Həyat tərzi / Maraqlıdır

Dünya solaxayların gözündə...

zyoma | 12-07-2012, 14:00
3 937 52


 

 

Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar.

  Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.
Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə edilir. Alimlərin fikrincə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Və bu üzdən də solaxaylar informasiyanı tez və effektli qəbul edirlər. Solaxaylar xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.


Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.

Statistika
Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur.
Dünyada 2-8% solaxay yaşayır. 90-91% insan normal, qalanları isə ambidekserdir. Bu cür insanlar hər iki əli ilə də normal işləyirlər.
Solaxaylar adi insanlara nisbətən, 13-21% daha çox qazanırlar.

Solaxaylar haqqında faktlar

Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır.
Solaxaylıq genlə gəlir.
Onların çoxu şizofreniyadan əziyyət çəkir.
Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur.
 Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.
Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.
Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.
Solaxaylıq daha çox homoseksual insanlar arasında müşahidə olunur.
Solaxayların nitqində qəribəlik hiss olunur.
Solaxay uşaqlar tərs olurlar.
Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.
Şimpazelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i solaxaydır.
Osminoqun 8 ayağı olmasına baxmayaraq, o, ovunu bircə, sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü ilə baxır.
Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
13 avqust Beynəlxalq solaxaylar günüdür. Son 10 ildə yer üzündə solaxayların sayı 3-4 dəfə artıb.


Dünya solaxayların gözündə
Britaniyanın Birmingem Universitetinin psixoloqları bu fenomenin daha yeni bir xüsusiyyətini araşdırıblar. İnsan beyninin sağ yarımkürəsi konkret olaraq, iybilmə, rəng və görmə qabiliyyətinə cavab verir. Sol yarımkürəcik isə nitq, oxu, fəlsəfi, analitik və riyazi funksiyalarına cavab verir. Beynin sağ yarımkürəciyi bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ hissəni idarə edir. Solaxaylarda isə sağ yarımkürəcik aktiv inkişaf etdiyindən onlar həyatı obrazlı şəkildə duyurlar.
Ona görə də alimlər belə bir araşdırma aparıblar: solaxaya şəkil göstərəndə, onun beyninin sağ yarımkürəsinin fəaliyyətini siqnallar vasitəsilə zəiflədəndə, bu zaman solaxay fikrini şəkilə və onun detallarına cəmləyə bilmir.

Solaxaylar necə yaşayır?

Tam sağ əllə işləyən insanlar (bunlar çox azdır) problemləri analitik, düşünülmüş şəkildə, şəxsi təcrübəsinə əsaslanaraq həll edirlər. İmzaları isə normaldır.
Solaxaylar (bunlar da çox azdır) dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər. Solaxayların imzaları isə əhvallarından asılıdır. Solaxaylar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. Amma onların bir xüsusiyyəti var: anadangəlmə savad solaxaylarda artıq 1,5 yaşından başlayır. Əgər bu yaşda uşaq danışmağa başlamırsa, demək, dislaliya (səsi eşidə bilməmək) və ya alaliya (3 yaşından sonra danışmaq) baş verir. Əksər hallarda isə solaxaylar uzun müddət uşaq yaşlarında olduğu kimi danışmağa davam edirlər. Bu da psixi pozğunluq ucbatından baş verir.

 

Solaxaylar az yaşayır?

Deyirlər ki, sağ və London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.

Solaxaylar daha ağıllı olurlar?

ABŞ-ın Milli iqtisadi bürosunun alimləri araşdırıblar ki, solaxay kişilər digər kolleqalarına nisbətən, daha yaxşı iş qabiliyyəti göstərib, 15% daha çox qazanılar.
Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.

Solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağ vərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir.

 

Test
Bəlkə sən də solaxaysan?
Əllərini «Napaleon» kimi çarpazlaşdır. Əgər sağ əlin üstdədirsə və vəziyyəti dəyişəndə narahatlıq hiss edirsənsə, demək, narahat olmağa dəyər.
Fikrini cəmləyəndə hansı əl yuxarıda olur?
Qarşınıza bir qələm qoyun. Ona əvvəlcə hər iki gözlə baxın. Əvvəlcə sağ gözünüzü yumub, qələmə baxın. Sonra prosesi əksinə, edin. Baxın, hansı gözünüzlə yaxşı görürsünüz. Sol? Demək, solaxaysız.
Baş barmağının dırnağı, çeçələ barmaqdan böyükdür? Demək, solaxaysan.
Ovuclarını bir neçə dəfə çarpazlaşdır. Hansı əlinin baş barmağı yuxarıda qalır?
Hansı əlinin barmaqları o birindən daha böyükdür?
Gəzəndə hansı ayaq önə atılır?

Əgər bütün bunlara «hə» cavabı verirsənsə, demək, solaxaysan.
Əgər bu prosesləri hər iki əlinlə etməyi bacarırsansa, demək, sən tam yox, bir az solaxaysan. Yəni ambidekstersən.

Əgər uşağınız solaxaydırsa?

Məsləhət 1. «6» rəqəmini yazıb, başıaşağı göstərən kimi onu «9» kimi yadında saxlasın.
Məsləhət 2. Uşağın əlinə qayçı, bıçaq verib, nəyisə sağ əli ilə kəsməyə məcbur edin. Qoy o, ayaqqabı bağını da sağ əli ilə bağlasın.
Məsləhət 3. Uşağa səhər idmanı etdirəndə, ona hərəkətləri sağ əli ilə etməsini deyin.

Məsləhət 3. Ona qarnını sağ əli ilə, saat əqrəbi istiqamətində ovxalamağı deyin. Əks hərəkət etdikdə, tənbeh edin.


 

Maraqlı fakt

Pol Makkartninin uşaq ikən musiqiyə həvəsli olduğunu görən atası oğluna ilk musiqi alətini - «Zenith» modelində bas-gitara alıb. Pol: «Bu mənə ən dəyərli hədiyyə idi. Amma ondan necə istifadə edəcəyimi bilmirdim. Gitaranı necə tuturdumsa, onunla çalışmağı heç cür öyrənə bilmirdim. Günlərin birində hiss etdim ki, mən solaxayam və gitaranı əks istiqamətdə tutmaq lazım idi. Bir gün Smit Uitmenin şəklini gördükdən sonra başa düşdüm ki, normal gitara mənim heç bir işimə yarımayacaq» deyən musiqiçiyə bir müddətdən sonra solaxaylar üçün xüsusi düzəldilmiş gitara hədiyyə olundu.

 

Dünyanın ən tanınmış solaxayları

Makedoniyalı İskəngəndər, Mikelancelo, Benjamin Franklin, Ronald Reyqan, Corc Buş (böyük), Bill Klinton, Fidel Kastro, Mark Tven, Cimmi Xendriks, Pol Makkartni, Kurt Kobeyna, Çarli Çaplin, Koul Porter, Merilin Monro, Kianu Rivz, Nyuton, Albert Eynşteyn Bill Qeyts.

Maraqlıdır ki, solaxaylar suyun altında çox yaxşı görürlər. Onlardan ekstrasens də çıxır. Statistikaya görə, dünya əhalisinin 8 faizi solaxay, 42 faizi sağvərdişlidir. Qalan 50 faizi isə xüsusi qrup - qatışıq tipdir.


dılay | 7 yanvar 2016 21:45 | Status: Brilliant user | Şərh: 8 184
MAraqli xeber idi twk
Dəniz qızı | 5 mart 2015 16:58 | Status: Brilliant user | Şərh: 8 019
Mən özüm də solaxayam.
HU-NUR-ES | 22 dekabr 2012 20:59 | Status: Qonaq | Şərh: 0
Mənim böyük qızım solaxay olduğuna görə bu xəbər mənim üçün maraqlı oldu. Ancaq məndə elə təəsürat yarandı ki, məqalə 1 neçə fərqli fikirləri dəstəkləyən yazıların cəmlənməsindən əmələ gətirilib. Çünki solaxaylıq təqdirmi edilib, yoxsa pis əlamət olaraq göstərilib, bəlli deyil. Bəzi fikirlərlə razıyam. Həqiqətən qızımda ilk günlərdən fərqli 1 uşaq olduğu hiss olunurdu. Ətrafa o qədər "ağıllı" baxırdı ki, görən hər kəs bu fərqi hiss edirdi. sanki ğtrafdakı hər şeyi bilirmiş kimi baxırdı. Danışmağa da çox tez başladı, ən maraqlısı da odur ki, ilk dəfədən bütün sözləri doğru deyirdi, hətta bütün çətin sözləri belə. Məktəbdə də seçilən uşaqdır. 1 tək skripka çalmağa başlayarkən çətinliyi oldu, solaxaylığı ilə əlaqədar. Ancaq indi, Əlhəmdulillah, o da qaydasındadır və çox gözəl ifa edir. Solaxaylığı tərgitməyi də düşünmürəm, çünki bu hər hansı 1 pis vərdiş deyil, fiziki xüsusiyyətdir deyə düşünürəm...
sanel | 8 noyabr 2012 16:59 | Status: Professional user | Şərh: 3 647
menim qizim solaxaydi bir az esebidi
azeri_oglu | 10 sentyabr 2012 23:15 | Status: Gümüş user | Şərh: 2 243
Sukur men solaxay deyilem
yarali-yurek | 5 sentyabr 2012 11:56 | Status: VİP user | Şərh: 444
MEN HEM SOLAXAYAM HEMDE SAQLADA YAZA BILIREM BUTUN IWLERIMDE HEM SOL HEMDE SAQDAN ISTIFADE EDE BILIREM AMMA EN COOX SOLAXAY IW GORUREMM )))
G-----16 | 27 iyul 2012 22:31 | Status: Gümüş user | Şərh: 2 227
Mende ele bir sey yoxdur mence bu Allahin qismetidir de ne etmek olar :n28:
nurashka | 19 iyul 2012 02:02 | Status: Qonaq | Şərh: 2 167
Sitat: ELIYA
solaxay doyurem goresen ele olanlar nece iwgorub yazi yazirlar mene cetin gelir

CAN NIYEKI CETIN OLUR SEN SOLLA IWLEYE BILMIRSEN CETIN OLUR ONLAR DA SAGLA IWLEYE BILMIR CETIN OLUR smile
HEYATIM | 17 iyul 2012 00:56 | Status: Professional user | Şərh: 2 110
solaxay doyurem goresen ele olanlar nece iwgorub yazi yazirlar mene cetin gelir
nurashka | 15 iyul 2012 02:08 | Status: Qonaq | Şərh: 2 167
Solaxaylıq genlə gəlir.

EMIMOGLU SOLAXAYDI AMMA BIZIM NESILDE SOLAXAY OLMAYIB!! smile

13 avqust Beynəlxalq solaxaylar günüdür

AAAAAAAAAAA BILMIRDIM BELE BIR GUN OLDUGUNU smile


BILMIREM BUNUN SEBEBI SOLAXAYLIQDI YA YOX AMMA MEN HELE EMIMOGLU KIMI ZEHINLI VE SAVADLI BIRINE RAST GELMEMIWEM
:n16:
M.M... | 14 iyul 2012 21:47 | Status: Professional user | Şərh: 1 740
Uwaqliqda ne qeder isdesemde sol elimle yaza bilmemiwem. Men her iwimi sag elimle gorure. Amma mende razi deyilem solaxay insanlarin genle elaqesi yoxdu cunki menim dayim oglu solaxaydi nesilde tek solaxayimiz odu. Tewekkurler xebere gore.
SoFiYYa AnGeL | 14 iyul 2012 13:26 | Status: Professional user | Şərh: 957
həm sag həm də sol əlimlə belə yazi yaza bilirəm))
gunelcik | 13 iyul 2012 19:47 | Status: Gümüş user | Şərh: 421
Mənin grup yoldaşım solaxaydır dərzi işləyir.Elə gözəl əl gabiliyyəti var ki
adu-7 | 13 iyul 2012 11:26 | Status: Qonaq | Şərh: 0
Men de solaxayam.Amma uşaq vaxti mama yazimi saqa kecirdib,buna baxmayaraq qalan butun iwleri sol elimle gorurem.
a.mubariz | 13 iyul 2012 11:10 | Status: Professional user | Şərh: 1 162
menim atam tam yox bir az solaxaydir,yazini saq eli ile,ama iş gorende sol eli ile edir. baldizimin oglu da solaxaydir,yazilanlarin bezileri dogrudur,amma biri 100%dogrudur. wink
Alizes | 13 iyul 2012 09:31 | Status: Yazar | Şərh: 2 588
Solaxayligin genle gelmesi,bele insanlarin wizofreniyadan eziyyet cekmeleri ve s.kimi bir sira fikirlerle qeti razi deyilem. Cunki kicik oglum solaxaydir. Gen meselesi deyilirse onu deyim ki,nesilde belke de ilk solaxayimiz odur. Wizofreniyaya geldikde-bu deqiqe qulaqlarimi cekib kiw-kiwlar olsun deyirem. Eslinde hec mumkun de deyil bele bir ehtimalin olmasi,cunki menim oglum cox agilli,serbest nitq qabiliyyetine malik,yawinin azligina baxmayaraq cox savadli uwaqdir.
Hem nezere alsaq ki,dunyada bir cox mewhurlar,o cumleden de Amerikanin 3 prezidenti-Corc Buw,Bill Klinton ve Obama da solaxaydilar,demek ki,geleceye dogru boyuk umidlerle addimlayacagiq. smile

Xebere gore tewekkurler...
SaPir | 13 iyul 2012 02:56 | Status: Yazar | Şərh: 979
yazi icimi qaraltdi, evde varimdir bir solaxay ))
Duam | 13 iyul 2012 02:09 | Status: Qonaq | Şərh: 0
Heckim,tebiiki men tanimaliyamda.
_vuqar_ | 13 iyul 2012 00:30 | Status: Qonaq | Şərh: 0
men de sol elle islerimi koryrem deqiq ve problemsiz
zoluwka | 12 iyul 2012 23:38 | Status: Professional user | Şərh: 3 172
mende solaxayam ama sag ele de normal iw gore bilirem.sag elle yemek yeyirem cunki weytan sol elle yemek yeyir herdem cawiram ama tez kecirem sag ele.maraqli faktlardi
Hande. | 12 iyul 2012 23:22 | Status: Professional user | Şərh: 1 357
BAYACAM,
Raziyam.Tewekkurler canim.

BAYACAM,
Raziyam.Tewekkurler canim.
BAYACAM | 12 iyul 2012 23:09 | Status: Professional user | Şərh: 1 042
DUZU MEN HER IWI SAQ ELIMLE GORUREM AMA.SOLAXAYLARDADA QEYRI ADI HEC NE YOXDU ONLARDA BIIZIM KIMI INSANDI.BU BIR VERDIWDI FIKRIMCE.
TEWEKKURLER.
Firam | 12 iyul 2012 21:04 | Status: Gümüş user | Şərh: 211
mende solaxayam.amma yazini saxla yaziram.amma butun iwleri sol elimle daha rahat gorurem.hele ki hec bir prablemim olmayib)) solaxay insanlar agilli ve bacariqli olur))
sheyla | 12 iyul 2012 20:26 | Status: Professional user | Şərh: 836
mende bele sey yoxdur.Amma boyuk qardasim solaxaydir.Tesekkurler
Tinkerbell Narmin | 12 iyul 2012 20:08 | Status: VİP user | Şərh: 114
Duzu men de solaxay olmaq isterdim hemise de maragim olub niyese )
gulcan | 12 iyul 2012 18:37 | Status: Gümüş user | Şərh: 1 932
menim balaca qardaşim da solaxaydir. her işi solla gorur..
Sitat: Sumeyye
yazınıda sol əllə yazır yeməyidə hər bir şeyi..uşaqlıqda istəyirdik yazmağı sağ əllə öyrədək üzümüzü oyana çevirən kimi qələmi sol əlinə alırdı smile həm sol əllə daha səliqəli yazır nəinki sağ.

eynile bizde de bele idi...
Nursan. | 12 iyul 2012 17:58 | Status: Gümüş user | Şərh: 1 020
Ewitdiyime gore solaxayligi zorla tergitmek olmaz.Ele adamlarda beynin sol yarimkuresi cox inkiwaf edibmiw.
Gul Cicek | 12 iyul 2012 17:36 | Status: VİP user | Şərh: 365
Sitat: semaВ dagistanli
ETIRAF EDIREM MEN SOLAXAYAM AMMA YAZINI SAG ELIMLE YAZIRAM.NE QEDER ISTESEMDE BUNU TERGIZE BILMIREM.IS GORENDE SOL ELIMLE EDIREM

MENDE DE SOLAXAYLIQ VAR BEZI ISLERI SOL ELLE EDIREM, USAQ VAXTI YAZI YAZANDA DA SOL ELE YAZMAGA CALISIRDIM, AMMA MAMA BUNU TERITDIRDI MENE, AMMA SOLAXAYLIQ QALDI, BURDA YAZILANLARIN COXU ILE RAZI DEYILEM,HEC BIR FERQLI BIR SEY YOXDU MENCE, ALIMLER BIRAZ ABARDIBLAR HERSEYI HER IKI ELDE INSANIN OZUNUNDUR,KIM HANSINDAN ISTEYIR ISTIFADE EDIR MENCE smile
sanel | 12 iyul 2012 17:30 | Status: Professional user | Şərh: 3 647
menim qizim solaxaydir
Banu. | 12 iyul 2012 17:16 | Status: Admin | Şərh: 2 266
Men solaxay hec kimi tanimiram,melumata gore cox sag ol.