Həyat tərzi / Maraqlıdır

Ramazan ayı - 2012

Nazar | 23-07-2012, 22:39
7 216 334

Azərbaycanda bu il Ramazan ayı miladi təqvimlə iyulun 20-dən başlayır. Miladi təqvimlə iyulun 19-na keçən gecə niyyət gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, 2012-cu il üçün Ramazan təqvimi AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında hazırlanacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır.

 

 


 

Orucun ərəb dilindəki tərcüməsi “savm” deməkdir, bu da “bir şeydən uzaq durmaq, insanın özünü bəzi şeylərdən məhrum etməsi” mənalarına gəlir.

Sözün praktiki mənası isə dan yeri ağarandan günəşin batmasına qədər, bir qayə uğrunda şüurlu şəkildə yemə, içmə, cinsi əlaqə kimi davranışlardan uzaq duraraq, nəfsi cilovlamaqdır.
Oruc tutmaq Mədinə dönəmində fərz buyurulub. Tarix olaraq isə hicrətin ikinci ilinin Şaban ayına uyğun gəlir. Rəsulullah (s.ə.s.) doqquz il Ramazan orucu tutub.

 

 

 Quranda orucun fəzilətinə dair dəlillər.

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzinə) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə (ramazan hilalını görsə), onu oruc tutsun; xəstələnənlər, yaxud səfərdə olanlar isə (tutmadıqları günlərin sayı qədər) başqa günlərdə tutsunlar” (Bəqərə, 2/183-185).


Sünnətdə orucun fəzilətinə dair dəlillər.
“İslam beş əsas üzərində qurulub: Allahdan başqa ilah olmadığına və Peyğəmbər Əfəndimizin Allahın qulu və rəsulu olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucu tutmaq, imkanı olanlar üçün Beytullahı (Kəbəni) ziyarət etmək” (Buxari, Müslim, Tirmizi).


Başqa bir rəvayət isə belədir:
"Saçı-başı dağınıq bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək: “Ya Rəsulullah, Allah oruc olaraq nəyi fərz buyurduğunu mənə deyə bilərsənmi?” - dedi. Rəsulullah buyurdu: “Ramazan ayını fərz qıldı”. Həmin şəxs: “Mənim bundan başqa borcum varmı?” - soruşduqda Rəsulullah yenə buyurdu: “Xeyr, ancaq nafilə olaraq oruc tutsan, bu, müstəsnadır”. Sonra həmin şəxs digər suallarını verməyə başladı: “Mənə zəkatdan xəbər ver”. Rəsulullah ona İslamın müəyyənləşdirdiyi yolu anlatdı. Kainatın Əfəndisini dinləyən şəxs: “Sənə ikramlar edən Allaha and olsun ki, bu dediklərindən nə artıq, nə əksik edərəm”, - dedi. Onun sözlərini eşidən Rəsulullah buyurdu: “Əgər doğru deyirsə, bu adam qurtulacaq, cənnətə gedəcək".


Orucun əhəmiyyəti.
Oruc namaz, zəkat və həcc kimi üzərimizə fərz buyurulan ibadətlərdən biridir. Allah (c.c.) bu ibadətin mükafatını bilvasitə Özü verəcəyini vəd edir. Allahdan başqa heç kim orucun savabını müəyyənləşdirə bilmir. Oruc müsəlmanın Rəbbi ilə səmimi münasibətinin əlamətidir. Oruc müvəqqəti də olsa, bəşəriliyi - yeyib-içməyi, şəhvani arzu və istəkləri tərk etməkdir.


Orucun hikmət və faydaları.
Orucun fərz qılındığını bildirən ayədə belə buyurulur:

“Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz.”

Bəli, oruc sayəsində nəfsimizin pis arzularını nəzarət altına alaraq günah işləməkdən, hər növ pis hərəkət və danışıqlardan çəkinmiş oluruq. Yəni oruc, müəyyən bir müddət ərzində sadəcə yemək, içmək və cinsi təmasdan uzaqlaşmaqdan ibarət deyil, eyni zamanda dilimizi yalandan, əllərimizi haram işlətməkdən, ayaqlarımızı pis işlər arxasınca qaçmaqdan, gözlərimizi harama baxmaqdan, qulaqlarımızı yalan və dedi-qodu dinləməkdən uzaq tutmaqdır. Orucluq bir ay olsa da, orqanizm üzərindəki təsirləri qalıcı olmalıdır. Belə etdiyimiz təqdirdə oruc qayəsinə çatır və Allah qatında məqbul bir ibadət olur. Peyğəmbərimizin bu hədisi-şərifləri mövzunun önəmini vurğulamaqdadır.

“Hər kim yalan söyləməyi və yalanla iş görməyi tərk etməzsə, Allah onun yemək-içməyini tərk etməsinə dəyər verməz”.

“Elə oruc tutanlar vardır ki, əllərinə ac və susuz qalmaqdan başqa bir şey keçməz”.

Göründüyü kimi, oruc tutan şəxs orqanlarını da günahlardan və pisliklərdən qorumağa məcburdur. Bizi pis adətlərdən və çirkin davranışlardan uzaqlaşdırmayan oruc, qayəsinə çatmamış və gözlənilən faydanı verməmişdir. Oruc bizim təkcə pisliklərdən uzaqlaşmağımızı təmin etmir, həm də gözəl əxlaq və yaxşı davranışlarla bəzənməyimizə səbəb olur.

Oruclu ikən bir müddət ac və susuz qalan varlı insan aclığın nə demək olduğunu anlayar və beləcə, yoxsulların vəziyyətini və çəkdikləri sıxıntıları xatırlayaraq onlara qarşı yardım əlini uzadar.

Peyğəmbərimiz buyurur: “Qonşusu ac ikən özü tox yatan bizdən deyil”. Beləliklə, Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu hədisi-şərifdə maddi vəziyyəti yaxşı olanlara bir həyat dərsi keçir.

Oruc fərdlərin əxlaqı üzərində müsbət və dərin təsirlər qoyur, qayğı və mərhəmət duyğularının qəlbə yerləşməsinə səbəb olur, nəfsin pis arzularını nəzarət altına alaraq insanı ruhən yüksəldir, əxlaqən yetkinləşdirir. Bu ibadət insan beyninə sosial ədalət fikrini, könüllərə qayğı və mərhəmət duyğularını yerləşdirərək maddiyyata bağlılıqdan qurtarır, mal və pula olan ehtirasın qarşısını alır.

Bu yönü ilə baxdığımızda Ramazan ayında oruc tutan mömin həm Allah qarşısında ibadət vəzifəsini yerinə yetirir, həm də yaxşı bir əxlaq təhsilindən keçərək bir çox fəzilətlər və gözəl davranışlar qazanır.


Orucu elə tutun ki, oruc da sizi tutsun.
Ramazan fərqli bir atmosfer, başqa aylara bənzəməyən bir zaman kəsimidir. Orucu ixlas, yəni Allaha təslimiyyət şüuru ilə tutanlar əminəm ki, çox şeylər qazandılar.

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurub ki, əgər insanlar Ramazanın feyzindən, bərəkətindən xəbərdar olsaydılar, bütün ayların ramazan olmasını Allahdan diləyərdilər. Yəni Ramazan bir növ əxlaq məktəbidir möminlər üçün. Bu ayda yalan danışmayan, harama baxmayan, haram yeməyən, səbrin nə olduğunu anlayan, gerçək mənada Allaha həmd etməyi bacaran qardaşlarımız mənən sağlamlıq tapdıqları kimi fiziki baxımdan da çox böyük nemətlərə qovuşurlar.

Tibb elmi son dövrlərdə belə bir müddəanı tez-tez irəli sürür ki, bir çox xəstəliklərin kökündə psixoloji problemlər dayanır. Yəni insan Allahını tanıyırsa, təslim olursa, başına gələnlərin bir qəzavü-qədər olduğunu, Allah-Təalanın iradəsi ilə gerçəkləşdiyini anlayırsa və bu dünyaya bir imtahan, sınaq gözü ilə baxırsa, hər cür çətin vəziyyəti yola salmaq onun üçün ağır olmur. Çünki onun artıq mənəvi baxımdan söykənəcəyi, sığınacağı Allah-Təala kimi böyük bir dayağı var. Ruhunda bu duyğunu yaşayan insan nə mənən, nə də cismən sarsılar. Əgər başına bir xəstəlik və ya hər hansı bir şey gəlsə də, bunun İlahi bir sınaq olduğunu anlayar və içindəki qənaətindən, gücündən, güvənindən heç bir şey itirməz, azaltmaz.

Bir padşah Rəsulullaha xidmət məqsədi ilə bir həkim göndərmişdi. Bəzi mənbələrin söylədiyinə görə, həmin həkim Mədinədə müsəlmanlar arasında bir ilə yaxın işsiz-gücsüz dolaşdıqdan sonra Rəsulullahdan izn alıb ölkəsinə qayıdır. Peyğəmbərimiz səhabələrinə təkcə gigiyenik baxımdan sağlamlığı öyrətmirdi, o, həm də mənəvi gücün mənbəyini onlara göstərirdi. Ona görə də həmin həkim aylar boyu müsəlmanlar arasında işsiz-gücsüz qaldıqdan sonra heyrət içində məmləkətinə döndü.

 

Bəli, hörmətli dostlar, kim orucu ürəkdən tutacaqsa, Ramazandan sonrakı aylarda da oruc onu tutacaq, yəni xətalardan, haramlardan, günahlardan uzaq saxlayacaq.

Allah-Təala bütün ibadətlərinizi, dualarınızı, sədəqələrinizi uca Dərgahında qəbul buyursun!


Nigar | 24 fevral 2014 20:09 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: Sabahım.
İNŞALLAH BU İLKİ RAMAZAN DA GƏLİB CATIB.

Nigar | 19 fevral 2014 14:02 | Status: Gümüş user | Şərh: 6 064
[quote=Mickey Mouse]span style="color:#66FFFF">Insallah gorek de bu il tuta bilsem tutacam.
inwallah
 Müsəlman necə bir insandır?
Nigar | 17 fevral 2014 15:38 | Status: Gümüş user | Şərh: 6 064
[quote=Mickey Mouse]span style="color:#66FFFF">Insallah gorek de bu il tuta bilsem tutacam.
RaySum | 16 noyabr 2013 18:15 | Status: Professional user | Şərh: 2 594
Sitat: leyla meherremova
Allah razı olsun.
http://i32.tinypic.com/v6m5qa.gif
Mickey Mouse | 10 iyun 2013 13:10 | Status: Professional user | Şərh: 4 008
Insallah gorek de bu il tuta bilsem tutacam.
Sabahım. | 29 may 2013 04:24 | Status: Professional user | Şərh: 3 359
İNŞALLAH BU İLKİ RAMAZAN DA GƏLİB CATIB.
Nurus. | 21 noyabr 2012 22:14 | Status: Brilliant user | Şərh: 6 982
Allah oruc tutanlarin orucunu qebul etsin.Ne niyyetleri varsa cin olsun.Amin
cucem. | 30 sentyabr 2012 12:27 | Status: Professional user | Şərh: 4 415
ALLAH RAZI OLSUN .
yarali-yurek | 5 sentyabr 2012 10:12 | Status: VİP user | Şərh: 444
allah qebul etsin butnu oruc namazlarinizi qebul etsin amin ve bu muqeddes ayda ne arzu niyetler var herkesin arzu niyetlerin qebul etsin amin
nurashka | 12 avqust 2012 04:08 | Status: Qonaq | Şərh: 2 167
Aaaaa bu xəbər niyə ana səhifədən yiğişdirilib??
nergiz_zz | 9 avqust 2012 09:56 | Status: Professional user | Şərh: 3 815
Sitat: Neka
ALLAH HR KESIN ORUC NEMAZINI QEBUL ETIN.AMIN.

ALLAH SİZDƏN RAZI OLSUN....

Sitat: sheyla
Insaallah.Allah nesib etse men qalacam.

ALLAH NƏSİB ETSƏ MƏNDƏ QALACAM...ALLAH İBADƏTLƏRİMİZİ QƏBUL ETSİN.AMİN...

Sitat: SARPВ AKKAYA




ALLAH EHYE GECENIZI MUBAREK ETSIN

ALLAH RAZI OLSUN...
sheyla | 9 avqust 2012 08:42 | Status: Professional user | Şərh: 836
Sitat: şeh

bu gün əhya gecəsi olacaq.indidən yazdım ki,bilməyənlər bilsinlər.çalışın əhya saxlayın,ildə bir dəfə də Allaha xatir oyaq qalın!!!!

Jale xala Allah razi olsun!tesekkur edirem.Insaallah.Allah nesib etse men qalacam.
Neka | 9 avqust 2012 08:24 | Status: Qonaq | Şərh: 0
ALLAH HR KESIN ORUC NEMAZINI QEBUL ETIN.AMIN.
sheh | 9 avqust 2012 05:14 | Status: Yazar | Şərh: 3 353
bu gün əhya gecəsi olacaq.indidən yazdım ki,bilməyənlər bilsinlər.çalışın əhya saxlayın,ildə bir dəfə də Allaha xatir oyaq qalın!!!!
BAYACAM | 8 avqust 2012 21:49 | Status: Professional user | Şərh: 1 042
Sitat: Nermine1
eşitdiyimə bildyinə görə son on günün tək gecələridir qədr gecəsi

MENDE BILDIYIME GORE QEDR GECELERI TEK GUNLER OLUR.
mamlik | 8 avqust 2012 21:24 | Status: VİP user | Şərh: 48
allah bu gozel mubarek ayinda hamminin dileklerini cin etsin ammin.bayramimiz mubarek
Vetenperver | 8 avqust 2012 17:33 | Status: Professional user | Şərh: 6 700
Sitat: şeh
amma eyni zamanda dua eliyib özünün namaz əhli olmağını da arzu edə bilərsən axı??!!!!

Bunu arzu edəcəksənsə bu başqa.Amma bunu arzu etmirlər bunu həyata keçirdirlər.Çünki namaz könüllü olmalıdır,bunun üçün dua etmirlər.Bacım bir müsəlmanla söhbət edirdim,o deyirdi ki namaz qılmayan müsəlman sayılmır.Dedim niyə?axı kəlmeyi şəhadəti deyirsənsə artıq müsəlmansan.Dedi ki bunu deyirsənsə onda azan vaxtı buyur gəl namaz qılanlarla namaz qıl.Onun bu sözü mənim xoşuma gəldi.Həmdə namaz dinin sütunudur,namaz yoxdursa dinin şübhə altındadır.
sheh | 8 avqust 2012 17:20 | Status: Yazar | Şərh: 3 353
Sitat: Vetenperver
Namaz insanla Allah arasında əlaqədir.Namaz yoxudrsa yəqin ki bu əlaqədə yoxdur.

amma eyni zamanda dua eliyib özünün namaz əhli olmağını da arzu edə bilərsən axı??!!!!
Vetenperver | 8 avqust 2012 15:39 | Status: Professional user | Şərh: 6 700
Sitat: nuraşka
Əhya gecələrinin öz əməlləri var bu tək Quran oxuyub namaz qilmaq deyil.. Mən linki ataram ismarica

Əhya gecələri yəqin namaz qılanlar üçündür.Allah deyir ki birinci namaz qıl.Bilirsən ki duanın qəbul olunmasının ən başlıca səbəbi namazdır?Namaz insanla Allah arasında əlaqədir.Namaz yoxudrsa yəqin ki bu əlaqədə yoxdur.
nurashka | 8 avqust 2012 15:23 | Status: Qonaq | Şərh: 2 167
Sitat: şeh
,amma o demək deyil ki,oyaq qalıb tv-yə baxasan,namaz qılıb dualar oxumaq lazımdır.

Sitat: Vetenperver
.Əhya gecələrində səhərə qədər namaz qılıb Quran oxumaq lazımdır,

Əhya gecələrinin öz əməlləri var bu tək Quran oxuyub namaz qilmaq deyil.. Mən linki ataram ismarica
nergiz_zz | 8 avqust 2012 15:12 | Status: Professional user | Şərh: 3 815
Sitat: Vetenperver
Allah qəbul eləsin.Əhya gecələrində səhərə qədər namaz qılıb Quran oxumaq lazımdır,əgər daha çox savab qazanmaq fikrindədirsə müsəlman.Bu üç günlərin birinə təsadüf etdiyindən hər üç gün etmək lazımdır ki bəlkəm həqiqi qədr gecəsinə düşəsən.Min aydan xeyirlidir.Yəni bu bir gecədə edilən savablar 83 il ərzində edilən savablarla eynidir

BU GECƏ EDİLƏN DUALAR RƏBBİM TƏRƏFİNDƏN QƏBUL OLUR.YƏNİ QƏBUL OLMASINI BİR İŞARƏ İLƏ GÖSTƏRİR.MAMA BU GECƏ OYAQ QALMIŞDI.MƏN ÜZÜRLÜ SƏBƏBDƏN QALA BİLMƏDİM..SÜBH AZANI VERİLƏNDƏ HƏYƏTƏ ÇIXMIŞDIM.QONŞU İLƏ MAMA DUA EDİRDİLƏR.BİRDƏN QONŞU DEDİKİ AYA BAXIN..HƏQİQƏTƏN ŞOKA DÜŞDÜK..AYIN ƏTRAFINDA ALLAH SÖZÜ YAZILMIŞDI..AÇIQ AYDIN BİLİNİRDİ..MƏN QEYRİ İXTİYARİ AĞLAMĞA BAŞLADIM...İNŞALLAH SƏHƏRDƏ ƏHYA GECƏSİDİ.İNŞALLAH RƏBBİM NƏSİB ETSƏ QALACAM.ALLAH HƏR KƏSİN DUALARINI QƏBUL ETSİN..AMİN..
sheh | 8 avqust 2012 12:58 | Status: Yazar | Şərh: 3 353
Sitat: BAYACAM
21 06 DA DUNEN AZAN VERILDI AXI.DUNEN MEN 21-12 DA ACMIWAM.HER DEFE YAZILAN VAXTDAN 5 DEQ GEC ACIRAMKI NE OLUR NE OLMAZ BIRDEN SEHF

düz eləmisən,indi artıq 12-13 dəq.işləmişdir.
Vetenperver | 8 avqust 2012 12:07 | Status: Professional user | Şərh: 6 700
Sitat: şeh
qardaşım,bu günlər artıq qədr günləridir,7-si,9-u və 11-i gecəyarısı qədr gecələridir.

Bacım,yəqin Ramazanı avqustun 20-si tutanlar üçündür 7,9,11.Bu bir gün tez eləyir.

Sitat: sheh
mən bu gecə əhya saxladım.əhya sözü də oyaq qalmaq deməkdir,amma o demək deyil ki,oyaq qalıb tv-yə baxasan,namaz qılıb dualar oxumaq lazımdır.

Allah qəbul eləsin.Əhya gecələrində səhərə qədər namaz qılıb Quran oxumaq lazımdır,əgər daha çox savab qazanmaq fikrindədirsə müsəlman.Bu üç günlərin birinə təsadüf etdiyindən hər üç gün etmək lazımdır ki bəlkəm həqiqi qədr gecəsinə düşəsən.Min aydan xeyirlidir.Yəni bu bir gecədə edilən savablar 83 il ərzində edilən savablarla eynidir.
nergiz_zz | 8 avqust 2012 10:08 | Status: Professional user | Şərh: 3 815
Sitat: şeh
7-si,9-u və 11-i gecəyarısı qədr gecələridir

DÜZDÜ BACIM.....
sheh | 8 avqust 2012 07:30 | Status: Yazar | Şərh: 3 353
Sitat: Vetenperver
Avqustun 8, 10 və 12-ci günləridir q

qardaşım,bu günlər artıq qədr günləridir,7-si,9-u və 11-i gecəyarısı qədr gecələridir.yəni bütün əməllər bu gecələrdə olunmalıdır.mən bu gecə əhya saxladım.əhya sözü də oyaq qalmaq deməkdir,amma o demək deyil ki,oyaq qalıb tv-yə baxasan,namaz qılıb dualar oxumaq lazımdır.
Vetenperver | 8 avqust 2012 02:57 | Status: Professional user | Şərh: 6 700
Sitat: Princess_93
salamlar hamiya. sizden bir soz soruwum bilen varsa nolar desin qedr geceleri ne vaxtdir?

Avqustun 8, 10 və 12-ci günləridir qədr gecəsi.
SARP AKKAYA | 7 avqust 2012 22:05 | Status: Qonaq | Şərh: 0
ALLAH EHYE GECENIZI MUBAREK ETSIN
Nermine1 | 7 avqust 2012 21:20 | Status: Gümüş user | Şərh: 673
Sitat: Princess_93
salamlar hamiya. sizden bir soz soruwum bilen varsa nolar desin qedr geceleri ne vaxtdir?


eşitdiyimə bildyinə görə son on günün tək gecələridir qədr gecəsi
BAYACAM | 7 avqust 2012 17:15 | Status: Professional user | Şərh: 1 042
Sitat: Princess_93
salamlar hamiya. sizden bir soz soruwum bilen varsa nolar desin qedr geceleri ne vaxtdir?

SALAM CANIM.DUNEN 1 CI EHIYE GECESI IDI.
__________ | 7 avqust 2012 15:44 | Status: Şərhçi | Şərh: 151
allah her kesin orucunu duallarini qebul etsin