Həyat tərzi / Maraqlıdır

İBRƏTAMİZ HEKAYƏLƏRİ SİZLƏR ÜÇÜN HAZIRLADIM...

Mavish | 18-12-2011, 17:00
7 651 48
Bəzi insanlar vardır səhv edərlər sonra hər şeyin əvvəlki kimi çox gözəl olmasını istəyərlər və onun üçün "mən heç dəyişmədim" cümləsinə işlədərlər ... Buna toxunan gözəl bir hekayə var düşünməyi bacaranlara ...
Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış ... Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...
Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış ... Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.
Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş və ona "Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş" . Gənc qız bu təklifi rədd etmişdi.
Cavan "Mən heç dəyişmədim!" deyə qışqırmış. "Hələ də səni çox sevirəm ..." deyə davam etmiş ...
Gənc qız bir qədər düşünmüş və belə cavab vermişdir...
"Əgər heç dəyişmədinsə ... Bir gün yenə məni atıb gedəcəksən.....
."

Mən də hamı kimi sevdim. Amma bir neçə dəfə yox. Sadəcə bir dəfə...Bir az uşaqlıq, bir az şıltaqlıq, hər saniyəmizi birgə keçirmək istəyi ,ilk əl-ələ tutuşumuz,ilk utancaq öpüş, dəqiqələrlə uzun uzadı bir-birimizin gözlərində öz əksimizi görmək...
Bir gün "mən evlənirəm"- dedin və getdin. Söz verdim özümə bir daha sevməyəcəm deyə. Yalvardım Rəbbimə al bu hissləri içimdən deyə.... Həyat davam edir dedim.Ürəyimdə sən, beynimdə sən ,yuxularımda sən yaşadım. Heç vaxt məni tək qoymadın. Tanışımın hüzrü düşdü getdim başsağlığına. İçəri keçdim divarda sənin rəsmin. Qanım dondu, kəssələr qan axmazdı.Ümid etdim nə vaxtsa səni görəcəyimə.Amma belə qarşıma çixacağını düşünmədim. Gözümdən bir damla da yaş gəlmədi, çünki ürəyim ağlayırdı. Gözlərim rəsminlə danışdı : "Axı niyə yalan dedin ,niyə xətəliyini demədin, niyə evlənirəm dedin?
"Zaman hər bir dərdin çarəsidi "-deyirlər. Mənim yaralarıma çarə olmadı. Sənsiz keçən 27 il... Heç evlənmədim, səndən başqasını sevmədim. Haqqimda danışılanda "tənha qadın "-deyirlər. Mən tənha deyiləm sən varsan... Hər gün məzarına gəlirəm. Sən mənə gələ bilmirsən mən sənə gəlirəm. Artıq yaş da ötür gələcəm yanına həmişəlik. Ən maraqlısı odu ki , səni düşünəndə səni ən son gördüyüm geyimdə yaşda düşünürəm. Sanki yaşasan heç yaşlaşmayaqcaqsan eyni qalacaqsan...

 

Heç bezdinmi həyatdan?
Hər kəsdən, hər şeydən uzaqlara qaçmaq istədiyin anlar oldumu?
Yoruldunmu heç?|
Üzərindəki məsuliyyətdən, dərslərdən, işdən, yalan gülüşlərdən, bir-birinin ardınca gələn problemlərdən?
Heç tənha hiss etdinmi özünü? Dostlarının əhatəsində olarkən belə... Onların danışıqları, söhbətləri maraqsız və mənasız gəldimi sənə?
Bir səhifəni saatlarca oxumağa çalışdığın oldumu bəs? Gözün kitabda ikən düşüncələrin səni uzaqlara apardımı?
Sonra bu düşüncələrdən də qaçıb, heç kim və heç nə barədə düşünməmək istədinmi?
Həzin bir musiqini dinlərkən hönkürtü ilə ağladınmı heç?
Bir mahnının və ya şeir parçasının sözlərində özünü tapdığın oldumu? |
Gecələr balıncını göz yaşlarınla islatdınmı?
Yalan gülüşün nə qədər çətin olduğunu bildinmi heç?
Içindəki acını gizlədərək ətrafdakıların, hətta dostlarının belə “necəsən?” sualına “yaxşı, hər şey əladır” deyib yalandan güldünmü?
Güclü olmaqdan, güclü görünməkdən yoruldunmu heç?
Içindəki acını hər kəslə paylaşıb, gözyaşlarını gizlətmədən axıtmaq, əslində nələr yaşadığını, nə qədər qırıqqəlbli biri olduğunu söyləmək istədiyin anlar oldumu bəs?
“Olmaz, bu da keçib gedər” deyib daha bir yalanla aldatdınmı özünü? Bir gün bu yalanına da inanmadığında həyatdan bezdinmi?
Içində keçib getmək bilməyən o acı ilə bitib tükəndinmi heç?
Yeganə çıxış yolu ölümdür dediyin necə, oldumu? “Yox, bu böyük bir günahdır” deyib, “ həyat gözəldir” deyə yaşamağa davam etdinmi
Amma... Bir gün həyatın heç bir gözəlliyini duymadığını, hər şeyə həvəsinin öldüyünü, sənin üçün hər şeyin maraqsız və mənasız olduğunun fərqinə vardınmı?
Üzərində yorğunluq hiss etdinmi? Günah olduğunu belə unudub yenidən intiharı düşündünmü? Buna cəhd etdinmi?
Siz bunları yaşadınızmı? Mən bunları hərg ün yaşayıram...

Bir gün sevgilisi ile söhbet edən qadın ondan belə bir sual soruşur:
Qadın: Məni niye çox istəyirsən?.. Məni niye sevirsen?...
Kişi: Mən sənə səbəb deyə bilməyəcəm… amma mən həqiqətən də səni… sevirəm
Qadın: Sən heç səbəbini də bilmirsən, bəs necə deye bilirsən ki, məni çox istəyirsən, məni çox sevirsen?
Kişi: Mən doğrudan da səni niyə sevdiyimi söyləyə bilmirəm, ancaq bunu sənə sübut edə bilərəm...
Qadın: Sübut?! Yox buna ehtiyac yoxdu. Mən səndən sadəcə səbəbini soruşuram. Mənim dostumun sevgilisi ona nəyə göre sevdiyinin səbəblərini deyə bilir, ancaq sən… yox.
Kişi: Yaxşı,yaxşı, Mən səni sevirəm Ona görə ki, sən gözəlsən.Ona görə ki sən şirinsən. Sən qayğıkeşsən.çünki sən sevimlisən.Ağıllısan.Sənin təbəssümün....Hərəkətlərin...

Bu cavablardan sonra qadın özünü rahat hiss etdi.
Bədbəxtlikdən bir neçə gün sonra qadın qəza keçirir ve koma vəziyyətinə düşür
Və bundan sonra kişi onun yanına üzerinə aşağıdakılar yazılmış bir vərəq qoyur:

"əzizim səni şirin səsine göre sevdiyimi demişdim, indi sənin şirin səsin varmı? Yox! Buna görə də mən seni sevə bilmərəm. Qayğıkeşliyine görə səni sevirəm. İndi sən bunu göstərə bilirsən? Xeyr! Buna görə də mən səni sevə bilmərəm.Təbəssümün və hərəkətlərin səbəbinden səni sevirem. İndi sən təbəssüm edə bilirsən? İndi sən hərəkət edə bilirsən? Xeyr. Buna görə də mən səni sevə bilmərəm.Əgər səni sevməyim üçün bir səbəbə ehtiyac vardırsa. Onda mənim səni indi sevməyim üçün heç bir səbəb yoxdur.Sevginin səbəbə ehtiyacı var?Xeyr!!!

Buna göre də mən səni hələ də sevirəm.Həqiqi sevgi heç bir zaman ölmür çünki sevgi nə zamansa yox olan ehtiras deyil.
Sevgi bir ömür boyu bağlayır… amma ehtiras sadəcə...
Bir adam, dostunun qapısına gəlib, qapısını döyür.İçəridən gələn səs:
-"Qapını döyən kimdir"-deyə soruşur.
Adam:
-MƏNəm, deyə cavab verən kimi, dostu "Get, indi vaxtı deyil, sonra gəl deyir".
Adam, qapıdan uzaqlaşır və bir il dostunun həsrətiylə yanıb alovlanar. Bir ilin sonunda dostunun qapısına təkrar gəlir. Rədd edilmə qorxusuyla qapını döyür.
İçəridən gələn səs:
-Kimdi?-deyə soruşur. Adam:
-SƏNəm, deyə cavab verir.
Dost, digərini içəri dəvət edir:
-"Madam ki MƏNsən, içəri gir. Ev dardı, iki adam sığmır",deyir.

Hansımızın SƏNəm deyə biləcəyi, ruhunu birləşdirə biləcəyi bir dostu var? Hansımız MƏNini SƏN etməyi bacara bildi? Həmişə MƏNlərimizlə davranırıq. Çox sevdiyimizi söylədiyimiz halda SƏNəm deyə bilmirik sevdiyimizə. Ya sevgimizdə bir problem var ya da MƏNimizdə. Əgər sevdiyimizlə SƏN ola bilsəydik, arada məsafələr olsa belə SƏNimiz həmişə yaxın olardı. Buna görə "gözdən iraq olan könüldən də iraq olar" sözü, SƏN ola bilməyən MƏNlər üçün doğru ola bilər.SƏN olmağı bacara bilsəydik maddi məsafələrin bir əhəmiyyəti olmaz, gözümüzdən iraqlıq, könülümüzdəki iraqlığa mane olardı.
"Gerçək eşq" də əslində budur. SƏN-MƏN deyil, sevdiyimizlə bir olmaq.
Bir gül suya vurulur. Fikrini suya bildirir. Deyir ki, su mən səni sevirəm.Suda cavab verir ki, məndə səni və başlayırlar görüşməyə. 
Günləri maraqlı keçir. Hər sudan görüşəndə gül suya səni sevirəm deyir.Suda cavabında məndə səni deyir.
Bir müddət keçir gül fikir verir ki, suyun başı çooox qarışıqdı. Görüşə gələndə suya deyir : Su mən səni ölümünə sevirəm, sənsiz yaşıya bilmərəm ! Suda əsəbi halda cavab verir: Məndə səni. Axı nə qədər demək olar ? Gül məyus halda evə gəlir və sudan bir daha danışmamağını özünə söz verir. 
Bir neçə vaxt sonra suya deyirlər ki, gül xəstəxanadadı. Su tələsik ora gedir. Çatanda görür ki, həkim gülün yanında oturub, soruşur : Həkim gülün harası ağrıyır ? niyə xəstələndi ? 
Həkim cavab verir : Gülün heç bir yeri ağramırdı, o artıq həyatda yoxdu. Canını tapşırdı çünki, o susuz yaşaya bilmədi..
Bəs sonra? (ibrətamiz hekayə)

Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:
“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.”
“Bəs qalan vaxt nə iş görürsən?”
“Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var.”
Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm istəyirsənsə sənə kömək edə bilərəm” dedi. Sonra da tövsiyələrinə başladı:
“Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük bir qayıq almalısan.”
“Bəs sonra?”
“Sonra tutduğun balıqları alverçiyə satmaq əvəzinə konserv fabriklərinə birbaşa özün satmalısan. Nəhayət öz kosnerv fabrikini qurmalısan. Beləcə həm malı, həm malın emalını, həm də satışını öz nəzarətində saxlayarsan. Təbii ki, bunun üçün sahildə yerləşən bu kiçik qəsəbədən böyük şəhərə köçməlisən. Sonra daha böyük şəhərə köçməli və işini böyütməlisən.”
“Bu işlər nə qədər vaxt aparar?”
“15-20 il”
“Bəs sonra?”
Biznesmen gülümsəyərək cavab verdi:
“İşin ən gözəl hissəsi bundan sonra başlayır. Vaxtı çatanda şirkətinin səhmlərinin bir hissəsini xalqa satırsan və bu yolla milyarder olursan.”
“Hmm…bəs sonra?”
“Sonrası məlumdu də, təqaüdə çıxırsan. Təqaüdə çıxdıqdan sonra sahildə yerləşən kiçik bir qəsəbəyə köçürsən. Orada nəvələrinlə oynayır, günortalar yatır, həyətində olan bağda işləyir və dostlarınla söhbətləşirsən.”
Balıqçı bu sözləri dinlədikdən sonra biznesmenə ömür boyu unutmayacağı bu sözləri dedi:
“Sizin dediyiniz bu sakit və xoşbəxt həyatı mən indi, yəni gəncliyimdə yaşayıram. Bunun üçün illərlə gözləmək nəyə lazımdır?”


ESMERRi | 21 mart 2016 18:53 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: zoluwka
hec heyatdan bezdinmi-hemde nece.ancaq ne edek heyat menden bezmir,
yaxwi cavab verib cunki insan ne zaman ecelin geldiyini bilmir ona gore ozumuze ve sevdiklerimize vaxtayiraq dunya mali dunyada qalir
Nigar | 4 fevral 2014 21:11 | Status: Gümüş user | Şərh: 6 064
tewekkurler..............
aysu tuncay | 20 yanvar 2013 05:22 | Status: Şərhçi | Şərh: 212
:n10:
zoluwka | 31 oktyabr 2012 04:48 | Status: Professional user | Şərh: 3 172
hec heyatdan bezdinmi-hemde nece.ancaq ne edek heyat menden bezmir,
yaxwi cavab verib cunki insan ne zaman ecelin geldiyini bilmir ona gore ozumuze ve sevdiklerimize vaxtayiraq dunya mali dunyada qalir
nergiz_zz | 15 avqust 2012 13:59 | Status: Professional user | Şərh: 3 815
MARAQLI HEKAYƏLƏRDİ.ƏLLƏRİNİZ AĞRIMASIN....TƏSİRLƏNDİM..