Həyat tərzi / Maraqlıdır

Saatların irəli-geri çəkilməsi bizə nə qazandırır?

Lale Mehrali | 13-12-2011, 13:00
3 747 42

 

 

Yay və qış vaxtına keçidin mənfi və müsbət tərəfləri nələrdir?

Hər il iki dəfə saatlarımızı irəli-geri çəkməyə artıq adət etmişik. Yaz-qışrejimində saatlarımızı bir saat irəli və ya geri çəkməklə fəsillərləayaqlaşmağa çalışırıq. Amma bu rejim getdikcə, dünya ölkələrində ləğv edilir. Son məlumatlara görə,30-dan artıq ölkədə yay-qış rejiminə keçid dayandırılıb.

 

 Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya, Özbəkistan, Türkmənistan, Tacikistan da bu tətbiqetmədən imtina edib. Qonşumuz Gürcüstan da bu barədə addmını atdı və bu uyqulamanı ləğv etdi. Bu günlərdə Rusiyada da ləğv edilən saatların çəkilməsi məsələsi bizim ölkəmizdə də müzakirəedilir.

Saat çəkimi qəfil ölümə səbəb ola bilərmi?

Bu barədə dünya şöhrətli həkim və psixoloqların mənfi rəylərini xarici mətbuat kifayət qədər yazsa da, bizim bəzi həkimlər, psixoloqlar qətiyyətlə bildirir ki, saatların irəli-geri çəkilməsi insan orqanizminə heç bir zərər vermir. Amma bəzi sağlıq keşikçiləri bildirir ki, bu prosesi tətbiqetmə həqiqətən də insana zərər verir.

"Yeni saat rejiminə adaptasiya olma əsəb, ürək problemləri olan insanlara pis təsir edir"

Fizio-teropevt Afaq Şeyxova saatın irəli-geri çəkilməsinin insanların səhhətinə kifayət qədər mənfi təsir etdiyini deyir: "Saatların irəli və ya geri çəkilməsi insanlara olduqca pis təsir edir, onların gündəlik, adət etdikləri rejim dəyişir. Daha çox bu uyğulamadan ürək xəstəliyi olanlar, yüksək təqyiqli insanlar, qan-damar xəstələri zərər görür. Bizə saat uyğulamaları dəyişdirildiyi günlər ən çox beləxəstələr müraciət edir və bu barədə şikayətlənir”.


Mütəxəssisəqrəblərin irəli və ya geri çəkilməsinin uşaqlar və yaşlılar arasında yuxu pozğunluğuna, stessə və immun sistemində mənfi dəyişikliyə səbəb olduğunu da bildirir. Saatların irəli-geri çəkilməsinin ləğvini dəstəkləyən Afaq Şeyxova deyir ki, yeni rejimə adaptasiya olma prossesi bir neçə günə, bəzən daha uzun müddətə mümkün olur.
Bu da əsəb, ürək kimi problemləri olan xəstələr üçün heç də yaxşı deyil: “Əminliklə deyirəm ki, sadaladığım xəstələrin həmin günlərdə keçirdiyi stress,əsəb və gərginlik infarktın əlamətləridir və sonu da bu cür olur. Bu, daha çox payız uyğulaması zamanı baş verir. Oktyabrda qış vaxtına keçəndə bu tip xəstələrdə gərginlik birə-on artıq. Çoxları təsdiqləyəbilər ki, qış vaxtına keçid ərəfəsində infarkt və qəfil ölümlərin sayıartır. Fikrimcə, bu tətbiqetməni ləğv etmək ən doğrusudur”.

Saatların çəkilməsinin ləğvi ölkəmizdə də gerçəkləşə bilər

Qeyd edək ki, yay və qış vaxtına keçilməsi bizim ölkəmizdə Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq yerinə yetirilir. Hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə ölkəmizdə yay vaxtına keçilir.


Oktyabr ayının sonuncu bazar günü isə əqrəblərin bir saat geriyə çəkilməsi ilə isə yay vaxtı ləğv edilərək qış vaxtına keçirik. Bir çoxlarımızın dəstəkləmədiyi, saatların irəli-geri çəkilməsi ilə həyatımızın alt-üst olduğunu düşündüyümüz bu uyğulama gərəklidirmi?
Azərbaycan hökumətinin yaxın günlərdə bu məsələyə baxacağı da gözlənilir. Ölkəmizdə yay və qış vaxtına keçidin ləğvinin gerçəkləşdirlilməsi dəmümkündür.


Nazirlər Kabineti 1981-ci ildən indiyədək ölkəmizinərazisində yay və qış vaxtına keçid tətbiqetməsi həyata keçirir.İndiyədək qaydanın ləğvi barədə heç bir müzakirə aparılmayıb. Yalnız bir dəfə- 1992-ci ildə ölkəmizdə saatların irəli və ya geri çəkilməsi həyata keçirilməyib.

Saatların irəli-geri çəkilməsi iqtisadiyyata dəstək verir?

Saatların irəli-geri çəkilməsinin tətbiqi və bununla da gün işığından daha çox faydalanmaqla iqtisadiyyata dəstək vermək olarmı? Son günlər bu barədəçox danışılır. Hətta Türkiyədə aparılan hesablamalarda belə bir nəticəyə gəlinib ki, saatların irəli-geri çəkilməsi enerjiyə qənaət üçün ən yaxşı üsuldur.

Türkiyə Enerji Nazirliyində aparılan bir hesablamada bu uyğulamanın hər il 600-700 milyon kilovat elektrik enerjisinə qənaət üçün stimul verdiyi bildirilib. Amma yerli əhali saatların irəli-geri çəkilməsi yerinə iş saatlarının dəyişməsinin tərəfdarıdır.


Birinci Dünya Müharibəsi ərəfəsində bir çox ölkəsaatlarını ilin müəyyən aylarında yenidən nizamlamağa başladı. Bunun məqsədi günün işıqlıq saatlarını, insanların oyaq olduqları zamana uydurmaq, bu səbəbdən evlərdə və küçələrdə yanan lampalar üçün lazım olan enerjiyə qənaət etmək idi.


ABŞ-da qış aylarında standart zaman, yaz-yayda isə gün işığı ilə qənaət üçün gərəkli zamanı tətbiqi konqres qərarı olaraq qəbul edilib, amma buna baxmayaraq bəzi əyalətlər bu tətbiqi rədd edib. Bu əyalətlərdə hələ də standart yaz-qış zamanıtətbiqi davam etməkdədir.


Saatların irəli çəkməsinin qış mövsümü ilə, geri çəkilməsinin isə yazla əlaqəsi yoxdur. Qış aylarında standart zaman tətbiq olunur. Hava qaraldımı, insanlar dincəlməyə, yatmağa ehtiyac duyurlar. Ancaq yaz günlərində günün çox hissəsinin işıqlıolması səbəbi ilə bu müddətin başlanğıcını irəli sürüşdürərək, axşam olma müddətini bir saat uzatmaq ağıllı fikirdir. Daha dəqiqi günü uzatmaqla və təbii işıqdan-Günəşdən istifadə etməklə həqiqətən dəqənaət etmiş oluruq..//milli.az

Lalə Mehralı


Gulshen. | 20 fevral 2014 11:25 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 18 fevral 2014 16:14 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Seninle sevgi
satlar cekilmese yaxsi ola

Qanad | 5 oktyabr 2013 10:29 | Status: Yazar | Şərh: 4 357
Legv olunsa yaxsidir
Mickey Mouse | 26 may 2013 16:41 | Status: Professional user | Şərh: 4 008
Uff ireli geri cekildikce ureyimiz de hele olur.
ayruska | 22 may 2013 20:49 | Status: Professional user | Şərh: 3 978
cekilmesi ne mena verir eee guya enrjiye denaet edirlerrrr
Girl | 30 yanvar 2013 16:27 | Status: Professional user | Şərh: 8 206
mene saatlarin ne ileri nede geri cekilmesi hec biri serf etmir onsuzda her seher durub eyni vaxtda mektebe getmeliyem. :n46:
Seninle sevgi | 5 yanvar 2013 15:04 | Status: Şərhçi | Şərh: 155
satlar cekilmese yaxsi olar