Həyat tərzi / Maraqlıdır

“İsrafilin qızı” Yasəmən 20 ildir ki, İsraildə yaşayır... Kung-fu ustasıymış

Banu. | 8-07-2018, 10:00
1 282 0

“Bəyin oğurlanması” filmindən Yasəmən kimi tanıdığımız aktrisa Natəvan Məmmədova ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Filmdə Yasəmən obrazını yaradan Natəvan Məmmədova çox gözəl xarici görünüşə malik olduğuna görə, 17 yaşında olarkən rejissorlar tərəfindən kəşf olunaraq “Park” filminə çəkilib. Natəvan Məmmədova birdən-birə kinonun özünə görə olmadığını hiss edərək Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinə daxil olur və memar kimi fəaliyətə başlayır.

N-xeber.com olaraq əlavə edək ki, Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi olub. Natəvan kinoda debütünü 17 yaşında edib. O, "Azərbaycanfilm"in çəkildiyi "Park" filmində qız, “Tənha narın nağılı” (Surət) və digər filmlərdə obrazlar yaradıb.

Onun həyatında idmanla da bağlı maraqlı faktlar var. 90-cı illərin əvvələrində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olub və bu yöndə olan yarışlara qatılaraq parlaq nəticələr əldə edib. 1990-cı ildə kung-fu üzrə keçirilən Azərbaycan çempionatının bürünc mükafatını alıb.

90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır. Karyera qurmaq məqsədilə İsrailə köçən aktrisa orada ailə quraraq vətəndaşlıq alıb. Hazırda evli olan Natəvan Məmmədovanın 3 uşaq anası olduğu da bildirilir. Enter.News