Həyat tərzi / Maraqlıdır

İlhamə Quliyevanın mirası haqda yeni AÇIQLAMA

Banu. | 15-03-2016, 09:26
2 786 7


"Hazırda İlhamə Quliyevanın mirasına nələrin daxil olması barədə hüquq-mühafizə orqanlarına sorğu göndərməmişəm. Mirasa nələrin daxil olduğunu heç mən də bilmirəm. Miras hüquq-mühafizə orqanları tərəfindən qorunduğundan heç bir problem də yoxdur".

Bunu  mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun hüquqlarını müdafiə edən Habil Vəliyev deyib.

O qeyd edib ki, tezliklə hər bir məsələ öz həllini tapacaq:

"Hazırda Orxan Nadirov anasının yas mərasimindədir, qırx çıxandan sonra hər şey öz həllini tapacaq.

Biz azərbaycanlıyıq, hazırda bu haqda danışmaq çətindir və rəhmətə gedən insana qarşı hörmətsizlikdir. Vəkili olaraq bildirirəm ki, bu məsələ öz həllini tapacaq və miras valideynlərindən övladına qalacaq. Orxan Nadirov İlhamə Quliyevanın oğludur və vərəsəlik hüququ da ona məxsusdur".

Vəkil "mirasdan Əli Mirəliyevə də pay düşə bilərmi?" sualına cavab olaraq onun adını çəkmək istəmədiyini bildirib:

"Mən heç kimin adını çəkmək istəmirəm. Amma yaxşı olardı ki, bu canfəşanlığı İlhamə xanımın yasında, gəlib-gedən qonaqların qarşılanmasında, yola salınmasında edəydilər. Kim nə düşünür-düşünsün, özü bilər. Amma milli mentalitetimizdə, ən azı, qırx mərasiminə qədər ölənin var-dövləti, mülkü barədə düşünmək yaxşı əlamət sayılmır".

Xalq artisti İlhamə Quliyeva fevralın 25-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun oğulluğa götürdüyü Orxan Nadirovla münasibətləri rəsmiləşdirilmədiyindən mirasın kimə qalacağı ilə bağlı qalmaqal yaranıb. Bundan sonra İ. Quliyevanın mirasına hüquq-mühafizə orqanları tərəfindən həbs qoyulub. 

Xalq artistinin yaxın qohumu, müğənni Əli Mirəliyev xalq artistinin mirasının O.Nadirova deyil, dövlətə qalacağını açıqlayıb.(modern.az)



SEVDA | 16 mart 2016 17:17 | Status: Nəzarətçi | Şərh: 17 439
Mənə maraqlı deyil...
●♥ Meley ♥● | 16 mart 2016 15:28 | Status: Gümüş user | Şərh: 413
Allah gunahlarin bagislasin
Elgun_Azizov | 15 mart 2016 15:22 | Status: Professional user | Şərh: 1 393
- Bu dəqiqə hər biri üzdə üzgündülər Amma içdərini yeyirlərki qırxı olsaydıda bölüb bölüşdürərdik.

Mənə maraqlısı görən neçə milyonluq sərvəti var :)
B.Fereh | 15 mart 2016 11:58 | Status: Nəzarətçi | Şərh: 6 975
Ne borcuma kime qalib mirasi,mene ki,hecne qoymayib,bunu yuz faiz bilirem:)))
BULUTUM | 15 mart 2016 10:45 | Status: Professional user | Şərh: 7 387
SULEYMANA QALMIYAN DUNYA KIME QALACAQ..YIYESI NE APARDI SIZ NE APARASIZ..
guel | 15 mart 2016 10:27 | Status: VİP user | Şərh: 475
Oldu canimiz qurtardi dedik, ilhame yene bizden el cekmir. Bezdim e lap.
dılay | 15 mart 2016 09:49 | Status: Brilliant user | Şərh: 8 183
Besdirin da dahaa...