Həyat tərzi / Maraqlıdır

Ev heyvanı almağı hec aglınızdan keçirdinizmi?

konul mamedova | 31-03-2012, 19:00
3 558 111

Bir pişiyin və ya balaca it balasının baxışları sizdə "mənim olsaydı" fikrini yaratdımı?Evinizdə belə  bir dostun olmasını yoxsa küçədəki bir heyvanı sevməyi hansını daha çox istərdiniz?Əgər bir ev heyvanını bu qədər çox sevirsinizsə onda biraz düşünməlisiniz.İlk öncə bahalı mebellərinizin və ayaqqabılarınızın yaxud da xalçalarınızın üstündəki tükləri necə gördükdə dözə biləcəksiznizmi?



Bir ev heyvanı almamışdan öncə bunu niyə istədiyinizi dəqiqləşdirin.Bir dost axtarmanız hər ev heyvanının sizə mükəmməl dost olacagı mənasına gəlməz.Bu heyvanı almamışdan öncə gərək qəlbinizdə yeni bir yer açasınız.Gərək hər gün onu mütləq gəzintiyə çıxarasınız.Bu dostunuzu sadəcə açık balkonlardan hava aldıraraq xoşbəxt edə biləcəkmisiniz?Bu qərarı verməmişdən öncə gərək evin digər sakinləri ilə də razılaşasınız.Bu durum onları narahat etməməlidir.


Gəlin ev heyvanlarının ən çox saxlanılanlarında olan pişiklər və itlərlə başlayaq.Bu balaca pişik və ya itin evinizdəki bütün əşyalara toxunmasını və onları dırnaqları ilə cırmalamasına hazır olmalısınız.

Bir pişik və ya it  sahibinin ruh halını və əhval ruhiyyəsini hiss edə bilir.Özünü sahibinə sevdirdiyi kimi ondan da bu sevginin qarşılıgını gözləyər.Əgər siz bir iş sahibisinizsə iş saatlarında pişiyiniz və ya itiniz evdə darıxar və bu da onun daha da vəhşiləşməsinə səbəb ola bilər.

Bu heyvanları almamışdan öncə onun saglamlıgını araşdırıb sonra almalısınız.Əgər siz bir təmizlik xəstəsisinizsə davamlı evdə tüklərin olmasını qəbul etməyəcəksiniz.

Heyvanların yaşlarına görə davranışları dəyişir.Bu səbəbdən aldıgınız ev heyvanını yaşının  az olması daha yaxşı olardı.


Əgər siz subay birisinizsə gələcək həyat yoldaşınızın da heyvan sevgisi mütləq olmalıdır.Bir ev heyvanını alarkən onu bir gün küçəyə atmayacagınızdan əmin olmalısız.Siz sadəcə bir sahib deyil həm də bu heyvanın ailəsi olmalısınız.Heyvanlara baxmaq sizə o qədər də asan görünməsin.Onların yeməyi, dərmanları, yataqları ,oyuncaqları və iynələri vəsait tələb edir.Ölkəmizdə İEÖ-dəki kimi ev heyvanlarını sigortalayan şirkətlər yoxdur.Gələcəkdə ev heyvanınızın gözlənilmədən ortaya çıxan saglamlıq problemlərini də nəzərə almalısınız.

Tətillərdə istirahətə gedərkən pişiyinizi və ya itinizi də aparmaq məcburiyyətində oldugunuzu unutmayın.Bir çox otellərdə isə heyvanı olan müştəriləri qəbul etməmək qadagası var.

Əgər hər hansı bir heyvanını almaq istəyirsinizsə yuxarıdakıları ciddi -ciddi düşünün .Çünki onları alıb sahib olmaq sizə asan görünə bilər amma onları  yarı yolda buraxmaq da günahdır.Əgər siz bunlara hazırsınızsa onda ev heyvanı almagıda düşünə bilərsiniz.

p.s İstər ev istər də  küçə heyvanı fərqi yoxdur.Onları  sevək və qaygı göstərək.


Nara88 | 10 may 2014 23:41 | Status: Professional user | Şərh: 4 253
bina evde zehlem gedir))iy vere vere))
Girl | 1 aprel 2013 16:18 | Status: Professional user | Şərh: 8 206

menim piwiyim varda

Milaska. | 26 mart 2013 23:03 | Status: Gümüş user | Şərh: 1 486
menim dowan ve piwiyim var
KAMA88 | 26 mart 2013 18:50 | Status: Şərhçi | Şərh: 351
Hə mən heyvanları sevirəm
Torpaq | 12 fevral 2013 13:25 | Status: Professional user | Şərh: 3 570
papuqay istiyirem indi de
azeri_oglu | 23 sentyabr 2012 06:53 | Status: Gümüş user | Şərh: 2 243
heyvan yox amma hewarat almiwam, ozde cox)))
menicohr | 4 sentyabr 2012 11:27 | Status: Şərhçi | Şərh: 146
heyet evi olarsa he binada mumkun deyil
HEYATIM | 4 sentyabr 2012 11:20 | Status: Professional user | Şərh: 2 110
men hec xowlamaramm
Sonik | 21 avqust 2012 14:13 | Status: VİP user | Şərh: 543
Men it istiyirem
OZ_DUNYAMIZ | 22 iyul 2012 07:24 | Status: Gümüş user | Şərh: 1 205
MEN BALIQ IT ISTERDIM SAXLAYIM AMMA QOYMURLAREEEE