Həyat tərzi / Maraqlıdır

Şəhid anası: 4 oğlum sağdır, 4 oğlum Pəncəlinin qanını yerdə saxlamaz – VİDEO

Banu. | 12-04-2016, 11:57
3 160 7

 

"Fəxr edirəm öz oğlumla”.

4 günlük müharibədə dünyasını dəyişən şəhidlərimizin həyatı ilə maraqlananda onların həqiqətən də təsadüfi insanlar olmadığını, vətən uğrunda candan keçməyə artıq uşaqlıqdan mənən hazır olduqlarını görürük. 

Astaradan şəhid olan igid oğul Pəncəli Teymurov da 2 il əvvəl öz toyunda bu sözləri deyibmiş:

"Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin".

Qəhrəman şəhid 2 il öncə çaldırdığı toyunda səsləndirdiyi arzusuna artıq qovuşub. Doğulduğu ucqar kəndə, el-obasına üçrəngli bayrağımıza bükülü tabutda qayıtdı Azərbaycan ordusunun hərbi qulluqçusu  Pəncəli Nurmməmməd oğlu Teymurov.

Uşaqlıqdan zabit olmaq həvəsində olub. Bu arzu ilə də Azərbaycan ordusuna yazılıb. 17 il orada xidmət edib. Bu gün isə doğulduğu ocağa qəhrəman kimi, şəhid kimi, igid əsgər kimi döndü. Bircə təsəlli yerimiz var - ölümün qolları güclü olsa da, vətən məhəbbəti güclüdür onda.

Lələ təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Pəncəli ilə son vida görüşündə bütün Astara iştirak edirdi. Hər kəs Azərbaycan ordusunun layiqli əsgəri, ölkə başçısı tərəfindən 2015-ci ildə "İgidliyə görə" medalı və bir sıra döyüş mükafatları ilə təltif olunmuş şəhidə son borcunu vermək istəyirdi.

Azərbaycan bayrağını bağrına basan şəhid atası dərd belini büksə də vüqarını sındırmadı, "Vətən sağ olsun!" - dedi.

Şəhidin anası Vahimə Ağayeva isə oğlunun qanının yerdə qalmayacağını deyib: "Mənim oğlumun qanı yerdə qalmayacaq. 5 oğul böyütmüşəm. 1-i qurban gedib. 4-ü sağdır. 4 oğlum onun qanını yerdə saxlamaz. Fəxr edirəm öz oğlumla".

Həmçinin şəhidin qardaşı Famil Teymurov bütün şəhidlərin qisasını alacaqlarını deyir: "Düşmən sevinməsin ki, mənim qardaşımın qanı yerdə qalacaq. Biz bütün şəhidlərin qisasını alacağıq onlardan".

Bundan sonra 2-ci Qarabağ savaşından söz düşəndə, yəqin ki, Astaranın ucqar dağ kəndi olan Əzərüdün adı da iftixarla çəkiləcək. Azərbaycan ordusunun giziri, 35 yaşlı Pəncəli Teymurovun qısa, lakin mənalı həyatı, igidliyi, şəhid ölümü bahasına.

oxu.az



SEVDA | 13 aprel 2016 10:41 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah rehmet etsin...
Hali | 12 aprel 2016 23:31 | Status: VİP user | Şərh: 484
Çox duzgun yazmisiniz
Sitat: dılay
Balalarini xariclere qaciran nazirler,millet vekilleri baxib utansinlar bu anaya.Bilmmek olmaz onler hansi werairde olecekler..Gotur qoy etsinler gorsunler ki,hansi olum daha wereflidir..Onlarca kasib ailede dogulub boyuyen,wehid olan bu ogullarin hesabina gezirsiniz bu torpaqda ay pulunu balta kesmeyenler...Utanin.
ESMERRi | 12 aprel 2016 21:07 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: dılay
Balalarini xariclere qaciran nazirler,millet vekilleri baxib utansinlar bu anaya.Bilmmek olmaz onler hansi werairde olecekler..Gotur qoy etsinler gorsunler ki,hansi olum daha wereflidir..Onlarca kasib ailede dogulub boyuyen,wehid olan bu ogullarin hesabina gezirsiniz bu torpaqda ay pulunu balta kesmeyenler...Utanin.
GULYA-N | 12 aprel 2016 20:55 | Status: VİP user | Şərh: 758
Bele igid cesur oğullar sayesinde bu gün sağıq yaşayırıq.Allah bütün şehidlerimize rehmet etsin ruhları şad olsun.Bele analarında qarşısında baş eyirik.Bezi dövlet memurlarında varlı kişiler bele şehid anaları qeder şerefli cesur deyiller
dılay | 12 aprel 2016 16:03 | Status: Brilliant user | Şərh: 8 182
Balalarini xariclere qaciran nazirler,millet vekilleri baxib utansinlar bu anaya.Bilmmek olmaz onler hansi werairde olecekler..Gotur qoy etsinler gorsunler ki,hansi olum daha wereflidir..Onlarca kasib ailede dogulub boyuyen,wehid olan bu ogullarin hesabina gezirsiniz bu torpaqda ay pulunu balta kesmeyenler...Utanin.
BULUTUM | 12 aprel 2016 14:35 | Status: Professional user | Şərh: 7 386
ALLAH QENI QENI REHMET ELESIN.CENNETI BEXS ETSIN.ZATEN CENNETLIKSIZ...WEHIDLER OLMUR..Allah sebir , dozum,irade versin size ANA.
B.Fereh | 12 aprel 2016 13:07 | Status: Nəzarətçi | Şərh: 6 971
Yalniz,bu cur qururlu,megrur,kiwi qeyretli ana Vetene bu cur vetenperver ogul boyude biler.Biz bunlara teselli vermeliyik,bu analar bize teselli verir sanki:((Qarwinizda baw eyirem,gozel analar!Ogul anasi kimi,sizden oyreneceyim cox wey var.Bawiniz sag olsun,Allah size omur versin.Inwallah ogulunuzun qisasinin alinacagi vaxt uzaqda deyil.