Həyat tərzi / Maraqlıdır

Şeytanın şərri (1-ci hissə)

Allahin Gulu | 9-04-2011, 18:10
2 774 46

 


Şeytan insanların fikirlərinə görə, uzaq, hətta xəyalı bir varlıqdır. Şeytan iman  edən kiçik bir qrupdan başqa insanların hamısını öz təsiri altına almışdır. Insanlar bilmədən ən böyük düşmənləri olan şeytanın istədiyi həyatı yaşayır və onun ardınca cəhənnəmə gedirlər. Doğrusu budur ki, şeytan sizin düşməninizdir, elə isə siz də onu düşmən hesab edin... (Fadir Surəsi, 6). Şeytan, insanları doğru yoldan ayırmaq üçün əvvəlcə doğruları örtür. Bunun ən yaxşı yolu isə hiyləgərcəsinə yalan danışaraq insanları aldatmaqdır. Yalan vasitəsilə, saxta və boş vədlər verərək insanları öz tərəfinə çəkməyə çalışır. Daha yaxşı sosyal status, daha çox pul, daha çox cinsiyyətlilik, daha rahat bir həyat, hətta axirətdə daha yüksək zirvə belə vəd edir. Ancaq yalan danışdığı və boş vədlər etdiyini axirətdə özü etiraf edəcək. İş hökmə bağlanıb-qurtardıqda, şeytan deyəcək ki: "Əslində, Allah, sizə doğru olan və'di vəd etdi, mən də sizə vəd etdim, ancaq sizə yalan danışdım…(İbrahim Surəsi, 22). Şeytanın metodlarindan biri də günahı gözəl adlarla adlandirıb onlarn mənfi yönünü gizlətməkdir. Uca Allah Quranda şeytanın Adəmi doğru yoldan azdırmaq üçün belə dediyini bildirir: Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi... Şeytanın tərəfdarları da onu təqlid edərək qadağan olunmuş şeyləri gözəl adlarla adlandırmağa başladılar. Məsələn, onlar şərabi "əyləncənin anasi", qadının qeyri-Islami geyimini "serbestlik", qadının kişi ilə qadağa olunmuş ünsiyyətinin "proqress, inkişaf", əxlaqsız müğənnini "sənət adami" adlandıraraq insanları yoldan çıxarmağa çalışırlar. Şeytan insanın nəfsini onun özünün əleyhinə çıxmasına səbəb olur. Və demək lazmdır ki, məhz bu metodla şeytan insanın özünü öz əleyhinə çıxarır. 
 


Lənətlənmiş şeytan insanın sevdiyi, ən çox xoşuna gəldiyi şeyləri öyrənir, başqa sözlə zəif cəhətlərini axtarıb tapır, sonra isə məhz bu nöqtədən ona təsir edib azdırmağa çalışır. Qurani Kərimdə Allah Təala buyurur: Ey Adəmoğulları. Şeytan ana və atanızı, övrət yerlərini onlara göstərmək üçün, paltarlarını açdıraraq necə cənnətdən çıxardısa, sizə də bir fitnə (tələ) qurmasın! Çünki o da, qəbiləsindən olanlar da sizi, sizin onları görəməyəcəyiniz yerlərdən görürlər. Biz şeytanları iman etməyənlərin dostu etdik. (Əl Araf 27) 
 

(Quranı izah edənlər) şeytanın Hz. Adəm və Hz. Həvvanı necə bir tələ qurduğunu və onların paltarlarını soyundurduğunu bu ayə ilə izah etmişlər. Eyni zamanda bütün insanlara şeytanın quracağı bu hiylələr qarşısında həssas olması mütləq vacibdir. Şeytan və onun görünməyən köməkçiləri daima iş başındadır. Demək surəti ilə övrət yerlərini açmanın, şeytanın vəsvəsəsi ilə əlaqəli olduğunu bəyan etmişlər. Şeytan dünyanin ən yaxin dostu .Allahın və insanların düşmənlərindən biridir. Kin ,həsəd ,paxıllıq və təkəbbürlük hamısı Şeytana xas olan xüsusiyyətlərdir .Amma nə qədər insanlar var ki,öz təkəbbürü kin və həsədliyə heç də Şeytandan , Iblisdən geri qalmırlar. Halbuki, Allah Təala Qurani-Kərimdə açıq-aydın buyurur : 
 “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər nədə (boyca) yüksəlib dağlara çata bilərsən. 
Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən , pis şeylərdir. 


Rəbbiniz buyurdu; Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! 
Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər...


Nergiz love | 30 may 2014 20:49 | Status: Professional user | Şərh: 7 871
MENIM ETRAFIMDA ELE ADAMLAR VARKI OLAR ELE KINLI PAXIL HERSEYE HESEDE APARAANLARDI ALLAHIM OZUN SEYTANI MENDEN AILEMDEN UZAQ ELE
Meqa | 3 fevral 2013 23:20 | Status: Professional user | Şərh: 2 077
Sitat: RaLa
ALLAH SEYTANI CEHENNEME VASIL ETSIN

amin
RaLa | 28 noyabr 2012 14:06 | Status: Qonaq | Şərh: 0
ALLAH SEYTANI CEHENNEME VASIL ETSIN
azeri_oglu | 8 sentyabr 2012 20:36 | Status: Gümüş user | Şərh: 2 243
Lenet seytana
TATLI GUZEL | 19 iyul 2012 11:29 | Status: Professional user | Şərh: 5 781
tesekkurler
Ayka21 | 5 iyul 2012 16:38 | Status: Yazar | Şərh: 2 770
qorxumdan oxumadim sagol eziyetin ucun