Həyat tərzi / Maraqlıdır

Bakir olmayan cəmiyyətdə bakirə qadın axtarmaq.

Banu. | 26-03-2016, 14:05
2 367 7

 

 

 Arvadına acıq elədi, uşağının başını kəsdi…


Arvadını güllələdi…

Arvadını bıçaqladı…

Arvadını evdən qovdu…

Arvadını atdı…

Arvadının üstünə günü gətirdi…

Arvad özünü asdı…

Arvadı sevgilisi ilə qaçdı...

Arvadı uşaq doğa bilmədi, döyüb küçəyə atdı...

Toy gecəsi bakirə çıxmayan qadını əri bıçaqlayıb öldürdü!..

Adam az qalır düşünsün ki, bu ölkədə arvadlardan başqa günah, səhv, qələt eləyən kimsə yoxdur.

Əslində var. Sadəcə hər şey elə düzülüb-qoşulub ki, yaranan mənzərə təxminən budur:
Arvadlar olmasaydı, dünya ümumiyyətlə əmin-amanlıq olardı. Çox uzağa getməyək, çünki məsələlərin bu həddə olmasının səbəbkarı da elə biz özümüzük, arvadlı-qadınlı hər şey
(tələsməyin, oxusanız anlayacaqsınız ki, arvadları heç də qadın sayılanlar deyil-J.M).

Qayıdıram o bakirəlik məsələsinə. Yuxarıda qeyd elədiyim hadisə, qadının bakirə olmadığına görə toy gecəsi qətlə yetirilməsi son deyil. Amma bizim cəmiyyətin bütün problemləri elə ordan başlayır. Elə həmin bakirəlik məsələsi hələ bundan sonra baş verəcəklərin də açarıdır.

Söhbət fiziki bakirəlikdən getmir. Çünki əgər bir qadın bakirə deyilsə, buna görə ittiham olunursa və kimsə az qala yaxasını cırırsa ki, ittihamlar haqlıdır, o, düz deyir, onda zəhmət çəkib eyni ittihamın obyekti kimi kişilərə qarşı da çıxış eləsinlər. Əcəba fiziki bakirəliyini şərh eləsək bu məmləkətin nə qədər bakirə kişisi var, görəsən?! Bilirəm biabırçı sualdır. Aranızda "ağzına gələni danışır” deyə düşünənlər də olacaq mütləq. Amma bu ağzına gələni danışmaq deyil. Bu məmləkətdə bütün məsələlərə nə qədər gülünc və səviyyəsiz yanaşıldığının göstəricisidir. O üzdən gəlin bakirəliyin fiziki tərəfini heç şərh eləməyək. Seksual inqilab deyib keçək. Şünki bu bakirəlik işinin o biri tərəfinədə daha maraqlı məsələlər var. Anlamağa çalışaq ki, biz gerçəkdən bizdən bakirəlik tələb eləyən məsələlərdə nə qədər bakirəyik?!..

***

Bakirəlik safliqdan, ədalətli, vicdanlı, yaxşı adam olmaqdan başlayır. Sizi bilmirəm mənə görə insanın kişi və ya qadınlığından asılı olmayaraq fiziki bakirəliyi ən sonuncu işdir. Ruhu, vicdanı, əxlaqı bakirə olmayan adamın fiziki bakirəliy toy gecəsi o adamı qapı dalında durub güdən gonbul xaladan, bir-iki qova arvaddan başqa kimsəyə lazım deyil indiki zamanda.

Yenə də sizi bilmirəm və yenə də məncə, bakirəliyi qalmayan, saflığını itirmiş, təmizliyi, ədaləti gözə çarpmayan, zorlanan, təcavüzə məruz qalan cəmiyyətlərin nəinki bakirə qadını, heç bakirə kişisi də yoxdur. Amma nədənsə qurban gedən elə qadınlardır...

O qadınlar ki, ayaqlarını bir addım yana qoyan kimi adlarına "bakirə çıxmayan”, "xəyanətkar”, "nankor”, "naşükür” deyilir. Kişilərin rəislik, böyüklük, rəhbərlik etdiyi ölkələrdəki qadınlardır onlar. Yəqin elə o üzdən bircə dəfə də olsun nankor, xəyanətkar, naşükür kişiləri öldürmədi, bıçaqlanmadı, əzilmədilər. Prinsipi, el məsəli ilə desək, belədir bu cəmiyyətin: Bizim xoruzumuz başqa çəpərdə banlasın qoy, noolacaq ki?! Deyim ki, bu sonu suallı rişxənd dolu lovğa, özündənrazı fikiri də elə bizim qadınlar yox, arvadlar icad eləyib. Təbii ki, baş verənləri arvad qürurlarına pərçim eləyib yerləşdirə bilmək üçün. Bu məmələkətin lap əlindən bozbaş bişirmək və uşaq doğmaqdan başqa heç bir iş gəlməyən arvadı da "yazıq Mamed bezib həyatından, zalım qızı da onu tora salıb” deyərək ərinin xəyanətini ört-basdır edir. Döyülüb zülm çəksə də "neynəsin, acığını tökməyə adam tapmır yazıq” deyir. Beləcə asılana, baltalanana, güllələnənə, bıçaqlanana qədər dözürlər bu yarımağıllı, zorlanmış cəmiyyət arvadları.

Niyəsinə gəlincə onlara evlərdə nə mübarizə aparmaq, nə haqqını kimsəyə yedirtməməyi öyrətmir kimsə. Nə dədəsi, nə nənəsi. Kimsə anlamır ki, bakirə olmayan, hətta bizim Mamedəcən beş-on sevgilisi, iki əri olan Marusiyanı niyə bağrına basır, sevir, onunla hesablarır o. O qadır deyə. O sözünü deyə bilir. Haqqını tələb edir. İstədiyini elətdirir. Amma üsyan-dava ilə yox, qadınlığı ilə. Nə qədər ki, bu qadınlıq məktəbini evlərdə ailələrdə dərs kimi qızlarına keçməyən arvadlar var. Bizim qızlar analaraından elə arvad doğulacaqlar.

Bir də onu deyim bu məmləkətdə bakirəliyin himini də elə qadınlar qoyur. Məsələn, mən hələ qapı dalında bəylə gəlini güdən bircə kişi görməmişəm. Amma əti töküləsi gonbul xalalar bu güdükçülüyü özlərinə şərəf bilirlər. Əminəm ki, sizin də yengə olmadığına görə məclisdən küsüb gedən arvad qohumlarınız yox deyil.

***

Yenə əvvələ qayıdım son olaraq o bakirə olmayan qızı öldürən gədə dörd-beş il yatıb çıxmışdı. O bakirə olmayan qızı isə dədəsi Rusiyada Maşa ilə qeyri-rəsmi nikahdan dünyaya gətirmişdi. O qız Rusiyada yaşayıb böyümüşdü. Və yəqin ki, onun cəmiyyətində artıq keçilmiş mərhələ olan bakirəliyin hələ qeyri-rəsmi olsa da atası sayılan kişinin dövlətində az qala konstitusiyanın yazılmamış bəndi qədər "müqəddəs” məsələ olduğunu anlaya da bilməzdi. Bunu biz də anladıq. Amma, məsələn, mən bütün bu maqamları bilən, sadəcə Maşadan peydahladığı qızı başından edən dədəni anlamıram. Anlamıram ki, şərəf və ləyaqətin neçənci pilləsində olasan ki, oğurluq üstə yatıb çıxan gədəyə qız verəsən.

O üzdən kimsə fikrimi dəyişə bilməz. Biz bakirə olmayan cəmiyyətin cocuqlarıyıq. Bakirə olmayan cəmiyyətdə bakirə qadın, ya da kişi axtarmaq isə təkcə günah, boşuna zaman sərfi deyil, həm də sadəcə axmaqlıqdır...
Yazar : Jalə Mütəllimova

dılay | 28 mart 2016 16:58 | Status: Brilliant user | Şərh: 8 185
Ne menasi var ki bu cur yazinin her kec o bildiyi kimi yawayir..
BULUTUM | 28 mart 2016 09:52 | Status: Professional user | Şərh: 7 392
Tesekkurlerr
SEVDA | 27 mart 2016 23:50 | Status: Nəzarətçi | Şərh: 17 443
Yenə də sizi bilmirəm və yenə də məncə, bakirəliyi qalmayan, saflığını itirmiş, təmizliyi, ədaləti gözə çarpmayan, zorlanan, təcavüzə məruz qalan cəmiyyətlərin nəinki bakirə qadını, heç bakirə kişisi də yoxdur. Amma nədənsə qurban gedən elə qadınlardır...[quote][/quote]
Műellifin ağzına sağlıq...
Dəniz qızı | 27 mart 2016 23:09 | Status: Brilliant user | Şərh: 8 019
Oxudum yazını şərhləri nə deyim bilmədim.
Aydan gun | 26 mart 2016 20:00 | Status: Qonaq | Şərh: 0
Bele yazilara genclerin olan qalan agillarinda aliasiz bir qizin bakireliyi ele o qizin ozune lazimdir eyer bir qadin nefsine sahib dura bilmirse temizliyi safligi saxliya bilmirse sabah o ailesine ovladlarina nece sahib duracaq .Qaldi kisilerin bakirlik meslesine ey agilli yazarlar deyismek isteyirsinizse ele bunnan yazin kisilerin dusuncelerin deyisin qadinlarin bir azada olan qalan abirin aparmayin
B.Fereh | 26 mart 2016 18:10 | Status: Nəzarətçi | Şərh: 6 978
Fiziki bakirelik...bu kelime xowuma geldi.Cunki indi bir cox qizlar var ki,yalniz fiziki olaraq bakiredirler,onuda gucle saxlayiblar gelecek bedbext erlerine.Bakireliyini pozdurmaqdan otru ere geden qizlar da var,ere gedib bir iki aydan sonra bowanirlar,sonra uje "mehebbete yawil iwiq"olur.Bawdiyirlar gezmeye saga sola,isTirahet merkezleri,otellerde mesken salirlar.
Burda bakire cemiyyetden soz acilir,bu da avtorun fantaziyasidi.Hal hazirda yer uzunde bakire cemiyyet yoxdu,varsa zehmet ceksin bize de bildirsin biz de bilek.Bele yazilarnan da bezi cavanlarin bawlarin pozmasin.Bakireliyi ikinci ucuncu dereceli bir wey kimi gorur guya.Bes ay Jale xanim,ozunuz razi olarsizmi ki,qardawiniz ya oglunuz bawqa kiwilernen min hoqqadan cixmiw,bakire olmayan qiz alsin?Yoxsa fikirleriniz kimlerdense ferqlenmekden otru bildirirsiz????REYTINQ YIGIRSIZ OZUNUZE?YIGIN,ANTIREKLAM OZUDE BIR REKLAMDIR. smirk smirk Qorxuram sizin kimiler axir evvel bizim cemiyyetde olan qalan abir heyani mehv eleye. rage
nurane nurane | 26 mart 2016 17:15 | Status: VİP user | Şərh: 1 016
KISI ON QADINLA YASAYIB AILE QURA, EVLENIB SUBAY QIZ ALA BILIR.AMMA QADIN KIMLESE ADI OPUSSE BELE QINANIR CEMIYYETIMIZDE.BELE OLUB EZELDEN BELEDE GEDECEY.DUSUNCELER DEYISILMELIDI.MUASIRIK DEYIRIK AGIZ DOLUSU.FIKIRLERIMIZDE MUASIRLESSE YAXSI OLAR MENCE.