Həyat tərzi / Maraqlıdır

Hamilə qadınlarımızın körpə vətəndaşlığı

Aynur_Qurbanqizi | 3-06-2018, 18:00
1 208 3

 

Azər Qismət

Stüardessa əlindən gələni edir ki, hamilə qadına kömək etsin: qolundan tutub əyləşdirir, ona daha çox baş çəkir, su gətirir, həyacan keçirəndə ürək-dirək verir, amma cürətə gəlib soruşmur ki: "Siz bu vəziyyətdə hara gedirsiz?”. Hamilə Amerikaya gedir. Ona görə gedir ki, körpə Amerikada doğulsun. Körpə orada doğulan kimi avtomatik olaraq ABŞ vətəndaşlığını alır. Bizim gənc anamız yenidən Azərbaycana qayıdır.

Son illər Azərbaycandan olan hamilə qadınları müxtəlif ölkələrə uçan təyyarələrdə çox görürük. Biri seriallarının həvəskarı olduğu üçün Braziliyada uşağını dünyaya gətirmək istəyir, digəri ilk məhəbbətini tapdığı Avstriyaya uçur, başqa birisi dindar olduğuna görə Ərəbistana üz tutur, 80-ci illərin sonunda içimizdə azərbaycanlaşmış ermənilər Gürcüstana gedirlər. Ən azından axçilərinə yaxın olsunlar, nəinki burada uşaq dünyaya gətirsinlər. Belə hallar çoxalıb. Azərbaycanda uşaq dünyaya gətirməməyin səbəbini onun gələcəyinin xoşbəxt olması ilə əlaqələndirən valideynlər unudur ki, inkişaf etmiş ölkələrdə uşaq dünyaya gətirmək heç də həmişə üstünlük qazanmaq demək deyil. Beləliklə, vətəndaşlarımızın zülüm-zillətlə təyyarə göyərtəsinə qalxıb min bir həyacanla ucduqları ölkələrin üstün və qeyri-üstün cəhətləri hansılardır.

ABŞ

Bu ölkədə doğulanlar avtomatik olaraq ABŞ vətəndaşı sayılır. İstisna da var. Məsələn, uşağın valideynlərindən biri diplomat olarsa, yaxud səfirlikdə attaşe vəzifəsində çalışarsa, həmin körpə ABŞ vətəndaşı hesab edilmir. Siyahıya fövqəladə və səlahiyyətli səfirdən əlavə, nazir vəzifəsində çalışanların yeni doğulan körpələri, eləcə də BMT-də çalışan əməkdaşlar da daxildir. ABŞ vətəndaşlığı üçün okeanın o tayında doğulan körpə istənilən zaman qeydiyyatı rəsmiləşdirə bilər. Lakin ABŞ pasportunu almaq hələ xoşbəxtlik demək deyil. Orada yaşamaq, oxumaq və işləmək mümkündür, eləcə də vətəndaş ABŞ hökumətinin çətirinin altında təhlükəsizlik də əldə edə bilər. Vətəndaşın hüququ ABŞ Konstitusiyası ilə müdafiə olunur. ABŞ pasportu ilə dünyanın istənilən yerinə getmək mümkündür. O başqa məsələdir ki, hegemon dövlətin son illər dünyada apardığı siyasətə görə vətəndaşı necə qarşılanacaq. Səsvermə hüququna malik olur və deportasiyaya məruz qalmırsan.

Əmma ondan ibarətdir ki, ABŞ vətəndaşlığına sahiblənən şəxs dünyanın harasında yaşamağından asılı olmayaraq öz gəlirindən vətəndaşı olduğu ölkəyə vergi ödəməlidir. Məhz bu səbəbdən bəzi ölkələrin vergi məcəlləsindəki qaydalar amerikalının mənfəəti ilə uzlaşmadığından vətəndaşlıqdan imtina hallarına da rast gəlinir.

Doğuş ərəfəsində qadınların Amerikaya gedişi artıq biznesə çevrilib. Hətta bunun üçün turizm şirkətlərində ayrıca "doğuş üçün tur” paketi təklif olunur. Düzdür, konsulluq qaydaları qadının ABŞ-da körpə dünyaya gətirməsinə qadağa qoymur, lakin müəyyən çətinliklər yaranır. Ona görə də turizm şirkətləri bunu həmin ölkədə tibbi müayinə adı altında rəsmiləşdirirlər. Guya ana öz ölkəsinin səhiyyəsinə inanmır və etibar etmir, məhz bu sənəbdən müayinə üçün istədiyi ölkəyə üz tutur. Halbuki pərdənin arxasında doğuş dayanır. Konsulluq əməkdaşları hamilə qadınlara vizanı könülsüz şəkildə verirlər. Ana ona verilən anketdə öz Vətənini sevdiyini qeyd etməli, ABŞ-ın hansısa klinikasında müayinə üçün pulunun olub-olmamasını yazmalı, bank hesabındakı pulun məbləğini şəffaf şəkildə göstərməlidir. Burada digər məqamlar da var. Anketdə qadının ABŞ-da hansı müddətə qalacağı da qeyd edilməlidir. Əgər həmin müddətdən çox ABŞ-da qalınıbsa və məlum olubsa ki, qadın yalana əl atıb, onda ikinci dəfə viza alınmasında problemlər yarana bilər. Hətta konsulluq ABŞ-a gedişi qadağan edə bilər.

Keçək bəzi ölkələrdəki vəziyyətə.

BRAZİLİYA

Ərin baldıza, qaynatanın gəlinə, qardaşın gəlinbacıya tamah saldığı serialları və Rio karnavalını sevən azərbaycanlılar arasında doğuş üçün Braziliyanı seçənlər də az deyil. Körpə bu ölkədə doğularsa avtomatik olaraq vətəndaşlığa yiyələnir. Braziliya pasportu dünyanın ən yaxşılarından sayılır. Onun 146 ölkəyə vizasız gediş hüququ var. Adıçəkilən ölkənin vətəndaşlığının səciyyəvi xüsusiyyəti həm də ondan ibarətdir ki, cinayət törədən şəxs başqa ölkədə mühakimə oluna bilməz. Onu yalnız Braziliyada mühakimə etmək mümkündür. Həmçinin heç bir ölkənin hüquq-mühafizə orqanlarının cinayət törədərək Braziliyaya qaçmış braziliyalını tələb etməyə hüququ çatmır.

ÇİLİ

Körpənin Çilidə doğularaq avtomatik surətdə bu ölkənin vətəndaşlığına yiyələnməsi baş tutmasa da, sadəcə hökumətə müraciət məsələnin tezliklə həllini asanlaşdırır. Yəni, kiçik formal prosedur qaydasına əməl etməklə körpə Çili vətəndaşı ola bilər. Hazırda Çili Cənubi Amerikada iqtisadi güc mərkəzidir və vətəndaşın bütün ölkələrə, o cümlədən 2014-cü ildən etibarən ABŞ-a gediş hüququ var. Bundan başqa Çili Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Birliyinin üzvü olduğundan Çili vətəndaşı nəinki Cənubi Amerikada, eləcə də bütün dünyada biznes qurmaq üçün əlavə üstünlüklər qazanır.

KANADA

Körpəni Kanadada dünyaya gətirmək pis olmazdı. Bu, vizasız səyahət üçün çox yaxşıdır. Başqa ölkələrdə yaşayan kanadalı öz ölkəsinə vergi ödəmir. Təhsil yüksək səviyyədə, pulsuz tibbi xidmət. Bircə mənfi cəhəti iqlimindədir. Ağ ayılardan muğayat olun.

PANAMA

Bu ölkə dünyanın ən yaxşı tibb mərkəzi sayılır. Hətta ABŞ klinikaları Panamanın tibb ocaqları ilə müştərək layihələr həyata keçirir, daim təcrübəsi öyrənilir. ABŞ-da tibbi xidmətə görə yüksək xərc çəkməkdənsə, Panamada bu işi 2 dəfə aşağı qiymətə həll etmək mümkündür. Panama Konstitusiyasının 9-cu maddəsində yazılıb ki, bu ölkədə doğulan istənilən körpə Panama vətəndaşı sayılır. Onun valideynləri isə yalnız 3 ildən sonra vətəndaşlıq ala bilə bilərlər. Vergiyə gəlincə, Panama ABŞ-dan fərqli olaraq öz vətəndaşına dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq gəlirindən vergi ödətdirmir.

Ona görə də hamilə halda körpəsinə yalnız ABŞ vətəndaşlığı almaq üçün okeanın o tayına getməyə ehtiyac yoxdur. Məsləhətdir ki, dünyada hörmət qazanan ölkələrin vətəndaşlığını alasız. Yeri gəlmişkən, bizim bəzi azərbaycanlılar öz ölkələrinə mənfi münasibətdən uşağının pasportunda başqa ölkənin adını görmək istəyirlər. Yəni, belə hallar da olur. İstənilən halda hər bir vətəndaşın körpəsini harada dünyaya gətirməsi onun toxunulmaz hüququdur. Amma Viktor Hüqo da yaxşı deyib: "Körpənin hansı ölkədə doğulması o uşağın ağlının artımına gətirib çıxarmayacaq. Burda yalnız məkan dəyişir”.

Və sonda xəbərdarlıq. Düz 6 il bundan əvvəl İndoneziya vətəndaşı olan qadın körpəsini ABŞ-da dünyaya gətirmək üçün təyyarəyə minib. Birdən qadının ağrıları baş qaldırıb. Stüardessaların köməkliyi ilə qadın uşağı dünyaya gətirib. Lakin ananın arzusu gözündə qalıb. Düz 6 ildir ki, o, körpəsinə pasport ala bilmir. İstər ABŞ, istərsə də İndoneziya onun uşağına vətəndaşlıq vermir. Çünki o körpəni Sakit Okeanın üzərində keçərkən doğmuşdu. Bu isə neytral ərazi deməkdir.

Ona görə də dünyanın işini bilmək olmaz. Ki, ağrılar harada tutacaq.

Nigar_ | 17 oktyabr 2016 18:30 | Status: Professional user | Şərh: 2 124
Sakit Okeanin uzerinde usaq dunyaya getiren qadina cox guldum.Yaxsi olub ona))))

Duzdur heyat yoldasimin karyerasiyla bagli tez tez xarice gedirik aylarla qaldigimiz da olur amma vetenimi sevirem yaxinlarim qohumlarim dostlarim buradadir.Ovladlarimin Azerbaycan vetendasi olmasini daha ustun tuturam
guldeniz | 17 oktyabr 2016 17:51 | Status: Professional user | Şərh: 1 640
Sitat: B.Fereh
Maraqli melumat oldu,ehtiyacim olmasada.
B.Fereh | 17 oktyabr 2016 16:28 | Status: Nəzarətçi | Şərh: 6 971
Maraqli melumat oldu,ehtiyacim olmasada.