Maraqlıdır / Gözəllik / Düzgün makiyaj
Tonal krem istifadə etmə və saxlama qaydaları.
Tonal krem necə istifadə edilməli.
Tonal kremin saxlanma və istifadə qaydaları
hopeful-woman | 11-06-2013, 10:00
38 372 64
Tonal krem istifadə etmə və saxlama qaydaları.
Dəridəki ləkələri gizləmək və bütün üzün eyni rəngdə olmasını təmin etmək üçün təsirli bir yol olan tonal krem hansı növ bir dəriyə sahib olsanız olun mütləq az miqdarda çəkməlisiniz. Diqqətə çarpması lazım olan nöqtələr gözlər və dodaqlar olmalıdır. Yağlı dərililərin yarı maye bir tonal,dərisi quru olanların isə krem şəklində bir tonal istifadə etmələri makiyajın daha gözəl görünməsini təmin edər.
Tonal krem necə istifadə edilməli.
Krem, maye ya da jeleləri üzünüzə daha incə və düz bir təbəqə halında çəkə bilmək üçün,əvvəl əlinizin içində yumşalda bilərsiniz.Yumşaltdıqdan sonra isə bundan burnunuza, yanaqlarınıza, çənənizə və alınınıza bir nöqtə qoyun.Çubuq halında bir krem istifadə edirsinizsə bu saydığımız yerlərə kiçik bir xətt çəkin. Tonal kremi barmaq uclarınıza yaxşıca yayın.
Çənədə: Yuxarıya,xaricə doğru
Yanaqlarda: Çölə doğru
Alınınızda: Bir tərəfdən o biri yana
Burunda: Aşağıya,burun ucunun altına
Göz Ətrafında: Yüngülcə bir dairə halında gözqapaqlarına doğru yaxşıca yayın.
Çənədə: Yuxarıya,xaricə doğru
Yanaqlarda: Çölə doğru
Alınınızda: Bir tərəfdən o biri yana
Burunda: Aşağıya,burun ucunun altına
Göz Ətrafında: Yüngülcə bir dairə halında gözqapaqlarına doğru yaxşıca yayın.
Tonal kremi boynunuza çəkmənizə ehtiyac yoxdur. Ancaq boyun ilə üzünüz arasındakı keçişin sərt olmaması üçün bu bölgəyə bir az daha diqqət edin və kremi yaxşıca yayın.Ayrıca kremi çəkdikdən sonra üzünüzdə çox yayılmış kremləri süngərlə götürməyi unutmayın.
Ömürü nə qədərdir?
Yaxşı keyfiyyətdə çıxarılmış bir kremin ömrü, açılmadan 1-1,5 il, açıldıqdan sonra isə 5-6 aydır.Pudra tonal kremlərlə müqayisədə daha uzun ömürlüdür. Açıldıqdan sonra 1 il qədər istifadə edilə bilərlər.
Xarab olması necə aydın olar?
Xarab olması necə aydın olar?
Köhnə kremlər tətbiq edərkən topçuklar,rəngində və qoxusunda dəyişikliklər meydana gəlir. Yuxarıdakı vəziyyətlərdən hər hansı biri ilə qarşılaşsanız qətiliklə o kremi stifadə etməməniz lazımdır. Dərinizdə allergiyaya yol aça bilər. Uzun müddət istifadə etdiyniz bir kreminiz varsa üzünüzə çəkmədən əvvəl mütləq əlinizin üzərində təcrübən edin.
Necə saxlamaq lazımdır?
Necə saxlamaq lazımdır?
Hər istifadədən sonra ağızını silin və qapağını möhkəmcə bağlanın. İşıqlı, isti və nəmli mühitlərdə saxlamayın.