Həyat tərzi / Maraqlıdır

Hamını qocaldan “FaceApp” nəyi düzgün etmir?

Banu. | 21-07-2019, 15:51
1 698 0
Son zamanların trendinə çevrilən “FaceApp” vasitəsilə qocalma əslində heç də reallığı əks etdirmir.

Bu tətbiqetmədə reallıq payı maksimum 33%-dir. Bu barədə rusiyalı həkim-geriatr Valeri Novosyolov fikirlərini bölüşüb. O bildirir ki, proqram şəxs barədə heç də dəqiq hesablanmamış və az informasiyaya malik olduğundan tətbiqetmədən sonra alınan nəticə insanın qocalıq faktoru ilə üst-üstə düşməyə bilər.

“Hər şeydən əvvəl, “FaceApp”ın mövcud şəkildən başqa, normal alqoritmi, geriatrik məlumatları yoxdur. İnsanın qocalıq görüntüsü, hər şeydən əvvəl bir neçə faktordan asılıdır. Bunların arasında həyat səviyyəsi, emosional durum, vərdişlər və başlıcası, genetika var”.

Daha əvvəl plastik cərrah Adelina Altıyeva da açıqlamasında proqramın qadınlarla müqayisədə kişilərdə nisbətən uğurlu alındığını açıqlamışdı:
“Çünki kişilər, qadınlardan fərqli olaraq daha təbii yolla qocalırlar. Proqram qadınların plastik əməliyyatlar, kosmetik prosedurlar etdirib-etdirməyəcəyini nəzərə almadığından heç də dəqiq nəticə göstərdiyini demək olmaz”.“Qafqazinfo”

BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

Aparıcı Çiçək görün kimin qızı imiş...Tanınmış müğəninin...

Sinəsini dikləşdirmək istəyən evli qadını həkim narkozdaykən zorladı - FOTO

ƏSİL TAPINTI: Yaşıl bibər dərinizdəki hər növ ləkələri yox edr

Zobunuzun olub olmadıgını özünüz yoxlayın! Bunun üçün sizə hər evdə olan termometr kifayətdir...

Bədənin ən mistik orqanı- Göbəyin forması keçmişdən, gələcəkdən, xarakterdən, hətta ölümdən danışır!