Həyat tərzi / Maraqlıdır

Nadir Qafarzadədən QALMAQALLI SÖZLƏR: “Qadınlar evdən getməklə özlərini ucuzlaşdırır”

Banu. | 15-05-2020, 14:36
294 0
Müğənni Nadir Qafarzadə əri ilə küsüb ailəsinin yanına gedən qadınların kişinin gözündə daha tez dəyərdən düşdüyünü deyib.
ARB kanalında yayımlanan “Elgizlə izlə” proqramında qonaq olan müğənni qalmaqallı açıqlama verib:
“Çalışın evdən getməyin. Hər dəfə gedəndə daha çox ucuzlaşırsınız. Ya gedin qayıtmayın, ya da getməyin, dözün. Məsələn, əgər yüz manat qiymətiniz varsa, evdən gedəndə 80-nə, daha sonra 60 manata düşürsünüz”.
N. Qafarzadənin bu fikirlərini Elgiz Əkbər dəstəkləsə də, digər aparıcı Pərvanə Tahirqızı sənətçinin fikirlərinin doğru olmadığını qeyd edib.