Həyat tərzi / Maraqlıdır

Əli Mirəliyevin evində Bayram günü dava düşdü: "Hələ mən yaxşı kişiyəm ki, 45 ildi arvada dözürəm"

Banu. | 23-03-2018, 17:33
2 169 0

Həyat yoldaşının bişirdiyi şəkərburanı bəyənməyən Mirəliyev əsəbiləşib.

AzadQadin.az xəbər verir ki, Bu haqda Yenicag.az-açıqlama verən müğənni arvadın kefinə soğan doğradığını deyib: “Arvadın bişirdiyi şəkərburalar həmişə daş kimi olur, deyirəm “bunu yumşaq bişir, mən də yeyə bilim”. Elə özüm deyib, özüm də eşidirəm. Bu il hələ guya yaxşı idi, amma yeyə bilmədim, dava saldım. Arvad öyrəncəli olduğundan bir kəlmə də üzümə qabarmadı. Düz sözə nə desin axı, sonra da deyirlər Əli evdə dava salır, arvadını pisləyir, incidir. Hələ mən yaxşı kişiyəm ki, 45 ildi arvada dözürəm».