Həyat tərzi / Maraqlıdır

Bu tibbi xidmətlər əlilliyi olan şəxslər üçün pulludur - SİYAHI

Banu. | 12-12-2019, 09:00
180 0
Nazirlər Kabineti "Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.

Azadqadin.az  trend-ə istinadla xəbər verir ki, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin sayı 8-dir.
 

Bu xidmətlər xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit "B” və hepatit "C” xəstəlikləri istisna olmaqla), tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla), tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr, cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr, reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar, xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması, kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması, qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılmasıdır. 

Digər mühüm xəbərlər:

Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroluqundan TƏLİMAT

"Mənə lüt şəkillərini göndərən kişiləri biabır edəcəm"

Bu da Ruhinin heç yerdə görmədiyiniz əkizləri...Çox böyüyüblər-FOTO

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir