Həyat tərzi / Maraqlıdır

SON DƏQİQƏ: Pensiyaçılara ŞAD XƏBƏR - RƏSMİ

Banu. | 12-07-2019, 14:08
8 562 0

Pensiyaların artırılması ilə bağlı sənəd son oxunuşda qəbul edildi

Azərbaycanda əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:
“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Trend

Bunları da oxuyun

Bu havayı inqredientlə ağ saçlardan birdəfəlik xilas olacaqsınız! Bundan asan və əlverişli nə ola bilər ki...

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu...Övladı qətlə yetirilən məşhurlar

Aparıcı Vüsalə ilk dəfə üzləşdiyi XƏYANƏTDƏN DANIŞDI

Azər Axşamın ikinci həyat yoldaşı, görün kimin qızı imiş-VİDEO