Həyat tərzi / Maraqlıdır

İşsizlərə sığorta ödənişinin verilməsi qaydası açıqlandı - TƏFƏRRÜAT - VİDEO

Banu. | 9-01-2018, 12:23
542 0
"İşsizlikdən sığorta haqqında" qanuna uyğun olaraq işsizlərə sığorta ödənişinin verilməsi qaydası təsdiqlənib.
Qaydaya əsasən, ödənişi almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər.
Sığorta ödənişini almaq hüququna malik olan şəxslərin mütləq 3 illik sığorta stajı olmalıdır. İşsiz qalan vətəndaş 10 iş günündən gec olmayaraq dövlət məşğulluq xidmətinə məlumat verməlidir. Vətəndaş işlədiyi müddətdə işsizlikdən sığorta fonduna maaşından 0.5 faiz həcmində vəsait köçürür.
Sıgorta staji 3 ildən 5 ilə qədər olduqda vətəndaşa orta aylıq əmək haqqının 50, staji 5 ildən 10 ilə qədər olduqda - 55, staji 10 ildən yuxari olduqda - 60 faizi həcmində 6 ay ödəniş edilir.
Ödənişlər ilk 2 təqvim ayı üçün 100 faiz, 3-4-cü təqvim aylari üçün 80 faiz, 5-6-ci təqvim aylari üçün 70 faiz həcmində verilir.
Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov deyir ki, bu zaman ölkə üzrə orta aylıq əməkhaqqı həddi gözlənilməlidir.
Vətəndaş ilkin müraciətdən və sığorta ödənişini əldə etdikdən sonra yenə müraciət hüququna malikdir.
Qeyd edək ki, "İsizlikdən sığorta haqqında" qanun yanvarın 1-dən qüvvədədir.


Xezerxeber.az