Həyat tərzi / Maraqlıdır

İlhamənin "doğma qızı"nın atasının kimliyi sizi şoka salacaq.

Banu. | 2-03-2016, 15:23
36 450 7

 

14:53

O vaxtlar İlhamənin qızının olması haqda bütün Bakıda şayiə yayılmışdı.
 
Bu sözləri adının çəkilməsini istəməyən tanınmış bir sənətçi mərhum xalq artisti İlhamə Quliyevanın doğma qızının olması haqda Axar.az-a danışarkən deyib. 80-ci illərin şayiəsinə şahidlik edən sənətçi məsələ haqda elə də dərin bilgiyə sahib olmadığını bildirib:
 
"Doğrusu, 80-ci illərdə belə bir söhbət yayılmışdı. Tam dəqiq məlumat yox idi. Yadıma gəlir, o vaxtlar söz-söhbət gəzirdi ki, İlhamə Quliyevanın bir qızı var və o qızın atası özünün ögey atasıdır".
 
Xatırladaq ki, hazırda sosial şəbəkədə bu məsələ ətrafında qızğın müzakirələr gedir. Özlərini o dövrün şahidləri kimi təqdim edən bəzi şəxslər İlhamə Quliyevanın Flora adlı qız övladının varlığı, Floranın atasının isə mərhum tarzən, İlhamənin ögey atası (Tükəzban xanımın ikinci həyat yoldaşı) Həbib Bayramov olduğu barədə həmin dövrdə sensasiyalı şayiələr yayıldığını bildirirlər.

-------

13:13

Femida.az xalq artisti İlhamə Quliyevanın övladı barədə şok məlumat əldə edib. Belə ki, İlhamə Quliyevanın Flora adlı qız övladı olması məlum olub. 

Bu haqda məlumatı Femida.az-a həmin qızla bir sinifdə oxuyan və hazırda Rusiya Federasiyasında yaşayan Gülzar Vəliyeva verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın qızı Flora onlarla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbdə oxuyub.

"Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdısa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım, bildiyimə görə, Yasamal rayonu ərazisində, qəbristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980-ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin "B" sinfini bitimişik".

---------

12:43

Xalq artisti İlhamə Quliyevanın qızının da adı miras qalmaqalında hallanır. 

AzadQadin.az femida-az istinadən bildirir ki, "Şərəf" və "Şöhrət" ordenli sənətkarın Flora adlı doğma qızı var. 

Xatırladaq ki, mərhum İ. Quliyevanın himayəsinə götürdüyü Orxan adlı bir oğlu var.

Məsələ ilə bağlı Əli Mirəliyevlə əlaqə saxladıq: "Elə bir şey yoxdur. İlhamə heç vaxt əsl ana olmayıb. Onun uşağı olmayıb".



BULUTUM | 3 mart 2016 14:49 | Status: Professional user | Şərh: 7 388
Her sey zamaninda gozeldi.isteseydi servetini kimese bagislayardi.gorunur hec kesi istemeyib.Ona gorede hele coxlari cixib deyecek ki,ogluyam qiziyam.Men bileni mama danisirdi ki,onun bialoji evladi hec vaxt olmayib.
SEVDA | 3 mart 2016 13:34 | Status: Nəzarətçi | Şərh: 17 441
Özű yoxdur amma dalıyca xeyli danışırlar...
ESMERRi | 2 mart 2016 23:39 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: B.Fereh
Nese mene inandirici gelmedi.Dogrusun Allah bilir.
B.Fereh | 2 mart 2016 21:58 | Status: Nəzarətçi | Şərh: 6 976
Nese mene inandirici gelmedi.Dogrusun Allah bilir.
GULYA-N | 2 mart 2016 20:13 | Status: VİP user | Şərh: 759
Yıxılana balta çalmazlar.Bizim milletin çoxu ölenin dalınca olanı olmayanı danışmağı xoşlayırda nese ecahan adamlardırda.
dılay | 2 mart 2016 17:39 | Status: Brilliant user | Şərh: 8 184
Ayibdir e.Rehmetlik Hebib Bayramov cox medeni birine benzeyirdi.Daha bu qederde ireli getmek olmazda.
sama633 | 2 mart 2016 16:10 | Status: Şərhçi | Şərh: 422
ölüb deyə adına hər şayə qoşacaqlar.Ölünün dalınca danışmaq günahdı.Allah rəhmət eləsin