Həyat tərzi / Maraqlıdır

“Malvina” uşaq bağçasında Milli Qəhrəmanlara həsr olunmuş BİLİK YARIŞI

Aynur_Qurbanqizi | 27-02-2020, 17:01
325 0

“Malvina” körpələr evi uşaq bağçasında “Milli Qəhrəman”lara həsr olunmuş “Bilik yarışı” adlı tədbir keçirilib. Bağçanın müdüri Leyli İmaməliyevanın təşəbbüsü ilə ərsəyə gələn tədbirdə uşaqlara milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik hissləri aşılanıb, uşaqlara “Milli Qəhrəmanlar” haqqında ətraflı məlumatlar verilib və videoçarx göstərilib.

Tədbirin təşkilatçılarından olan qrup rəhbəri Ləman Qasimova bildirdi ki, bilik yarışı vasitəsilə uşaqlarımızın necə bilik və bacarıqlara malik olduqlarının bir daha canlı şahidi olduq: “Ümumiyyətlə, bizim bağçanın missiyası sağlam düşüncəyə və yüksək dəyərə malik gələcəyin başlanğıcını qurmaqdır. Bağçada uşaqların intelektual, fiziki, psixoloji, sosial, emosional və estetik inkişafının əhatə edilməsi üçün yaradıcı və sağlam rəqabətli mühit yaradılır, onlarda təhsilə maraq oyadılır. Müstəqil düşünmə və problemi həll etmə vərdişləri aşilanir. Bu mühit həmçinin uşaqların hisslərinin və həyati bacarıqlarının formalaşmasına  biləvasitə təsir göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində “Malvina” uşaq bağçasının məzunları ölkəmizin nüfuzlu orta məktəblərinə, lisey və gimnaziyalarına qəbul olmuşdur. Həmin şagirdlər “Malvina”uşaq bağçasının məktəbəqədər hazırlıq proqramının qoyduğu güclü baza əsasında təhsillərini yüksək səviyyədə davam etdirirlər. “Malvina” uşaq bağçasının tədris proqramı Azərbaycan Respublikası Təhsil nazirliyinin tələb və normativlərinə tam uyğun şəkildə hazırlanmış və təkmilləşmişdir. Bağçada dünya təhsil sisteminin qabaqcıl innovasiyalarından geniş istifadə edilir. Belə gözəl təşəbbüs üçün başda “Malvina” uşaq bağçasının müdüri Leyli xanıma və onun rəhbərlik etdiyi kollektivə öz dərin təşəkkürümüzü bildiririk ki, gələcək nəsilə bu cür gözəl təhsil və vətənpərvərlik hissləri aşılayırlar”.

Qeyd edək ki, “Malvina” uşaq bağçasında hər il olduğu kimi bu il də 26 fevral “Xocalı faciəsi”nə həsr olunmuş şahmat turniri də keçirilib.