Həyat tərzi / Maraqlıdır

Məşhur musiqiçinin oğlu anasının başından vurub, sonra isə onu boğub və evi qarət edərək qaçıb-Məşhurlar da ağlayır

Banu. | 24-01-2019, 10:20
931 0

Tanınmış sənətçilərin övladları, ailə qalmaqalları, həyatlarında baş verən müxtəlif xoş və kədərli hadisələr zaman-zaman işıqlandırılıb.

Dahi sənətkar, maestro Niyazinin ailə faciəsi oğulluğu Ceyhunla bağlıdır. Niyazi və onun həyat yoldaşı Həcər xanımın övladları olmadığından yaxın qohumlarından birinin uşağını oğulluğa götürürlər. Böyük sevgi ilə qəbul olunan bu oğlan böyüdükcə onların bu hissini peşmançılıqla əvəzləyir. Ceyhun onların başına min bir oyun gətirir. Narkotik aludəçisinə çevrilərək evdəki bütün qiymətli əşyaları oğurlayaraq satır.
Günlərin birində isə ən dəhşətli hadisə baş verir. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini ala bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır. İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyaları və əlyazmalarının çoxunun olmamasına səbəb də məhz budur. Muzey yaradılmazdan əvvəl, 1984-90-cı illər ərzində maestroya məxsus olanlar pərakəndə şəkildə ayrı-ayrı qurumlara verilib, bəzilərinin isə ümumiyyətlə taleyi bilinmir. Maestronun həmişə barmağına taxdığı brilyant qaşlı üzüyü, Almaniyada ona hədiyyə olunan qızıldan hazırlanmış dirijor çubuğu da yoxdur.
Müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun sonrakı, elə indiki aqibəti isə heç kimə məlum deyil. Həcər xanım xatirələrində bir dəfə də olsun, oğulluğunun adını çəkməyib.

Məşhurların ailə faciələrinə səbəb olan bir neçə hadisə plastik əməliyyatlar nəticəsində baş verib. İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı unudulmaz sənətkar mərhum Nəzakət Məmmədova olub. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.
Deyilənlərə görə, Nəzakət Məmmədovanın oğlu da onun adına yaraşmayan hərəkətlər edib. Oğurluq və qarət üstündə həbsə düşüb, xalası ilə yola getməyərək dəfələrlə onu döyüb...

İkinci belə faciəli hadisənin qurbanı isə müğənni Reyhan Müslümova olub. O, artıq çəkidən azad olaraq, gözəlliyinə bir az da çox gözəllik qatmaq istəyir. Şəkər xəstəsi olduğundan bir çox həkim bu əməliyyatı keçirməkdən imtina edir. Lakin bu riskə getməyə hazır olan cərrah tapılır. 2002-ci ildə 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və həyatını itirir. Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır.
Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.

Kiçik yaşlarından sənətə gələn istedadlı müğənni Xeyransa Məmmədovanın vəfatı da faciəli nüanslardan ibarətdir. Xeyransa Məmmədova şəkər xəstəsi olub. Həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermir. Lakin ana olmağı çox istəyən Xeyransa Məmmədova ölümü də gözə alır. Müğənni çox erkən yaşda övlad dünyaya gətirən zaman dünyasını dəyişir.

1990-cı ilin 20 Yanvar hadisələri böyük sənətkar Hamlet Xanızadənin öz həyatında faciəyə səbəb olub. Bu böyük dərdin ağrısına dözə bilməyən sənətkar hər gün Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərə yas tutur. Cəmi 13 gündən sonra isə Azərbaycan Hamlet yoxluğunun ağrısını yaşayır. O gün Şəhidlər Xiyabanına gedir, kövlərlib, ağlamaq istəyir. Amma səhnədə dəfələrlə ağlayan aktyorun nə qədər istəsə də, gözündən bir damcı yaş çıxmır. Kinostudiyaya qayıdır, "Qətl günü" filmini səsləndirmək üçün. Elə bu vaxt halı dəyişir. Başına yığılan sənət dostlarına "Narahat olmayın, mən şəhidlərin heç birindən artıq deyiləm" deyir. Bu, dostlarının ondan eşitdikləri son söz olub. Hələ şəhidlərin qırxı çıxmamış Hamlet Xanızadə də şəhidlik zirvəsinə yüksəlir. Fevralın 3-də Aktyor evindən son mənzilə - doğulduğu Şağan kəndinə yola salınır və ğz arzusu ilə anası Çeşmi xanımın yanında dəfn olunur. Beləcə, Hamlet Xanızadə böyük həvəslə çəkildiyi "Qətl günü"nün ekrana çıxdığı günü də görmür.

"Bülbüllər” qrupunun yaradıcısı Aybəniz Hacımovanın həyat yoldaşı isə Qarabağ uğrunda döyüşlərində şəhid olub. Ərinin ölümündən sonra müğənni böyük çətinliklərlə üzləşib: "Onun vəfatından sonra böyük stress keçirdim. Hər zaman məni gülərüz görən insanların qarşısına məyus halda çıxmaq istəmirdim. Ailəmi çox dəyərləndirdiyim üçün bu stressi atmaq mənə uzun illərə başa gəldi. Həmin vaxtlar mən bir gün oxuyurdum, on gün otururdum evdə. Çünki oxuyanda özümü saxlaya bilmirdim”.

Avtomobil qəzaları da bir çox məşhurun ailəsində faciələrə səbəb olub.

Bənzərsiz səsə malik, unudulmaz sənətkar Səxavət Məmmədovun vaxtsız ölümü hamını sarsıtdı. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Saysız-hesabsız insan axını onu doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salırdı. Həmin vaxt göydən tək yağış yox, güllə də yağırdı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Sevilən müğənni Təranə Vəlizadənin həyat yoldaşıEyvaz Həsənov faciəli yol qəzası nəticəsində həyatla vidalaşdı. Bu ölüm müğənnini çox sarsıtdı: "Biz 11 il birgə yaşadıq. O dünyasını dəyişən gündən sanki arxamdan bir dağ uçdu, yelkənsiz qayıq kimi okeanın ortasında qaldım. Ondan sonra çox çətinliyə dözdüm. Gözəl insan idi, təəssüf ki, çox az yaşadı. Məni də ağrıdan budur. İndi gənclər onun oxuduğu mahnılara tez-tez müraciət edirlər, amma bir dəfə də olsun adını çəkmirlər”.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov isə xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır.

Böyük aktyor Həsən Turabovun oğlu və gənc müğənni Şəfanın özü də yol qəzası nəticəsində həyatla erkən vidalaşıblar.

"Qəti qorxusu yoxdu” sözü dillərdə əzbər olan xalq artisti Teymur Mustafayevin oğlu isə maşında baş verən yanğın nəticəsində faciəli şəkildə dünyasını dəyişib. 3 il öncə Bakıxan Mustafayevin idarə etdiyi avtomobildə yanğın baş verib. Qapını aça bilməyən B.Mustafayev maşının içində diri-diri yanıb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində olub. Olaydan sonra mərhumun banka olan borcu barəsində xəbərlər dolaşmağa başladı. Həmin xəbərlərdə B.Mustafayevin dünyasını dəyişməsi şübhə altına alınırdı, onun bu yolla külli-miqdarda borcdan yaxa qurtarması qeyd edilirdi.

"Həm ziyarət, həm ticarət” filmindən tamaşaçıların yaxşı tanıdığı aktrisa Nuriyyə Əhmədovanın qızını kürəkəni öldürüb. Bu haqda aktrisa indiyədək ətraflı danışmayıb. Məlum olan odur ki, o vaxtdan qızının övladı Faiqi həm nənə, həm də ana kimi saxlayıb böyüdür.

Buna oxşar bir faciə məşhur diktor Roza Tağıyevanın da həyatından yan keçməyib. Onun oğlu hamam otağında baltalanaraq dəhşətli şəkildə öldürülüb.

Sevilən bəstəkarlar Nailə və Hikmət Mirməmmədlilərin ailəsi digər faciələrlə üzləşib. Əvvəl onların 14 yaşlı oğlu dənizdə boğulub ölüb. Bir müddət sonra isə Hikmət Mirməmmədli özü ürək tutmasından keçinib. Əməkdar mədəniyyət xadimi bu ada layiq görüləndən bir neçə gün sonra ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə bəstəkarın "Xan bağı” restoranında keçirilən ad günü mərasimində iştirak edərkən baş verib. Qəfildən özünü pis hiss edən bəstəkar elə hadisə yerində keçinib.

Müğənni Rəqsanənin bacısı Ellada İsmayılova və anası Adilə Həsənova insan alverində günahlandırılaraq məhkəməyə cəlb olunublar. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib. Müğənninin anası A.Həsənovaya isə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Firuzə İbadovanın A.Şaiq adına Kukla teatrında aktrisa kimi çalışan bacısı Rəhilə İbadova həbsdədir.

Aktyor Rəhman Rəhmanovun oğlu Emin Rəhmanov soyğunçuluq etməkdə təqsirləndirilib. Onun barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 180. 1-ci(soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Aktyorun oğluna Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrumetmə cəzası verilib və həmçinin, 3 min manat məbləğində cərimələnib. Xatırladaq ki, Emin Rəhmanov 2005-cı ildə "Azəri-star” mahnı müsabiqəsinin iştirakçısı olub. Bundan əvvəl isə bu yarışmanın digər iştirakçısı Rüstəm Əlişanov qadın alverində ittiham olunaraq həbs edilib.


Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Orxan Nadirov 11 ay həbs cəzası alaraq məhkəmə zalından azadlığa buraxılıb.


Onu da demək yerinə düşərdi ki, aktyor Arif Quliyevdən başqa, klassik mahnıların mahir ifaçısı Teymur Əmrah, "Gecələr” mahnısı ilə tamaşaçılar tərəfindən daha çox sevilən Bahar da uşaq evində böyüyüb.


Müğənni Ziyafət Yaqubovanın da şəxsi ailə həyatı faciəsiz ötüşməyib. Hələ Konservatoriyanın I kursunda oxuyarkən əslən Cənubi Azərbaycandan olan bir şəxslə tanış olur. Bir müddət görüşdükdən sonra 1994-cü ildə ailə qururlar. Müğənni Təbrizdə həyat yoldaşının valideynlərinin evində yaşamağa başlayır. Lakin çox keçmir ki, ailə münaqişələri yaranmağa başlayır. O günləri Ziyafət Yaqubova belə xatırlayır: "İranda olanda altı aylıq hamilə idim. Qayınanamla baldızlarım "yoldaşının ayrı evi yoxdu, bizim evimizdə yaşayırsınız, istəmirik ki, uşaq bizim evimizdə doğulsun”, - dedilər. Halbuki, 3 mərtəbəli villaları var idi. Bunlar hamısı bəhanə idi. Azərbaycandan olduğum üçün mənə yad münasibət bəsləyirdilər. Başıma oyun açıb süni doğuşa məcbur etdilər. Evə ara həkimi gətirdilər, bir həftə müxtəlif iynə, dərmanlar verərək bətnimdəki altı aylıq uşağı düşürtdülər. Birtəhər səbir edib yaşayırdım. Çünki Bakıya qayıtmaq istəmirdim. 2 ildən sonra yenə uşaq gözləyirdim. Eynilə həmin oyunu yenidən başıma gətirdilər. Bütün bunlardan sonra yoldaşımla Bakıya qayıtdım. 2000-ci ilə kimi burda birlikdə qaldıq. Ancaq işləmirdi, heç nədə mənə kömək etmirdi. Kirayə pulunu da özüm verirdim, evin bütün xərclərini ödəyirdim. Gördüm ki, illərim boşa gedir və ayrıldım. O, İrana qayıdandan sonra 7 il nikahlı qaldıq. 2-3 il öncə mən özüm burada rəsmən boşandım”.


AzadQadin.az

Bu xəbərlər də maraqlıdır:

Dəhşətli hadisə! 25 yaşlı gənc parkda qadını zorlayıb,lüt vəziyyətdə qoyub qaçdı

Azərbaycanda yanacağın qiyməti qaldırıldı - VİDEO

Xəyalə özündən də gözəl anası ilə fotosunu paylaşdı-FOTO

Azərbaycanlı ana və qızı görənlər bir də baxır… – FOTOLAR

Ərləri Rusiyada olan qadınları başqa kişilərlə… – Azərbaycanda görülməmiş hadisə

Qəbrdə fırlandığı deyilən mərhum xalq artistimizin məzarı açılıb? - FOTO