Həyat tərzi / Maraqlıdır

Azərbaycanda bir ailənin başına qəribə hadisə gəldi - VİDEO

Banu. | 29-10-2017, 09:43
1 755 0
Sumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib.
Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli “Instagram”da bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub. Səbəb isə onun atasının adının Malagedən olmasıdır.
Ata adının Malagedən olması Sumqayıt sakini Nüsrət Novruzovun və ailə üzvlərinin sosial şəbəkədə təhqir olunması ilə nəticələnib. Belə ki, Nüsrət Novruzovun pasport şəkli “Instagram”da paylaşılıb və müxtəlif istifadəçilər tərəfindən lağa qoyulub.
Bəzi istifadəçilər Malagedən adını məsxərəyə qoyublar. Nüsrət Novruzovun həyat yoldaşı Elmira Daşdəmirova qayınatasının adının niyə Malagedən olmasını belə izah edir.
Ailə üzvləri tərəfindən səhifə adminindən şəklin silinməsi tələb edilsə də, buna məhəl qoyan olmayıb. Bəziləri isə ailənin erməni olduğunu iddia edib.

Bunları da oxuyun:

Lotu Quli ona uduzan kişinin arvadını qeyri-qanuni yolla içəri keçirib və dəfələrlə zorlayıb - ŞOK FAKTLAR

Elşadın Oksananı döymə səbəbi məlum olub: - " Qısqanclıq və ..." ÖZƏL

Əməkdar artistdən lağa qoyulan MƏSLƏHƏT: “Matı”, qızım...” - FOTO

Mehriban Əliyeva balıq buğlaması bişirdi - FOTOLAR



“Xəzər TV” şəkli lağa qoyulan hazırda Rusiyada olan Nüsrət Novruzovla telefon əlaqəsi saxlayıb. O təhqirə yol verənlərin qanun müstəvisində cavab verəcəklərini bildirib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ekspert Xəyal Bəşirov deyir ki, ölkəmizdə hər bir vətəndaşın şərəf və ləyaqəti qanunla qorunur. Kiminsə şəklinin lağa qoylması təhqirdir. Ona görə də şəkli paylaşan səhifə idarəçiləri,eləcə də şəkilə təhqiramiz şərhlər yazanlar haqqında sərt tədbirlər görülməlidir
Zərərçəkənlər məsələnin həlli üçün məhkəməyə müraciət etməlidirlər.


A24.Az