Həyat tərzi / Maraqlıdır

"Bunların nə ayıbı var ki, yas içində toy çaldırdınız?

Banu. | 30-10-2020, 08:10
704 0
Aparıcı Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı video hamının qəzəbinə səbəb olub.
Azadqadin.az big.az-a istinadla xəbər verir ki, aparıcı "İnstagram" hesabında Borçalıda baş tutan toydan video paylaşaraq, haqlı iradını bildirib.
"Mən Borçalı qızıyam, amma ayıbıma kor ola bilmədim!
Əvvəla Azərbaycanda hələ xonçası oynamamış, çırağı yanmamış oğullar şəhid olur. Xınası islanmamış, çiçəyi burnunda, qönçə qızlarımız başına qırmızı kəlağayı örtməyə həsrət qaldığı halda, qara yaylıq bağlayırlar və şəhid nişanlısı olurlar.
Bəs son bir ayda təkcə Borçalı mahalından 50-yə yaxın, başda polkovnik İlqar Mirzəyev olmaqla, Qarabağ uğrunda şəhid olan qardaşlarımızın ruhundan utanmadınızmı?
Bunların nə ayıbı var ki, yas içində toy çaldırdınız?
Axı şəhidlərin qanı qurumamış, cəsədi soyumamış onları torpaq uddu"