Həyat tərzi / Maraqlıdır

Hansı ölkələrdə qadın çatmır... - Foto

Banu. | 16-02-2020, 21:17
519 0

Bizim ölkədə belə fikir yaranıb ki, Ukraynada qadın çatışmazlığı var. Halbuki statistika belə demir. Əksinə, Ukraynada kişilərin sayı qadından çoxdur.

Ən az qadın Qətərdədir. Bu ölkədə hər 1000 nəfərdən 249-u zərif cinsin nümayəndəsidir. Ümumiyyətlə, qadın azlığı daha çox müsəlman ölkələrində diqqət çəkir. 1000 nəfərə Birləşmiş Ərəb Əmirliklərində 276, Omanda 342, Küveytdə 426 qadın düşür. Hindistanda (482), Çində (485), Misirdə (494), Norveçdə (495) və Tacikistanda (498) da qadınların az olması nəzərə çarpır.

Kişilərin azlığına görə Latviya fərqlənir. Baltikyanı öllədə hər 1000 nəfərə 541 qadın düşür. Honkonq (540), Litva (539) və Ukrayna (538) da liderlər qrupundadır.
Azərbaycanda da qadınlar kişilərdən çoxdur. Amma elə də böyük fərq nəzərə çarpmır. Əhalinin yalnız 50,1 faizi qadınların payına düşüb. Yəni hər 1000 nəfərdən 501-i qadındır.