Həyat tərzi / Maraqlıdır

İslamda qız övladının dəyəri

Mavish | 20-04-2012, 17:01
34 212 102

İSLAMDA QIZ ÖVLADININ DƏYƏRi
 

Bəzilərini sonsuz etmiş, bəzilərinə qız, bəzilərinə oğlan, bəzilərinə isə ekiz oğlan və ya qız vermişdir. Bütün bunlar Allah-təalanın tam rəhmət və lütfündən doğur:
«Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud da hər ikisindən ‒ həm oğlan, həm də qız verir, istədiyini də sonsuz edir. O, (hər şeyi) bilən, (hər şeyə) qadirdir!» (Şura surəsi, ayə 49-50.)
Bu ayəyə əsasən qız övladı Rəbbin iradə və mərhəmətinin təcəllasıdır. Hər hansı bir valideynin qız övladına sahib olması Haqqın elminin, qüdrətinin, iradə və malikiyyətinin tələbidir.

Qız övladı dünyaya gəldikdə əsəbiləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə, elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük günah və axmaqcasına atılan bir addımdır.


İmam Sadiqin (ə) buyurduğuna görə, uşaq dünyasını dəyişdikdə bərzəx aləmində İbrahim və Saraya tapşırılır. Onların himayəsi altında tərbiyə alaraq, valideynlərinin axirəti üçün saxlanılır.
«Məskənül-fuad» kitabında imam Sadiqdən (ə) nəql olunur: «Uşağın ölümünə səbir etməyin, haray-həşir salmaqdan çəkinməyin savabı, uşağın sağ olaraq imam Zamanın (ə) qoşunu sıralarında Allah yolunda cihad edərək şəhid olmasından çoxdur».
İmam Hüseyn (ə) şəhid olmuş altı aylıq uşağını xeyməyə gətirib bacısı Zeynəbin (ə) ağuşuna qoydu. Özü torpaq üstündə oturaraq, Haqq-təalaya ərz etdi: «İlahi! Bu altı aylıq şəhidi mənim axirətim üçün saxla».
Vəfat etmiş bir uşağın bu qədər dəyəri olduğu bir halda böyüyüb boya-başa çatdığı və valideynlərinin yorulmadan çəkdikləri zəhmətlə tərbiyə olunduğu zaman nə qədər dəyəri olar? Burada oğlan və qızın heç bir fərqi yoxdur. Məqsəd, insanın övladıdır.
Quranın «Ənfal» surəsində buyurulduğuna görə, insanın övladları onun üçün Haqqın imtahanıdırlar. Əgər valideynlər onlara bəxş olunan övladları üçün şükür etsələr, onların təlim-tərbiyəsi üçün çalışsalar, imkan daxilində onun ailə qurması üçün şərait yaratsalar, onun ehtiramını qorusalar bu ilahi imtahandan alnıaçıq çıxaraq, böyük bir mükafat əldə edəcəklər. Məgər Quranda buyurulmurmu?!:
«Mal-dövlət, oğul-uşaqlar (oğullar) bu dünyanın bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarı ilə daha xeyirlidir».(Kəhf surəsi, ayə-46.)
Öz övladının tərbiyəsi üçün əziyyət çəkən, onu Haqla, peyğəmbərlərlə, imamlarla, Quranla tanış edən şəxs misilsiz, daim savabından bəhrələnəcək bir saleh əməl, xeyirli iş görmüşdür. Hansı ki, Allah yanında daha yaxşı və insanın aqibəti üçün xeyirlidir.
Məgər həzrət Məryəm, Xədicə, Asya, Fatimə (s.ə) və Zeynəb (s.ə) öz ataları üçün daim savabından bəhrələnəcəkləri savab əməl deyildilərmi? Nə üçün hər hansısa bir şəxs qız atası olduqda narahat olmalıdır? Qız övladının ana bətnində formalaşıb dünyaya gəlməsi Allahdan qerisinin iradəsidirmi? Bu yalnız Haqqın iradəsi, Onun lütf və mərhəmətidir. Elə buna görə də, Haqqın iradəsi və seçiminə təslim olmaq və daim bu övladın şükrünü etmək lazımdır.
Bu reallığa hökmən diqqət yetirin: Həzrət Peyğəmbərin (s) Qasım, Təyyib, Tahir və İbrahim adında oğlanları dünyaya gəldi, lakin Peyğəmbər (s) onların heç birinə görə Allah tərəfindən təbrik olunmadı. Bu məqsədlə Quranda da heç bir ayə nazil olmadı. Lakin həzrət Fatimə (s) ana bətninə düşdükdə, «Kövsər» surəsi nazil olaraq, Rəsulullaha daimi bir yaxşılıq müjdəsi verdi.

QIZ ÖVLADI HAQQINDA ÇOX MÜHÜM RƏVAYƏTLƏR
 
 
Qız övladı olmayan şəxsin ehtiyac əllərini Allah dərgahına qaldırıb qız valideyni olmaq üçün sidq ürəklə dua etməsi müstəhəbdir.
Həzrət İbrahim – o böyük ilahi peyğəmbər İsmayıl və İshaq kimi övladı olduqdan sonra Allahdan qız övladı istəyərək, nalə etməyə başladı. İmam Sadiq (ə) o həzrətin duasını belə nəql edir: «Vəfat etdikdən sonra onun üçün ağlayan, ocağını isindirən bir övladı olsun deyə, Allahdan ona qız övladı nəsib etməsini istədi».(Vəsail, 21-ci cild, səh-361.)
Bu hədisdə qeyd olunan məsələ olduqca mühümdür. Mühüm olan budur ki, həzrət İbrahim kimi ulul-əzm peyğəmbər qız övladından məhrum olduqda, bu neməti əldə etmək üçün dua edir.
Qız atası olmaq böyük bir iftixardır. Çünki İslam peyğəmbəri (s) də qız atası idi. Bu, Peyğəmbərə oxşar bir cəhətdir.
İmam Sadiq (ə) buyurur: «Böyük Allah elçisi bir neçə qız atası idi».(Həmən mənbə.)
Əgər qızı olmayan şəxsin bacısı olsa belə, haqqın rəhmət qapısı onun üzünə açıqdır.
İmam Sadiq (ə) buyurur: «Üç qızı və yaxud üç bacısı olan və onların keçimini öz üzərinə götürən şəxsə cənnət vacib olur»;(Həmən mənbə.) «İki qızını, iki bacısını, iki bibisini və yaxud da iki xalasını himayə edən şəxsin bu himayəsi onu cəhənnəm odundan qoruyacaq».(Həmən mənbə, səh-362.)
Həzrət Peyğəmbər (s) buyurur: «Qız övladları necə də yaxşı, mehriban, mülayim, insanın köməyinə yetən, onunla ünsiyyət quran, təmizkar və pakdırlar».(Həmən mənbə)
Bir şəxs Peyğəmbərin (s) yanında əyləşən bir kişiyə qızı olduğu xəbər verdi. Kişinin rəngi dəyişdi. Həzrət «nə olub?»-deyə soruşdu. Kişi «xeyirdir?»-deyə cavab verdi. Həzrət buyurdu: «Nə baş verdiyini söylə». Kişi dedi: «Mən evdən çıxdıqda, arvadım doğmaq üzrə idi. İndi bu şəxs mənə qızım olduğunu xəbər verdi». Həzrət buyurdu: «Yer onu saxlayar, səma başının üstünə kölgə salar, Pərvərdigar ruzisini verər. Qız övladı bir xoşətirli gül dəstəsidir ki, insan onu iyləyir». Sonra üzünü səhabələrə tutaraq buyurdu: «Bir qızı olan şəxs onu tərbiyə etmək, qorumaq, cehiz hazırlamaq, toy etmək və kimə vermək kimi problemlərlə qarşılaşır. Sizi and verirəm Allaha, iki qızı olanlara kömək edin. Üç qızı olanlar cihad və bu kimi işlərdən azaddırlar. Ey Allah bəndələri! Dörd qızı olanların dadına yetişin. Ona borc verin, mərhəmət göstərin».(Vəsail, 21-ci cild, səh-365.)
Qız övladı o qədər əzizdir ki, həzrət Peyğəmbər (s) səhabələri qız atalarına kömək etməyə çağırır və onlara kömək etməyi ilahi bir vəzifə bilir.

İmam Sadiqin (ə) dövründə bir kişi qız atası olmuşdu. İmamın yanına gəldikdə, Həzrət onu narahat, əsəbi halda görüb buyurdu: «Əgər Allah sənə vəhy edərək, «Ey mənim bəndəm! Mən sənin Rəbbinəm. Sənin seçimini mən edim, yoxsa mən ola-ola sən özün seçirsən?» desəydi, nə cavab verərdin?» Qız atası dedi: «Deyirdim ki, ey mənim Pərvərdigarım, mənim seçimimi sən et». İmam buyurdu: «Mehriban Tanrı sənin üçün qız seçib. Həzrət Musa ilə Xızrın görüşünü yadına sal. Xızr peyğəmbər Allahın əmri ilə o ailənin məsləhətinə görə uşağı öldürdükdə, Musaya dedi:
«Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik»[(Kəhf» surəsi, ayə 81.)
Həzrət Xızr (ə) o uşağı öldürdükdə, Musa (ə) etiraz etdi. Xızr dedi: «Allah onlara bu uşaqdan yaxşısını verəcək». Allah-təala həmin ailəyə bir qız uşağı bəxş etdi. Onun nəslindən yetmiş peyğəmbər dünyaya gəldi».(Kafi, 6-cı cild, səh-6; Vəsail, 21-ci cild, səh-364.)
İmam Sadiq (ə) buyurur: «Qız uşaqları yaxşılıqdırlar. Oğlan övladları isə Haqqın nemətidirlər. Yaxşılıqlara görə savab verər, nemətdən isə hesab çəkərlər», «Qızının ölümünü istəyən şəxs qiyamət günü asilərdən biri kimi Allahın hüzuruna gətirilər».(Həmən mənbə)
Merac gecəsi Allah-təala öz elçisinə buyurdu: «Qızı olanlara de ki, qız valideynləri olduqları üçün hövsələsizlik etməsinlər. Onları necə yaratmışam, eləcə də ruzilərini verəcəyəm».(Həmən mənbə)
Həzrət Peyğəmbər (s) buyurur: «Allah qıza oğlandan daha mehribandır. Qızının sevinməsinə bais olan şəxsi Allah qiyamət günü sevindirəcək»;(Vəsail, 20-ci cild, səh-367.) «Sizin ən yaxşı övladınız qızlardırlar»;(Bihar, 104-cü cild, səh-91.)«Üç qızını və ya üç bacısını himayədarlığa götürən şəxsin behiştə daxil olması vacibdir». Soruşdular: «Bəs bir nəfəri himayədarlığa götürsə necə?» Həzrət buyurdu: «Yenə də vacibdir».(Vəsail, 21-ci cild, səh-368.)
O həzrət başqa bir hədisdə buyurur: «Bazara daxil olaraq bir töhfə alıb onu öz ailəsi üçün aparan şəxs ehtiyaclı bir qövm üçün sədəqə aparan şəxsə bərabərdir. (Töhfəni) qızlarına oğlanlarından öncə verməlidir. Çünki, həqiqətən, qızını sevindirən şəxs İsmayıl övladlarından bir qul azad etmiş şəxsə bərabərdir».(Bihar, 104-cü cild, səh-69.)
Olduqca maraqlı bir rəvayətdir. Tarix boyunca heç bir mədəniyyət qız övladına sahib olmağı bu şəkildə müdafiə etməmişdir. Əksinə olaraq, qadın və qızların vəziyyəti müxtəlif qəbilə və millətlərdə acınacaqlı olmuşdur. Bu, həzrət Peyğəmbərin (s) yorulmaq bilməyən səyi və zəhmətidir ki, qadın mövzusunda belə bir inqilab yaratmışdır.
Bundan da maraqlı Rəsuli-əkrəmin (s) aşağıdakı rəvayətidir. O həzrət buyurur: «Övladlarınızı uşaq olduqları üçün ağladıqlarına görə vurmayın. Onların ağlamağı mənasız deyil. Onların ağlamaları dörd ay əvvəldə Allahın birliyinə şəhadətdir. İkinci dörd ayda Peyğəmbər və onun ailəsinə salamdır. Üçüncü dörd ayda isə ata-anası üçün duadır».(Bihar, 60-cı cild, səh-381.)
Buna görə də Allahın yeganəliyinə şəhadət verəni, Peyğəmbər (s) və onun ailəsinə salam göndərəni, valideynləri üçün dua edəni vurmaq olmaz. Əksinə, ağladığı üçün onu qorumalı və sevgini ondan əsirgəməməlisən.
Bu mühüm rəvayətə nəzər salaq: «İmam Sadiqin (ə) səhabələrindən olan Səkuni deyir: «Qəmgin halda imam Sadiqin (ə) yanına getdim. İmam «Səkuni, nə üçün belə qəmginsən?»-deyə soruşdu. Dedim: «Qızım olub». Həzrət buyurdu: «Yükünü yer daşıyır, ruzisini Allah verir. Yaşadığı zaman sənin yaşadığın zamanla fərqlidir. O öz ruzisini yeyir». And olsun Allaha (bu sözlərdən sonra) qəmim, qüssəm göyə sovruldu». Sonra İmam soruşdu: «Onun adını nə qoymusan?» Mən «Fatimə»-deyə cavab verdim. Həzrət üç dəfə dərindən ah çəkdi. Sonra əlini alnına qoyaraq, ah çəkməyinə davam etdi. Sonra buyurdu: «İndi ki, adını Fatimə qoymusan, onu söymə, döymə, ondan mərhəmətini əsirgəmə».(Kafi, 6-cı cild, səh-48; Məkarimül-əxlaq, səh-220; Vəsail, 21-ci cild, səh-482.)
Həzrət Peyğəmbər (s) buyurur: «Qızı olan şəxs onu özündən bezdirməsin, acılamasın, oğlanlarını ondan qabağa keçirməsin. Əgər belə edərsə, Allah onu behiştə daxil edər»;[(İzdivac dər İslam, səh-136.) «Bir qızı olan şəxsin savabı min həccin, min cihadın, min qurbanlığın və min qonaqlığın savabından çoxdur».(Həmən mənbə.)

H
aqq-təala müqəddəs varlıq olaraq yerin və göyün maliki, qadir, alim, rəhman və rəhimdir. Onun Öz bəndələri haqqında iradəsi onlara olan lütfü, eşqi və mərhəmətidir. Onun bəndəsi üçün istədiyi hər bir şey bəndəsinin dünya və axirətinin xeyrinədir. Bəndəsi onun iradəsinə, ədalətinə təslim olmalıdır. Bu təslimolma ənbiya və övliyaların əxlaqi xüsusiyyətlərindən biri kimi ən böyük ibadətdir.

Nigar | 15 fevral 2014 16:36 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: Gulya_93
Allah her kese xeyirli ovlad qismet etsin. Amin

Gulshen. | 12 fevral 2014 15:29 | Status: Qonaq | Şərh: 0
Ovlad ovladdir teki cani sag olsun, qusursuz olsun
OLUM MELEYI | 2 dekabr 2013 19:48 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRR
mehimim | 29 may 2013 06:19 | Status: VİP user | Şərh: 663
ALLAH HAMIYA XEYIRLI OVLAD QISMET ETSIN.QIZ OGLAN FERQI YOXDU QIZLAR VAR MIN KISIDEN QEYRETLIDI.
FLOVERandGİRL | 29 may 2013 04:26 | Status: Professional user | Şərh: 3 251
1-ci sirin usaqdi
selenay | 25 mart 2013 16:22 | Status: Professional user | Şərh: 1 466
ayala neec sirin qizdilar bunlar allah hərkəsin ovladini qorusun amin
Saida Kerimova | 20 mart 2013 12:20 | Status: Professional user | Şərh: 1 672
Qız övladı dünyaya gəldikdə əsəbiləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə, elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük günah və axmaqcasına atılan bir addımdır.
Sitat: GozelВ Melek
menim 1 qizim var,Allah haminin balasini saxlasin,menimkiler de daxil olmaqla.Amin!

Amin!!!
Gozel Melek | 3 mart 2013 20:09 | Status: Gümüş user | Şərh: 1 531
menim 1 qizim var,Allah haminin balasini saxlasin,menimkiler de daxil olmaqla.Amin!
RaySum | 24 yanvar 2013 14:33 | Status: Professional user | Şərh: 2 594
Peygemberimiz Muhemmed(sav)buyurmusdur ki,ovladlarinizi opende de aralarinda ferq qoymayin
H.Fidan. | 15 yanvar 2013 09:50 | Status: Şərhçi | Şərh: 205
Valideynler ovladlari arasinda ayriseckilik edirler.cox vaxtda oglanlari ustun tuturlar,bu AllAHA xos getmir.Peygemberimiz Muhemmed(sav)buyurmusdur ki,ovladlarinizi opende de aralarinda ferq qoymayin.
Malyaska | 14 dekabr 2012 00:17 | Status: Şərhçi | Şərh: 119
menim 2 qizim var,Allah haminin balasini saxlasin,menimkiler de daxil olmaqla.Amin!
seltenet | 25 noyabr 2012 19:31 | Status: Qonaq | Şərh: 0
menim 3 yasinda bir oglum var.Yeniden ana olmaga hazirlasiram.Cox arzusundayamki qizim olsun.Allahdan qiz ovladi dileyirem.Amin.

Menim 3 yasinda bir oglum var.Yeniden ana olmaga hazirlasiram.Allahdan dileyiremki qizim olsun.Amin.
Gulya_93 | 8 oktyabr 2012 13:44 | Status: Şərhçi | Şərh: 209
Allah her kese xeyirli ovlad qismet etsin. Amin
cucem. | 30 sentyabr 2012 16:28 | Status: Professional user | Şərh: 4 415
QIZLAR NEMETDIR OGLANLAR BEREKET
HEYATIM | 9 sentyabr 2012 21:25 | Status: Professional user | Şərh: 2 110
qiz veren allaha qurban olum resimlerde cox gozeldiii
azeri_oglu | 8 sentyabr 2012 14:43 | Status: Gümüş user | Şərh: 2 243
qizi verene sukur
TATLI GUZEL | 1 sentyabr 2012 11:23 | Status: Professional user | Şərh: 5 781
Ayyyy beu balacalar ne sirindi
Vetenperver | 28 avqust 2012 20:41 | Status: Professional user | Şərh: 6 700
Yaxşı ana qız oğlan övladına fərq qoymaz.Dünyaya uşaq gətirdiyindən sonra onun üçün fərqi olmalı deyil bu qızdır ya oğlan.
P.S | 28 avqust 2012 20:19 | Status: VİP user | Şərh: 995
Qiz oguldan ustun ovladdi
seker_kiz | 18 avqust 2012 10:19 | Status: Şərhçi | Şərh: 200
Bütün xanımlara nəsib olsun ALLAHın izniylə...
Qız övladını sevməmək mümkün deyil...Çünki Qadın bəşər övladının anasıdır...Hələ ki, Peyğəmbərimizin(s.ə.s) qız övladına verdiyi dəyər bu qədər böyükdürsə...
nurashka | 17 iyul 2012 08:27 | Status: Qonaq | Şərh: 2 167
Sitat: Damla
Onda senin 4 dene qizin olacaq 100 faiz.Ozunde qizsan adam ela demaz.qiz oglan ne ferqi varki??Niye istemezsen ozun kimi bir qizin olsun???

VAY VAY QARGIW ELEME ALLAH YAZDISA POZSUN DELISEN SEN ONLARI SAXLAMAQ VARE.... :n11: OZUM KIMI QIZ?NE BILIME BELKE DE ISTEYEREM AMMA OGLAN YAXSIDI..QIZIM OLSA TEZ NENE OLACAM ONU DA ISTEMIREM :n3: MEN DEMIWEM DE 9 OGUL ANASI OLACAM FUTBOL KOMANDASI XEXE :n33:
Damla | 17 iyul 2012 08:19 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: nuraşka
YEQIN MEN DE ANA TEREFIME CEKMIWEM BU MESELEDE

Onda senin 4 dene qizin olacaq 100 faiz.Ozunde qizsan adam ela demaz.qiz oglan ne ferqi varki??Niye istemezsen ozun kimi bir qizin olsun??? :n10:
nurashka | 17 iyul 2012 08:10 | Status: Qonaq | Şərh: 2 167
MENIM ATA TEREFIMDE OGLANDAN COX QIZI COX ISTEYIRLERE...AMMA SEBEBINI DE BILMIREM NIYE?QIZ OLANDA DAHA COX SEVINIRLER..AMMA ANA TEREFIM OGLAN XESTESIDI...YEQIN MEN DE ANA TEREFIME CEKMIWEM BU MESELEDE :n3:
OZ_DUNYAMIZ | 17 iyul 2012 07:49 | Status: Gümüş user | Şərh: 1 205
Sitat: G-----16
Menim atam da men olarken pis olub ki men niye qiz olmusam amma men dogulandan sonra pis xeste olmusam inanin ki indi atamin ureyi gedir menimcun mennen bir yas balaca qardasim var inanin ki ondan da cox men istiyir belke de

SEN SIRIN SEKERSENDEEE
AMMA ATAM MENIDE YAMAN COX ISTEYIREE
Zehra_canem | 7 iyul 2012 18:59 | Status: Qonaq | Şərh: 0
Allah razi olsun