Həyat tərzi / Maraqlıdır

İslamda, cinsi əlaqə zamanı Halal və Haramlar-Diqqət, bunları çoxu səhv edir

Banu. | 6-05-2018, 14:54
9 311 0

"Evli insanların bir-birinə hər yerləri halaldır, haram deyil" şəklindəki bir hökm doğru deyildir, qadına arxadan yaxınlaşmaq (tərs əlaqə) əhli sünnəyə görə caiz deyildir. Ağız (oral seks) da cinsi təmas üçün deyil, başqa işlər üçün var edilmişdir, oradan cinsi təmas yaradılış məqsədinə də, fitrətə də tərs düşər, fitrətləri pozulmamış olanlar bundan nifrət edərlər.



İslam, insanın bütün həyatını əhatə edən və hər mövzunu qiymətləndirən bir dindir. Buna görə də, insanın həyatında əhəmiyyətli bir yer tutan cinsi münasibətlərə və tərbiyəsinə də laqeyd yanaşmamışdır. Müəyyən ölçülər içərisində halal dairəsində, kafi gələcək şəkildə təklif edilmişdir.



Hər problemlərini Hz. Peyğəmbərə (s.ə.v) soruşub öyrənən səhabələr və onların xanımları, cinsi münasibətlə əlaqədar problemlərini də şəxsən soruşaraq öyrənmişdirlər.

Necə ki, səhabələrdən biri xanımına cinsi orqanından olmaq şərti ilə arxa tərəfindən yaxınlaşmaq istəmiş, ancaq xanımı buna qarşı çıxmış və doğulacaq uşağın çəp olacağı şəklindəki yəhudi anlayışını da bəhanə göstərərək etiraz etmişdi.




Vəziyyət Peyğəmbərimiz (s.ə.v)-ə xəbər verildiyində "Evlilərə, cinsi orqanından olmaq şərti ilə, istənildiyi şəkildə yaxınlaşıla biləcəyini" (Bəqərə Surəsi, 223) ifadə edən ayə gəldi.



Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ. (Bəqərə surəsi-223)
نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ



Bu ayəni açıqlayan Peyğəmbərimiz (s.ə.v)-də "Cinsi orqanından olmaq şərti ilə arxadan, yandan, üstdən, altdan, istənildiyi və xoşuna gəldiyi şəkildə cinsi əlaqəyə girilə biləcəyini" ifadə etmişdir. (Almalılı Həmdi Yazarın və İbni Kəsrin Təfsirlərinin Bəqərə-223, ayənin təfsiri.)



İslam, evli insanların cinsi əlaqəsini bu vəziyyətlərdə qadağan etmişdir:



1. Aybaşı (menustrasiya) halında və yenicə doğumuş qadınla cinsi təmas,



2. Evlilərin nəcis yerindən yəni arxadan (anal seks) yaxınlaşmaq. Xanımına arxasından yaxınlaşmaq böyük günahlardandır.



Peyğəmbər (s.ə.v): "Allah bir qadının arxasından münasibətdə olana rəhmət nəzəri ilə baxmaz." buyurur. (İbni Macə Beyhaki)



Dinimizin, bunların xaricindəki cinsi əlaqəyə, cinsi orqanından olmaq şərti ilə hər cür şəklinə icazə verdiyini və haram etmədiyini anlayırıq. Evli insanların bir-birini öpmə, oxşama, dodaqları ilə, əlləri ilə cinsi əlaqəyə hazırlamaq üçün bədənlərinin fərqli yerlərinə etdikləri hər cür hərəkətin və təmasın haram olmadığını söyləyə bilərik. Ancaq qəti bir qadağanın olmaması, bəzi tövsiyələrin də olmadığı mənasını verməz.



Cinsi əlaqə əsnasında, diqqət yetirilməsi tövsiyə edilən xüsusi məqamlar bunlardır :



1. Evli insanların cinsi əlaqə əsnasında üstlərinə bir örtü örtmələri. (Kenzul-ummal, 6/415)



2. Bir-birlərinin cinsi orqanlarına baxmamaları. (İbn Macə, Nikah, 28)



3. Cinsi əlaqə anında az danışmaları. (Feyzul-Qədr, 1/327)



Bu tövsiyələrə tabe olmaq gözəl olmaqla yanaşı, cinsi orqanından olmaqla hər cür sevişmə və cinsi əlaqə caizdir.