Həyat tərzi / Maraqlıdır

Melkonyanın dul arvadının sirri açıldı: yad kişi ilə... - FOTOLAR

Banu. | 15-03-2016, 17:24
3 132 5

 

 

Erməni terrorçu Monte Melkonyanın dul qalmış arvadı Seta Melkonyanın şəxsi həyatı ilə bağlı bir sıra faktlar üzə çıxıb. 

 

Ermənilərin "milli qəhrəman” elan etdikləri terrorçunun həyat yoldaşının yazar Nerses Abramyanla sevgili olması məlum olub.

 

Bu barədə faktları ilk dəfə erməni ictimai fəallarından biri, qeydə alınmamış Ümumi Erməni Həmrəyliyi təşkilatının rəhbəri Ayk Avetisyan sosial şəbəkələrdəki şəxsi səhifəsində paylaşıb. O, Setanın Nerseslə "səmimi” fotosunu paylaşaraq, Melkonyanın dul qadınının ünvanına bir sıra replikalar yazıb. 

 

Avetisyanın paylaşdığı foto açıq-saçıqlığı ilə diqqət çəkib. Belə ki, görüntüdə qadının kişi ilə qucaqlaşması və əynindəki paltarın açıqlığı bir çox mətləblərdən xəbər verir. Setanın gizli sevgilisi ilə fotosu mübahisələrə yol açıb. Rusiyanın Novosibirsk vilayətində yaşayan Djivan Avensiyan Avetisyanı Melkonyanın "cəsur” ruhunu incitməkdə günahlandıraraq rəy bölümündə Aykın ünvanına bir sıra nalayiq ifadələr yazıb.

 

Ayk Avetisyanı Ermənistanın düşmənlərinin dəyirmanına su tökməkdə suçlayan erməni fəalları fotonu narazılıqla qarşılayıblar. Mübahisələr qarşılıqlı təhqirlərə keçib. 

 

Ayk Avetisyan isə öz növbəsində, Setanın bu fotosunu paylaşmaqda heç bir qəbahət görmədiyini bildirib. Maraqlıdır ki, Levon Manukyan adlı başqa bir erməni üstüörtülü şəkildə Setanın Nerseslə intim münasibətlərinin ona çoxdan bəlli olduğunu vurğulayıb. "Gomidas Avanesyan ilk dəfə bu haqda danışanda onun ağzından vurdular”- deyə yaxın keçmişə eyham vuran Levon Montenin dul arvadının yad kişi ilə intim münasibətindən xəbərdar olduğunu büruzə verib.

 

Qeyd edək ki, Gomidas Avanesyan Melkonyanın sürücüsü olub və hətta birinci Qarabağ savaşında yaralanıb. Levon Manukyan eyhamlı, eyni zamanda Aykı müdafiə edən rəylərindən sonra Gomidas Avanesyanın müharibə vaxtı hospitalda çəkdirdiyi fotonu da Avetisyanın səhifəsinin rəy bölümünə atıb.

 

Lakin şəkillərin həmvətənləri tərəfindən böyük narazılıqla qarşılandığını görən erməni fəalı sonradan fotonu səhifəsindən silib.   

 

Bu arada maraqlı məqama toxunmaq yerinə düşür: Belə ki, "milli qəhrəman”ın dul arvadı Seta bir müddət əvvəl erməni saytlarından birinə müsahibəsində Montenin xasiyyətcə tünd (?) olduğunu etiraf edərək ərinin mənfi cəhətlərindən söhbət açıb. O bildirib ki, Melkonyanın elə bu xasiyyəti ona çoxlu sayda düşmən qazandırıb: "Bəzilərinin onu görməyə gözü yox idi”.

 

Bu, Setanın əri haqda ilk tənqidi etirafı kimi diqqət çəkir. Üstəlik, o, bu sözləri adının Nerses Abramyanla birgə hallandırılmasından sonra edib.

 

Eyni zamanda Seta Melkonyanın Nyu-Yorkda müxtəlif təbdirlər keçirən erməni homoseksuallarına dəstəyi də qadını gözdən salıb. Dul qadının "gayarmenian.com”, habelə homoseksuallara məxsus digər elektron mətbu orqanlara açıqlamaları Setanı tənqidlərlə qarşı-qarşıya qoyub.

 

Bütün bunlar bir yana, Belçikada yaşayan erməni araşdırmaçı Exisapet Adriyan (bir vaxtlar Türkiyəyə qarşı döyüşmüş Qeorq Çauşun nəslinin davamçısı) da son vaxtlar Seta Melkonyanın intim macəralarını nəzərdə tutan fikirlərini dilə gətirir. O, Setanın adının bir neçə il əvvəl Markar Melkonyanla (Monte Melkonyan Ermənistandan xaricdə yaşayan qardaşı, onun haqqında yazılmış "Mənim qardaşımın yolu” kitabının müəllifi) hallandırıldığını vurğulayıb. Və qadını xoşagəlməz söz-söhbətlərin ortaya çıxmasına şərait yaratmaqda ittiham edib.

 

Monte və Setanın ötən əsrin 90-cı illərinin əvvəllərində baş tutmuş toy məclisində iştirak etdiyini xatırladan qadın Setanı yaxından tanıdığını önə çəkərək, onun Montenin Qarabağ döyüşlərində "qəhrəmanlıqla” həlak olmasından sonra Markarla yaxın münasibət qurduğunu dilə gətirib.

 

Exisapet Adriyan iddia edib ki, Seta Markarla bir müddət "çox yaxın” olublar. Markar Monte haqqında kitab yazmaq üçün "Dağlıq Qarabağ Respublikası”na səfər edəndə onlar gecəni də bir yerdə keçiriblər. 2000-ci ildə Markar Montenin öldürüldüyü əraziyə gələndə Seta onunla bir neçə "səmimi” foto çəkdirib. Exisapetin sözlərinə görə, Markar sonralar hansısa səbəblər üzündən bu çılğına əhəmiyyət verməyib və onu özü ilə Amerikaya aparmayıb.

 

Exisapet Adriyan Seta Melkonyanın əvvəlki illərdən fərqli olaraq son vaxtlar özünə xüsusi diqqət ayırmasına, (o cümlədən ağarmış saçlarına rəng qoymasına, kosmetikadan istifadə etməsinə, üz qırışlarının təmizlənilməsinə) eyham vurub. Onun təbirincə, Melkonyanın dul arvadının gənc yaşları ilə müqayisədə indi xeyli "cavanlaşması”nın bir sıra sirləri var.

 

Qeyd edək ki, Exisapetin Melkonyan haqqında çəkilmiş sənədli filmlərdəki ağsaçlı Setanın son günlər nəzərəçarpacaq dərəcədə dəyişməsi iddialarının həqiqətə uyğun olub-olmadığını araşdırmaq üçün sadəcə Melkonyanın dul qadınının son görüntülərini izləmək kifayətdir.    

 

Yeri gəlmişkən, Qarabağ müharibəsi iştirakçısı, Fransada yaşayan Ruben Siropyan da bir neçə gün əvvəl Monte Melkonyanın kişi sevgilisinin olduğunu etiraf etmişdi. O, "Aram” ləqəbli Seyran Arutunyanın Melkonyanla yaxın münasibətləri haqda danışmışdı.

 

Bütün bunlar Melkonyanın "qəhrəmanlıqları” haqqında mifi alt-üst etdi. Ölkə gəncləri "milli qəhrəman” elan olunmuş terrorçunun əsl siması haqda məlumatlandılar. Son vaxtlar sosial şəbəkələrdə ermənilərin Melkonyanın adından saxta profillərin yaratması və həmin səhifələrdə əxlaqsız fotoların, videoların paylaşılması Melkonyanın nüfuzunun aşağı düşməsindən xəbər verir. Bu sıraya Seta Melkonyanın kişi sevgilisi barədə məlumatları da əlavə etsək, illərdir aldadılmış erməni gənclərin üzləşdiyi psixoloji sarsıntının hansı dərəcədə olduğunu göstərir.

 

Anar Tağıyev  

 




SEVDA | 16 mart 2016 16:59 | Status: Nəzarətçi | Şərh: 17 437
Bunları qara cəhənnəmə olsunlar hələ...
Ay_Sun | 16 mart 2016 11:55 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: B.Fereh
Kokleri kesilsin bu ermenilerin..........

Amin.
GULYA-N | 16 mart 2016 01:02 | Status: VİP user | Şərh: 758
Bu xeberin heç yeri yoxdur.Mene bu şerefsizlerin şexsi heyatı maraqlı deyil.O zaman maraqlı olarkı dünyada bir neferde olsun ermeni eclafı qalmaz.
B.Fereh | 15 mart 2016 21:23 | Status: Nəzarətçi | Şərh: 6 971
Kokleri kesilsin bu ermenilerin..........
dılay | 15 mart 2016 21:07 | Status: Brilliant user | Şərh: 8 182
Bu zibil yigini menim ucun maraqsizdir....