Həyat tərzi / Maraqlıdır

Bakıda "Ögəy ana" filmi reallığa çevrildi: Yeniyetmə evdən qaçdı...

Banu. | 16-09-2019, 15:46
271 0
Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb.
AzadQadin.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar.
Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçün sənədlər rayon polis şöbəsinə təhvil verilib.
Axtarışlara başlayan 12-ci Polis Bölməsinin əməliyyatçıları sentyabrın 15-də itkin düşən şəxsi Sumqayıtda tapıblar.
Xoşbəxtlikdən valideynlərin oğlunun qaçırılması ilə bağlı şübhələri təsdiqini tapmayıb. Məlum olub ki, Ş.Rəhimov anasına qəzəbləndiyi üçün evdən qaçıb. 
Belə ki, qadın oğluna onun doğma övlad olmaması və övladlığa götürülməsi ilə bağlı sirri açıb. Bu etiraf gənci şoka salıb və o, evdən qaçıb. 

BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

İki bina arasındakı boşluqda yer alan və dünynın ən dar evində necə yaşandığına baxın, inanmayacaqsınız-Fotolar

Elə, bu dəqiqə yoxlayın: Bu 7 əlamətdən 4-ü sizdə varsa həyəcan təbili çalmağın vaxtıdır- Şəkərsiniz