr 2012 20:35 | Status: VİP user | Şərh: 995
MEN MINGECEVIRDE OLMUWAM QEWEY WEHERDI.
aynur.xuda | 8 oktyabr 2012 19:00 | Status: Gümüş user | Şərh: 1 289
mende mingecevire xestexanaya getmişdim temiz ve gozel şerdi bu qeder qedim oldugunu duzu bilmirdim butun nuaslara diqqetle yanaşilib maraqli xeber alinib
Gunnare_ok | 8 oktyabr 2012 18:30 | Status: VİP user | Şərh: 332
Mingecevir cox gozel seherdi,cox temiz ve insanlari mehribandir,amma tessuf ki,oteri olmusam orada,Insallah gedib gezmek qismet olar
TATLI GUZEL | 8 oktyabr 2012 16:47 | Status: Professional user | Şərh: 5 781
Oxudum maraqli idi bilmediyim melumatlarida oyrendim.Tesekkurler
Rightit | 8 oktyabr 2012 15:22 | Status: Gümüş user | Şərh: 758
Sitat: sevincВ keder
deyerik senincun cawdirmayan xerite qoysunlar

pis olmazdiye ama :n33:


Sitat: konulВ mamedova
hansı kəndidir bilməkolar??

deqiqi bilmireme. orda bina evleride olur amma bir az qiraqda heyet evleride var. XAlam heyet evlerinden birinde qalir.
dr.Samira | 8 oktyabr 2012 15:04 | Status: Həkim | Şərh: 1 135
Sitat: NarminВ PinkGlamour
super Bakinin her yeri gozeldi.

Mingəçevirin Bakının bir hissəsi olduğunu bilmirdim :n3: (zar.)
Sitat: Vetenperver

Deməli Samirə Mingəçevirdən imiş.

Bəli..özü də ikinci nəsil..yəni atam da orada dünyaya gəlmişdi..
Sitat: AllahinВ Gulu
.Inşallah mende oz boyuduyum kend rayon haqqinda xeber hazirlayacam elede urek acan olmayacaq amma ne etmek olar buda menim taleyemdir

bu tək sənin yox,hamımızın taleyidir..Səbirsizliklə ,xəbərini gözləyəcəm.
Sitat: Damla
nwallah bir gun getmak nesib olar bizlere.

inşallah...
Hər kəsi dəvət edirəm,gəlin,qonağımız olun,qapımız,süfrəmiz,ürəyimiz sizlərə hər zaman açıqdır.
_Mamedova_ | 8 oktyabr 2012 14:33 | Status: Gümüş user | Şərh: 1 837
mende olmamişam hec Mingecevirde,neyinki Mingecevir Azerbaycanin hec bir seher ve rayonlarini gormemişem men,tebiiki Bakimizi cixmaq şertile ,ancaq yol ustu kecende ne gormuşem onlardi smile inşAllah bir gun qismet olar