Həyat tərzi / Maraqlıdır

"Sevgililər günü"ndə alına biləcək 10 fərqli hədiyyə, bizdən fikir alın - SİYAHI

Banu. | 14-02-2022, 07:00
2 424 0
Düzdür, hədiyyə sevginin göstəricisi deyildir. Lakin o günü sevgililər daha da yaddaqalan etmək üçün bir-birlərinə hədiyyə alırlar. Cütlüklərin bir-birlərini uzun müddət tanımalarına baxmayaraq, yenə də hədiyyə seçimində çətinlik çəkirlər.  
 "Sevgililər günü"ndə alına biləcək 10 fərqli hədiyyəni sizə təqdim edirik:
3D puzzle
Puzzle haqqında məlumatınız var, ancaq 3D puzzle barədə hər kəs bilmir. Bir az daha çətin olan, amma olduqca əyləncəli 3D puzzle təcrübədən keçirmənizi tövsiyə edirik.
Romantik yataq dəsti
"Yatağa hər dəfə uzananda sizi xatırlasın" deyirsinizsə, romantik naxışlarla bəzədilmiş yataq dəsti ideal seçim ola bilər. 
Karaoke blueetooth musiqi dəsti
Əylənməyi sevən cütlüklər üçün siyahının ilk sıralarında yer almalı olan əşyadır. 
Saat
Klassik hədiyyə kimi görünsə də, qeyri-adi rəng və ya fərqli görünüşlü saatlara üstünlük verərək, onu təəccübləndirə bilərsiniz.
Stolüstü tennis 
İki nəfərin birlikdə edilə biləcəyi ən asan və əyləncəli idman növlərindən biridir. Əlbəttə, sevgilinizin zövqünə görə başqa idman növlərinə də müraciət edə bilərsiniz.
Ətir dəsti
Bu təklifi hər yerdə görürsünüz, amma hər zaman ehtiyac duyulan və kimsənin yox demədiyi bir hədiyyə ətir dəstidir.
Yemək dəsti
"Səhər yeməyinin xoşbəxtliklə bir əlaqəsi olmalıdır" sözünü əbəs yerə deməyiblər. Siz də sevdiyinizi romantik bir yemək dəsti ilə cəlb edə bilərsiniz.
Geyim
Qulağa çox şablon gələ bilər, ancaq "Sevgililər günü"ndə geyməsini istədiyiniz geyim onu düşündüyünüzdən daha çox xoşbəxt edə bilər.
Yaxşı şərab
Yaxşı şərab romantik gecənizi daha da maraqlı, əyləncəli və ehtiraslı edəcəkdir.  
Zinət əşyası
Hər baxanda sizi xatırladacaq bir bəzəkdən daha mənalı bir hədiyyə ola bilərmi?


AzadQadin.az

 

Bu xəbərləri MÜTLƏQ oxuyun:

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO

Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR

Kişmiş suyu ilə dörd gündə qaraciyər təmizliyinə nail olun!

Cəmi 5 günə arıqlayacaqsınız: QATIQ PƏHRİZİ