Həyat tərzi / Maraqlıdır

Heç vaxt evdə paltar qurutmayın-REAL SƏBƏB

Banu. | 8-12-2019, 23:00
1 550 0

Elə ki, yağışlı havalar başlayır bir çoxumuz paltarları yuduqdan sonra içəridə quruduruq. Amma mütəxəssislər bunun sağlığımıza olduqca zərərli olduğunu söyləyirlər. 

Türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlama verib. 

Azadqadin.az ailem.az-a istinadən həkimin fikirlərini təqdim edir: "Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır. Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq ən doğru seçimdir".

O.Emel deyib ki, xüsusilə şəhər yerlərində açıq havada paltar qurutmaq mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək olar.

Həkim bildirib ki, allergiyası olanlar yuyucu vasitə əvəzinə, sabundan istifadə edə bilər: "Quru təmizləmədə də perklor etilen hipoklorit istifadə edilir. Buxarı ilə nəfəs aldıqda qaraciyər, sinir sisteminə zərər verə bilər və xərçəng yarada bilər. Buna görə quru təmizləmədən gələn əşyaların havaya verilmədən istifadəsi məsləhət deyil".

Bu xəbərləri də oxuyun:

Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI