Həyat tərzi / Maraqlıdır

Arvadını öldürən hakim məhkəmədə bunları dedi

Aynur_Qurbanqizi | 3-06-2021, 19:43
241 0

Xəbər verdiyimiz kimi, Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Binəqədi rayon məhkəməsində keçirilən prosesdə F.Əhmədov ittihama münasibət bildirib.
O, çıxışında özünü təqsirli bilmədiyini deyib. Fəqan Əhmədov qeyd edib ki, arvadını qəsdən öldürməyib: “Hadisə silahla ehtiyatsız davranmağım nəticəsində baş verdi”.
Qeyd edək ki, Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərək öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd