Həyat tərzi / Maraqlıdır

Bilirsinizmi? → Niyə təyyarələr "qara qutu"nun hazırlandığı materialdan hazırlanmır?

Terane | 20-01-2012, 20:00
3 999 53


Təyyarə qəzalarında təyyarə tamam parçalansa da, dənizin dibinə getsə də dərhal «kokpit» deyilən pilot kabinasındaki son danışıqları qeydə alan «qara qutu»lar axtarılır.
Ümumiyyətlə, qorxunc qəzalar zamanı dağıntılar arasından zərər dəyməmiş şəkildə tapılan bu qutular sayəsində qazanın səbəbləri aydınlaşdırılır. "Qara qutu" bu qədər möhkəm materialdan hazırlanırsa, niyə təyyarə özü tamamilə bu materialdan hazırlanmır? 
Təyyarələrin rahat şəkildə havada qala bilmələri, uzun məsafələri az yanacaqla qət etmələri, mümkün qədər yüngül materialdan hazırlanmış olmalarına bağlıdır. Bu materiallar, əsasən, alüminium və plastiktir.
«Kokpit»dəki səsləri və uçuş məlumatlarını qeydə alan hər iki qutu paslanmayan poladdan hazırlanır. En və uzunluqları təxminən 25 santimetr, hündürlükləri 12-13 santimetrdir. Qutuların qalınlıqları isə 6-7 millimetr qədərdir. Qutular, həmçinin,  istiliyə və yanğına qarşı davamlı olması üçün plastiklə örtülü maye köpük ilə də təchiz edilmişdirlər.
Qutular o qədər möhkəmdirlər ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılsa da, amma buna baxmayaraq qeydlər aydın olaraq dinlənilmişdir. Əvvəllərqutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə qoyulurdu. Bu bölgə təyyarənin ən ağır qismi olduğundan eniş anında bu ağır parçalar qutuların üzərlərinə düşərək zərər verə bilirdilər. Sonralar qutular təyyarənin quyruq hissəsinə qoyulmağa başlanıldı. Təbii ki bu, təyyarənin quyruq hissəsindəki kreslolar insanlar üçün daha təhlükəsizdir mənasını verməz, ancaq bu yer qəza zamanı «qara qutu»ların təyyarənin qalıqlarından ən uzağa düşməsini təmin etməkdədir.
Təyyarə qəzalarının səbəbləri müxtəlifdir. Havada partlayaraq düşən təyyarələrdə sərnişinlərin xilas olma ehtimalı yoxdur. Bu səbəblə də təyyarənin hazırlandığı vəsait bu baxımdan əhəmiyyətli deyil. Təyyarə yerə bir bütün halında dəysə də, düşən bir liftdə olduğu kimi sərnişinlər toqquşmanın şiddətindən həyatlarını itirərlər.
Təyyarənin içinə maye köpük doldurmaq elektronik alətləri qoruya bilər amma insanların yalnız ölüm səbəblərini dəyişdirər. Təyyarənin hissələrini «qara qutu» materialından hazırlamaq  parçalanma və yanğından zərər görmə təhlükələrini önləyər amma çox təəssüf ki bu materialdan hazırlanmış bir təyyarə də uça bilməz.
«Qara qutu»ların rəngləri qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi dağıntılar arasından daha rahat tapılmaları üçündür.

N....N92 | 22 iyul 2014 11:07 | Status: Professional user | Şərh: 4 351
bilmirdim maraqlidi
Gulshen. | 23 fevral 2014 13:36 | Status: Qonaq | Şərh: 0
Maraqlidi twkler
Billurə | 22 mart 2013 12:27 | Status: Professional user | Şərh: 4 892
twk..
Saida Kerimova | 15 mart 2013 18:28 | Status: Professional user | Şərh: 1 672
Təşəkkür məlumata görə smile
Seide Gulsoy | 22 fevral 2013 15:18 | Status: Şərhçi | Şərh: 216
hmm bele dee
deniz yildizi | 10 fevral 2013 00:19 | Status: VİP user | Şərh: 696
maraqliydi
Fatima Q. | 6 fevral 2013 18:38 | Status: Gümüş user | Şərh: 984
maraqliydi
sevinc keder | 14 avqust 2012 17:45 | Status: Professional user | Şərh: 3 818
COX SAQOL.INANINKI MENIM BELKEDE EN COX DUWUDUYUM SUALLARDAN BIRI BU IDIKI <QARA QUTU> NEDIR?
SAYENIZDE OYRENDIM.
AMMA MEN RENGININ QARA OLMASINI ONA BAQLAYIRDIMKI QEZADA OLENLERIN OLUM SEBEBINI BILDIRIR.BIZDE YAS RENGI QARADIR AXI!