Həyat tərzi / Maraqlıdır

Elza Seyidcahan şeirini oxudu, məsxərəyə qoyuldu

Banu. | 23-04-2018, 11:45
3 094 0
Elza Seyidcahan yeni şeirini səsləndirib.
“Deşik-deşik dünyaya” adlı şeir məsxərəyə qoyulub.
Elgiz Əkbər və Əli Mirəliyevin aparıcılıq etdiyi “Səhər- Səhər” verilişinə qonaq olan bəstəkar-müğənni onun şeirlərinin dərin məna daşıdığını, hər kəsin bu əsərləri anlamasının mümkünsüzlüyündən bəhs edib.
“Quranda da deyilir ki, zəmanəyə uyğun yaşayın. Bunlar da zəmanəyə uyğun şeirlərdir.  Başa düşmək üçün beyin lazımdır. Hər kəs mənim şeirlərimi anlaya bilməz”- deyə öz əsərlərinin novator ruhlu olduğunu vurğulayıb. Hətta o bu şeirləri klaasiklərlə də müqayisə edib.
Belə ki, şeirini səsləndirdikcə hər sətrlə bağlı izahatlar verən Seyidcahan yenə də məsxərəyə qoyulub. Gülüş ustası, aktyor Elməddin isə “Hə bax indi anladım. Amma bu şeirlərin yanında gərək siz də gələsiniz ki, izah edəsiniz, başa düşmək olsun”- deyib. Onun bu sözlərinə hər kəs gülüb.

Qazanım daşdı
Kəfini yedim
Qapağını açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim
Dibini yedim.
Qazıb, qazıb deşdim dibini
Qazanın.
Kəfkirim azıb
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfkirdən
Deşik-deşik dünyaya.
Qonaq olduq
Həsrətini çəkdiyim
Röyaya.
Buzlanmış şaxtadan beynim
İsti şorbayadır meylim.
Köhnə saat kəfkiri
Çalırdı tamam.
Təzə dərdin yaşları
Burnumdan daman.
Günahlarımı içimdə
Mən boğan adam.
Köhnə saat kəfkiri
Vur, vur
Vur əqrəbi
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır
Fürsər baxır,
Köhnə çaxır
Vaxt yetişir
Kəfkir vurur tamamı,
Əqrəb çalır zamanı
Səs düşəndə axanı
Çəkin, udun,
Silin, atın
Burnunuzdan pisləri
Köhnə saat kəfkiri
Görür hissləri,
Örtür bizləri.
X.V, A24.Az