Maraqlıdır / Manşet

Qadınların eşitmək istəmədikləri HƏQİQƏT

Aynur_Qurbanqizi | 30-05-2021, 13:44
527 0

Qadınlar yalan danışan kişiləri sevmir. Amma bəzən ağlınızdan keçən hər şeyi desəniz, münasibətinizdə problem yarana bilər. Onlara nəsə söyləyəndə iki dəfə düşünməniz məsləhətdir.

Azadqadin.az Lent.az-a istinadən qadınların sevmədiyi həqiqətləri təqdim edir:

Sümüklərin böyükdür
Sevgilinizə "Sümüklərin böyükdür" deməklə, onu incidə bilərsiniz. Qadınlar bu həqiqəti heç vaxt eşitmək istəmirlər. Unutmayın, onlar bədənləri ilə bağlı məsələdə çox həssasdırlar.

Rəfiqəsini tərifləməyin

Əgər sevgilinizi hirsləndirmək istəyirsinizsə, o zaman onun yanında rəfiqəsini tərifləyin. Qadının yanında başqa xanıma xoş sözlər deməklə, həyatınızın ən böyük səhvini etmiş olarsınız. 

 İstəklərinə “Yox” deməyin

Əslində bu cavabı heç kim sevmir. Kiçik xahişlərə “yox” cavabı verməklə, sevgiliniz sizdən günlərlə küsülü qala bilər. Bu cavabla sevgilinizdə artıq diqqət göstərmirsiniz, sevmirsiniz kimi fikir formalaşdıracaq. 

Bunumu geyinəcəksən?

Bir qadın 30 dəqiqəyə nə geyinəcəyinə qərar verir. Bu qədər zaman sərf etdikdən sonra təbii ki, heç bir qadın “bunumu geyinəcəksən”, sualını eşitmək istəməz. Amma bu heç də onun geyiminizi bəyənməməsi demək deyil. 

Xəyanət etsən, nə edərsən?


Qadınlar zarafatla da olsa, sevgililərindən bu sualı eşitmək istəmirlər. Sizin, sadəcə verdiyiniz sual, onlarda artıq şübhə yaradacaq. Sualdan sonra keçmişiniz araşdırıla, telefonunuz izlənilə bilər.