Həyat tərzi / Maraqlıdır

Koronavirus macəraları - Maşında seks karantini pozmaq deməkdir...

Banu. | 19-03-2020, 23:00
2 102 0
İtaliyada avtomobildə cinsi əlaqədə olan cütlük karantin qaydalarını pozduğuna görə tutulub. Polis  kişi və qadını Milanın kənarında yaxalayıb. İtaliyada avtomobilin önündə və arxasında iki nəfərin oturması koronavirus karantin qaydalarına ziddir.

ANSA xəbər agentliyinin verdiyi məlumata görə, məhz bu cütlük də  avtomobilin arxasında sekslə məşğul olduqları üçün karantin qaydasına məhəl qoymamaqda ittiham olunurlar. Qayda pozanları hansı cəza gözlədiyi barədə məlumat verilmir.

İtaliyada koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin qaydaları tətbiq edilmişdir. İtalyanlar evdən yalnız yemək, dərman almaq, tibbi yardım almaq, eləcə də lazım gələrsə işə getmək üçün evdən çıxırlar.

Milanın daxil olduğu Lombardiya bölgəsi, ən çox koronavirus hadisəsinin qeyd edildiyi yerdir.Moderator.az