Həyat tərzi / Maraqlıdır

İlhamə Quliyevanın var-dövləti bu şəxslərə qalacaq - ARAŞDIRMA

Banu. | 2-03-2016, 14:59
3 699 5

 

AzadQadin.az mövqe.az-ın araşdırma yazısını təqdim edir:

Mərhum İlhamə Quliyevanın mirasının kimə qalacağı ilə bağlı məsələ ciddi müzakirə mövzusuna çevrilib. Müğənninin dayısı oğlu, müğənni Əli Mirəliyev "Yeni Müsavat"a açıqlamasında bildirib ki, miras dövlətə qalacaq. Əli Mirəliyevin bu çıxışına müğənnin oğlu Orxan Nadirovun cavabı gecikməyib. Azvision.az-a açıqlama verən O.Nadirov Əli Mirəliyevi onların ailə işlərinə qarşımamağa çağırıb. Və İlhamə Quliyevanın oğlu olduğunu vurğulayıb.

Bəs görəsən, qanunla sənətçinin mirası kimə qalmalıdır? Tanınmış hüquqşunas Müzəffər Baxışov bildirib ki, vərəsəlik məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir: "Bu qanunun 63-cü fəslində "Qanun üzrə vərəsəlik" nəzərdə tutulub. Bu qanunun 1159-cu maddənin 1-ci bəndinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.1.1 bəndinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad, ər, valideynlər övladlığa götürənlər birinci növbə vərəsələr sayılır. Bu qanunun 1159.1.2 bəndinə görə, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Yəni əgər İlhamə Quliyeva rəsmi şəkildə həmin oğlanı övladlığa götürübsə, o, birinci növbə sayılır. Rəsmi oğlu deyilsə, yox! MM-nin 1159 maddəsinin.1.3 bəndinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1159.1.4. bəndinə görə, sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Bundan əlavə, qanunun 1159 maddəsinin .2. bəndinə görə, ikinci növbədə - ölənin bacıları və qardaşları, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. bənddə göstərilir ki, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları vərəsə hesab olunurlar. Yəni əgər İlhamə Quliyeva həmin oğlanı rəsmi övladlığa götürübsə, o birinci növbə vərəsə olaraq mirasa sahib ola bilər. Əks halda sadaladığım ardıcıllıq üzrə həmin şəxslər mirasa sahib çıxa bilər".

Qeyd edək ki, İlhamə Quliyevanın vəsiyyətnamə yazdığına dair də məlumatlar var. Məlumatlara görə, o, mirasın dövlətə qalması, əsgərlərə bağışlanmasını istəyib. Amma hələ ki ortada mirasa dair vəsiyyətnamənin olub olmadığı məlum deyil. Hüquqşunas isə deyir ki, Mülki Məcəllənin 1165-ci maddəsi, vərəsələri olmayan əmlakın xəzinəyə keçməsinə həsr olunub: "1165.1 bəndinə görə, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir".

Bəs əgər O. Nadirov İlhamə Quliyevanın rəsmi olaraq oğludursa və bununla belə sənətkar vəsiyyətnamədə mirasın oğluna çatması barədə heç bir vəsiyyət etməyibsə necə, O. Nadirova İlhamə Quliyevanın mirasından pay düşə bilərmi?

Hüquqşunas bunun mümkün olduğunu deyir. M. Baxışov bildirir ki, hətta İ. Quliyeva,O. Nadirovu rəsmi övladlığa götürdüyü varisi olmasına baxmayaraq, mirasın oğluna qalmaması barədə vəsiyyətnamə yazsa belə, Mülki Məcəllənin 1193-cü maddəsində mirasda məcburi pay anlayışı var: "Bu maddədə qeyd olunub ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının ərinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını məcburi pay təşkil etməlidir. Yəni İlhamə Quliyeva vəsiyyətnamədə mirasın dövlətə qalması və yaxud əsgərlərə bağışlanmasını yazsa belə, Orxan Nadirov onun qanuni varisidirsə, ona məcburi pay olaraq mirasın 1/2 hissəsi çatmalıdır.

Xatırladaq ki, Əli Mirəliyev bildirib ki, İlhamə Quliyeva əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi: "Canı ağrıyırdı. Hirslənirdi Orxanın əlindən, ona "bezdelnik" deyirdi. Sonra deyirdi, "yox, oğlumdur". Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı, biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri, filan - hamısı məndə idi. Sözdür də, gah deyirdi ki, "evi orduya verəcəm", gah deyirdi, "yox, nəvəm var, ona verəcəm". Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq".

Əli Mirəliyev İlhamə Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu da açıqlayıb: "Çünki özü yoxdur. Rəsmi uşağı da yoxdur ki, ona qalsın sərvəti. Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, sənədləşdirirlər. Biz belə görmüşük. Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Heç bir hüquqi sənəd yoxdur, təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki,"mən mirasımı ölümümdən sonra Orxana verirəm". Biz bunun çevrəsində olan adamlarıq, lakin bu barədə heç bir rəsmi sənəd bilmirik. Biz bilirik ki, xəstəliyi ilə əlaqədar onun beynindəki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da "uff, ayaqlarım, hər yerim ağrıyır" deyirdi. Əziyyət çəkirdi bu adam. Amma efirə çıxanda mərdi-mərdanə çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi..."



SEVDA | 3 mart 2016 13:32 | Status: Nəzarətçi | Şərh: 17 443
Bunun var dovleti meni maraqlandirmir.
Gulus. | 2 mart 2016 22:42 | Status: Professional user | Şərh: 2 436
Hec maraqlandirmir,ozleri biler
B.Fereh | 2 mart 2016 21:57 | Status: Nəzarətçi | Şərh: 6 978
Oxudum ki,belke menim de adim ola...yox imiw:))ona gore maraqlandirmir artiq kime qalacaq miras.
ESMERRi | 2 mart 2016 19:13 | Status: Brilliant user | Şərh: 5 379
Hərəsi bir avaz oxuyur.
dılay | 2 mart 2016 17:36 | Status: Brilliant user | Şərh: 8 185
Bu qadinin varligida bizi narahat etdi yoxluguda...