Həyat tərzi / Maraqlıdır

“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”

Banu. | 15-11-2019, 20:40
323 0

“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”

“Öz fikrimi bilmək istəyirsinizsə, bunun işıqlandırılmasının tərəfdarı deyiləm. Əlbəttə, sənətçi həmişə öz ifasıyla gündəmə gəlməlidir”

Bunu açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva bəzi müğənnilərin öz yaxınlarının vəfatıyla gündəmə gəlmək istəmələrinə münasibət bildirərkən deyib:

“Mənim kimimsə rəhmət gedibsə, bunun işıqlandırılmasını istəyirəmsə, deməli, gündəmə gəlmək istəyirəm. Amma kimsə bunu bilib məlumat yazırsa, ona heç nə demək olmaz. Öz fikrimi bilmək istəyirsinizsə, bunun işıqlandırılmasının tərəfdarı deyiləm. Əlbəttə, sənətçi həmişə öz ifasıyla gündəmə gəlməlidir”. 

E.Abdullayeva bir neçə gündür ki, kişilər tərəfindən maraqla qarşılanan statusu haqda da danışıb:

“Mənim fikirlərim həmişə müzakirələrə səbəb olur. Belə bir fikir səsləndirmişəm. Söhbət ondan gedir ki, həyat yoldaşım iş dalınca gedibsə, onu dəqiqə başı narahat etmək düzgün deyil. Mən belə şeylərə göz yumuram deməmişəm, amma həyat yoldaşım da insandı, işi var, qaça-qaçdadı və buna görə ona deyə bilmərəm niyə evə gec gəlib. Mən həyat yoldaşımın harda olduğunu bilirəm. Hər dəfə zəng edim, vurum öldürüm ki, hardasan? Bu bədbəxt oğlu da işinin arxasınca gedib. Elə hər gün belə söhbət olsa, onda gərək həyat yoldaşım evdən bayıra çıxmasın. Mənim dediklərimin  bəzi yerlərini təhrif ediblər. Ümumilikdə isə hər bir insanın fikrinə hörmətlə yanaşmaq lazımdır”. 

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan statuslarda qeyd olunur ki, E.Abdullayeva, “Ərim evə gəlmirsə, əcəb edir. İşi var ki, gəlmir. Xəbər edir ki, işim var. Xoşum gəlmir kişini tez-tez sıxmaqdan, hardasan? soruşmaqdan. Kişidir, gələcək də, çöldə yatacaq ki? Qadın hər şeyə göz yummalıdır, yumuram da. Düşüncəli insan hər şeyi bilməlidir” - ifadələrini işlətməklə gündəmə gəlib. 
Moderator.az

Bunları da oxuyun:

Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar — Döyülənlər, bıçaqlananlar -SİYAHI

Ən ehtiraslı qan qrupu hansıdır? - Bu xəbərə diqqət

Bakıda BİABIRÇI OLAY: Ər arvadını xəyanət edəndə tutdu və... - VİDEO

Onu çox sevdim, inandım, amma o evli imiş... (oxucu məktubu)

Kişinin xəyanət etdiyini göstərən ağlınıza belə gəlməyən, 12 əlamət

Soyuq havada evinizi isitməyin 7 pulsuz üsulu

Bir stəkan südə bir çay qaşığı mixək əlavə edin və sonsuzluğa, cinsi zəifliyə son!

O, xərçəngə, sonsuzluğa və sümük əriməsinə səbəb olur- Dərhal bu çirkabdan qurtul!

Azərbaycanda ombalarını böyüdən qadınlar – Bıçaq altına gedənlər təkcə müğənnilər deyil…